Hal-hazırda Ayna qəzetinin 25.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Xocəsən məktəbinə hücum
Xocəsən məktəbinə hücum
Bu hərəkət banditizm adlandırıldı
Şənbə, 25.12.2010

Eldəniz mətn ölçüsü  

Bakıda orta məktəbə hücum ediblər. Ötən gün 20-yə yaxın şəxs Bakının Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən 103 saylı orta məktəbə hücum edərək təhsil müəssisəsinin şüşələrini sındırıblar. Onlar hicaba qoyulmuş qadağaya etiraz olaraq bu addımı atdıqlarını deyiblər. Bundan başqa, məktəbin qapısına xəbərdarlıq yazaraq, məktəblilər arasında hicaba qoyulmuş qadağa aradan qaldırılmasa, təhsil müəssisəsini yandıracaqları barədə xəbərdarlıq ediblər.

103 saylı Xocasən kənd orta məktəbində baş verən insidentlə bağlı məktəbin direktor müavini Vaqif Quluzadə açıqlama verib. O qeyd edib ki, hicablı şagirdlərin məktəbə buraxılmaması ilə bağlı Azərbaycan Təhsil Nazirliyinin müvafiq əmri var və məktəb rəhbərliyi bu əmri icra edir. O, əmrə uyğun olaraq orta məktəb şagirdlərinin dərsə məktəbli formasında buraxıldığını qeyd edib: "Bu gün məktəbimizdə iyirmiyə yaxın şagird dərsə hicabla gəlir. Biz dəfələrlə həmin şagirdlərin valideynlərinə başa salmışıq ki, uşaqlarını məktəbə məktəbli formasında göndərsinlər. Lakin bu günədək valideynlər bizim tələbimizə məhəl qoymayıblar. Məktəb rəhbərliyi də məcburiyyət qarşısında hicablı şagirdləri dərsə buraxmamağa qərar verib".

V.Quluzadənin bildirdiyinə görə, həmin qərardan sonra bir qrup dindar məktəbin qarşısına toplaşaraq bu qərara etiraz bildirib: "Onlar tələb edirdilər ki, övladları məktəbə hicabda gəlməlidir. Bəziləri bizə hədə-qorxu gələrək, təhqiramiz ifadələr də səsləndirdilər. Biz onlara qəti bildirdik ki, bu barədə Təhsil Nazirliyinin müvafiq əmri var və bu əmrə əməl olunmalıdır".

V.Quluzadə həmin hadisənin səhəri günü, yəni dekabrın 23-ü məktəbin şüşələrinin sındırıldığın qeyd edib: "Səhər dərsə gələndə mənə dedilər ki, məktəbin şüşəsi sındırılıb, müəllimlər otağının qapısına isə məktub qoyulub. Anonim məktubda hicablı şagirdlərin dərsə buraxılması tələb edilirdi. Əks halda isə məktəbin yandırılacağı qeyd olunmuşdu".

TN Bakı Şəhər Baş Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramovun verdiyi məlumata görə, hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verdiyini, artıq polis tərəfindən araşdırmalara başlandığını qeyd edib: "Hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Binəqədi rayon Polis İdarəsi tərəfindən məktəbin mühafizəsinə polis nəfərləri ayrılıb".

M.Bayramov bildirib ki, hazırda paytaxt məktəblərində təxminən min şagird hicab taxır. Aparılan danışıqlar nəticəsində onların yarısı hicabdan imtina edib.

REKLAM

İdarə rəisinin müavini ümid edir ki, aparılan danışıqlar sayəsində hicablıların sayı sıfıra enəcək.

Media Mərkəzində toplaşan bir qrup din xadimi isə Təhsil Nazirliyini bu məsələdən əl götürmələrini tələb ediblər. Belə ki, bir qrup din xadimi tərəfindən hicabın müdafiəsi ilə bağlı təşkil olunmuş "dəyirmi masa"da onlar hökumətin hicaba qoyduğu qadağanın ölkədə sabitlik və təhlükəsizliyin pozulmasına rəvac verəcəyini iddia ediblər.

Ruhani geyimdə olan din xadimləri tədbirin keçirilməsinə səbəb kimi son vaxtlar hicaba olan qadağanı göstəriblər. Din xadimləri "Quran-i-Kərim"in "Nur" və "Əzhab" surələrindəki ayələrə istinad edərək hicab taxılmasının xanımlar üçün vacib olduğunu, yalnız üz və əllərin görünməsinin mümkünlüyünü vurğulayıblar. Toplantı iştirakçılarından Hacı Sərdar edib ki, Təhsil Nazirliyinin hicabı qadağan etməsi təhsil sistemindəki rüşvət, korrupsiya, aşağı təhsil səviyyəsi problemlərindən diqqəti yayındırmağa xidmət edir. Tədbirdə sosial problemlərin, ədalətsizliyin, özbaşınalığın vətəndaşları hakimiyyətdən narazı saldığı kimi, "hicaba qadağanın da inanclı insanları hakimiyyətdən narazı saldığı" qeyd olunub.

Sonda qəbul edilən bəyanatda deyilib ki, xanımların çoxunun hicab geyməməsinin səbəbini dini maarifləndirmənin olmaması, "mürtəce qanunların islam alimlərinin fəaliyyətinə imkan verməməsidir". "Biz bu əllərin kəsilməsini tələb edirik, dinimizi azad görmək istəyirik", - deyə kəskin ifadə işlədilib. Bu toplantının təşkilatçıları bildiriblər ki, onlar Azərbaycanın bütün bölgələrindən dindarlar qrupunu təmsil edirlər. Lakin onlar konkret olaraq ünvan və ad açıqlamayıblar.

Hicabla bağlı qoyulmuş qadağalara münasibət bildirən AMEA İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva isə hesab edir ki, bir çox qurumlar bu məsələni qabartmaqla Azərbaycandakı sabitliyi pozmağa çalışırlar: "Azərbaycanda hicab məsələsini məhz təhlükəsizlik baxımından qiymətləndirirəm. İndiyə qədər bu məsələ bir problem olmayıb. Amma indi hicab məsələsindən Azərbaycanda sabitliyi pozmaq üçün istifadə edirlər".

O qeyd edib ki, bu mövzudan istifadə edərək sabitliyi pozmaq istəyən qurumların bu cəhdinin qarşısı təcili surətdə alınmalıdır. Sonra bu məsələ sivil qaydada parlamentdə, ictimaiyyətdə müzakirə olunmalıdır: "Bu məsələnin həlli əmrlə mümkün deyil. İctimaiyyəti buna hazırlamaq, müzakirələr aparmaq lazımdır. Buna vətəndaş razılığı olmalıdır. Amma hicab məsələsinə görə məktəbə hücum edilməsi banditizmdir". A.Mustafayeva bildirib ki, məktəblərdə məktəbli geyiminə riayət etmək lazımdır.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi (DQİDK) də baş verənlərə münasibət açıqlayıb. Komitədən bildirib ki, orta məktəblərdə vahid məktəbli formasının tətbiqinə etiraz edən və bunu hicabın qadağan olunması kimi qələmə verənlər səmimilikdən çox uzaq adamlardırlar: "Onlar qəbul etməlidirlər ki, bu məsələ qanunla tənzimlənir və qanunun tələbinə hər kəs əməl etməlidir.

DQİDK-dən aksiyaların keçirilməsi ilə bağlı isə bildirilib ki, bütün qanunsuz əməllər kimi, qanunsuz aksiyaların da qarşısı alınmalıdır: "Bu, din yox, hüquq məsələsidir. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi qeyd edilən istiqamətdə üzərinə düşən vəzifəni yerinə yetirir və çalışır ki, maarifləndirmə tədbirləri bütün dini icmaları əhatə etsin".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Orta təhsilin keyfiyyətsizliyi...

Hər üç uşaqdan biri orta təhsili başa vurmur

Misir Mərdanov:"Hər bir şagird məktəbdə yalnız məktəbli geyimində olmalıdır"

Xatirə İslam hicablanmaq fikrində deyil

Bölmənin digər xəbərləri
 
İqdır Universitetində erməni dili və ədəbiyyatı bölməsi açılacaq
Ermənistandan müəllim də dəvət oluna bilər

İnformasiya Texnologiyaları Universiteti yaradılacaq
Artıq iş gedir

Qiyabi təhsil distant təhsillə əvəzlənir
"Hələlik elə ixtisaslar, peşələr var ki, orada az sayda olsa da, qiyabi təhsili saxlamalıyıq".

Akademik Şəfaət Mehdiyev - 100 il
MEA Rəyasət Heyətində Azərbaycanın görkəmli alimi, akademik Şəfaət Mehdiyevin 100 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.

Travmatologiya xəstəxanasının binası yandı
Naqillərdə qısaqapanma fəsadı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər