Hal-hazırda Ayna qəzetinin 25.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Akademik Şəfaət Mehdiyev - 100 il
Şənbə, 25.12.2010

mətn ölçüsü  

MEA Rəyasət Heyətində Azərbaycanın görkəmli alimi, akademik Şəfaət Mehdiyevin 100 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib. APA-nın məlumatına görə, MEA prezidenti Mahmud Kərimov akademik Şəfaət Mehdiyevin 1910-cu ildə Güney Azərbaycanın Sərab qəzasının Salqun kəndində doğulduğunu, 4 yaşında atasını itirdikdən sonra ailəsi ilə birlikdə Bakıya köçdüyünü deyib. 1930-cu ilin aprelində Şəfaət Mehdiyev Azərbaycan Sənaye İnstitutunun (hazırkı ADNA) geoloji-kəşfiyyat fakültəsinə daxil olub və 1934-cü ildə ali məktəbi bitirərək neft və qaz yataqlarının kəşfiyyatı üzrə dağ-mədən mühəndisi ixtisasına yiyələnib. 1954-1958-ci illərdə Geologiya İnstitutunun direktoru, 1958-1965-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin rektoru vəzifələrində çalışıb. Akademikin rəhbərliyi ilə 70-dən çox elmlər doktoru və namizədi hazırlanıb. Görkəmli alimin yazdığı kitab, monoqrafiya və dərsliklər uzun illərdir tələbələr, müəllimlər, alim və müxtəlif nəsil oxucular tərəfindən dəyərli elmi vəsait kimi istifadə olunur. Sonda akademikin oğlu Aqşin Mehdiyev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə minnətdarlığını bildirib.

Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Xocəsən məktəbinə hücum
Bu hərəkət banditizm adlandırıldı

İqdır Universitetində erməni dili və ədəbiyyatı bölməsi açılacaq
Ermənistandan müəllim də dəvət oluna bilər

İnformasiya Texnologiyaları Universiteti yaradılacaq
Artıq iş gedir

Qiyabi təhsil distant təhsillə əvəzlənir
"Hələlik elə ixtisaslar, peşələr var ki, orada az sayda olsa da, qiyabi təhsili saxlamalıyıq".

Travmatologiya xəstəxanasının binası yandı
Naqillərdə qısaqapanma fəsadı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər