Travmatologiya xəstəxanasının binası yandı
 |
Naqillərdə qısaqapanma fəsadı
Şənbə, 25.12.2010
|
|
Dünən paytaxtın mərkəzində (metronun "Sahil" stansiyası yaxınlığı), Üzeyir Hacıbəyov küçəsində yerləşən Travmatologiya xəstəxanasının binasında (keçmiş Molokan bağı ilə üzbəüz) güclü yanğın baş verib. Yanğın saat 9:00-a yaxın binanın damında baş verib. Yanğın zamanı binada adam olmayıb. Çünki bu bina təmirlə əlaqədar çoxdan bağlı olub.
Alovun söndürülməsinə 10-dan çox yanğınsöndürmə briqadası cəlb edilib. Ötən əsrin əvvəllərindən qalan bu binanın çox hissəsi taxtadan olduğundan alovun söndürülməsi çətin olub. Təxminən saat 11:00-a yaxın yanğın lokallaşdırılıb, onun aşağı mərtəbələrə və qonşu binalara keçməsinin qarşısı alınıb.
Yanğınsöndürənlərin işinə isə Fövqəladə Hallar Nazirliyi rəhbərinin müavini Etibar Mirzəyev başçılıq edib. O, "Turan"ın müxbirinə bildirib ki, yanğının səbəbləri hələlik məlum deyil. İlkin versiya kimi yanğının elektrik xətlərində qısaqapanma üzündən baş verdiyi bildirilir.
Yeri gəlmişkən onu da qeyd edək ki, həmin binanın yanında yerləşən və "Zabitlər evi" kimi tanınan bina da təxminən üç il bundan əvvəl bənzər şəraitdə yandı. Yəni həmin binada da təmir gedirdi və yanğın baş vermişdi. Onda da səbəb kimi "qısaqapanma" göstərilmişdi...
|
|
|
Oxşar xəbərlər:
Səhiyyə Nazirliyinə 3 milyon ayrıldı
Erməni qadınlar Bakıya gəlmədilər
İlhamə Quliyeva əməliyyat olunacaq
Lütfiyyə Səfərovanın səhhəti normal deyil
Joze Manuel Barrozu iyulda Bakıya gələcək
|
|
|