Hal-hazırda Ayna qəzetinin 25.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Uzunömürlü siyasi birliklər qurmaq olar
Məsələn, "Qarabağ" seçki bloku...
Şənbə, 25.12.2010

S.Abbas mətn ölçüsü  

"Qarabağ" siyasi partiyalar birliyinin hədəfləri və qurumun fəaliyyətində tərəflərin öhdəlikləri müəyyənləşməlidir. Belə olsa, tərəflər arasında heç bir mübahisə qalmaz və birlik uzunmüddətli olar. Bu məsələlər öz həllini tapacaqsa, birlik olacaq, əks təqdirdə yox. Bu sözləri APA-ya ADP sədri Sərdar Cəlaloğlu deyib.

O bildirib ki, Ümid Partiyası və ADP "Qarabağ" birliyində birgə fəaliyyət göstərmək niyyətindədir: "Yaxın günlərdə birlik rəsmi şəkildə elan olunacaq. Liderlər ikilikdə birliyin fəaliyyət konturlarını müəyyənləşdirəcəklər. Bundan sonra partiyaların rəhbər orqanlarında bu məsələ müzakirəyə çıxarılacaq".

Prezident seçkisinə qədər birliyin fəaliyyət göstərib-göstərməyəcəyi ilə bağlı sualı cavablandıran S. Cəlaloğlunun fikrincə, məqsədlər, tərəflərin səlahiyyətləri və fəaliyyət dairələri əvvəlcədən aydın olsa və bu barədə razılaşma əldə edilsə, birlik axıra qədər gedəcək:

"Azərbaycanda birliklərin uzunmüddətli olmamasının səbəbi həmişə qeyri-müəyyənlik ətrafında birləşməkdən qaynaqlanıb. Hər tərəf öz marağını güdür, maraqlar qabaranda parçalanmaya gətirib çıxarır. Biz isə bütün məqamları müəyyənləşdirməliyik. Prezident seçkilərində kimin namizəd olacağı, bu kampaniyada necə iştirak edəcəyimiz aydınlaşmalıdır ki, seçkilər yaxınlaşanda problem yaranmasın. Əks halda, birlik uzunmüddətli ola bilməz".

S.Cəlaloğlu tərəflər arasında öhdəlik götürüləcəyini də qeyd edib: "Birliyin hədəfləri və qurumun fəaliyyətində tərəflərin öhdəlikləri müəyyənləşməlidir. Belə olarsa, heç bir mübahisə qalmaz. Bu məsələlər öz həllini tapacaqsa, birlik olacaq, əks təqdirdə, yox. "Müsavat-AXCP" birliyinin alınmamasının əsas səbəbi odur ki, tərəflər öz prioritetlərini açıq şəkildə ortaya qoymadılar. Qeyri-müəyyənlik formasında birlik alına bilməz".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Qarabağ həqiqətləri" adlı xüsusi buraxılış

Müxalifət "Siyasi partiyalar haqqında" yeni qanundan əlini üzüb

"Cırtdan partiyalar" paradı, yoxsa...

NATO ilə bağlı prioritetlər dəyişib?

Seçkilərdə şəffaflıq qorunacaq

Bölmənin digər xəbərləri
 
NATO-nun yeni tərəfdaşlıq siyasəti
Növbəti onillik yeni şərtlər diktə edəcək

ATƏT-in 2011-ci il büdcəsi təsdiqlənib
ATƏT-in Daimi Şurası təşkilatın 2011-ci il üçün büdcəsini təsdiqləyib.

AB Azərbaycanın notasına bazar ertəsi cavab verəcək
Qurumdan nümayəndəsinin işğal altında olan ərazilərə səfəri barədə tədbirlər görməsi tələb edilir

Azərbaycan Türkiyə və İranla strateji format yaradır
Regional problemlər mütəmadi müzakirə masasına çıxarılacaq

Rusiyalı demokratlardan əməkdaşlıq mesajı
Müsavat MDB ölkələrinin siyasi çevrələri ilə əlaqələrini kəsməyib

Orduda hansı dəyişikliklər olacaq?
Azərbaycan - Türkiyə müqaviləsi yeni hədəflər yaradıb

Gürcüstanda inqilab təhlükəsi?
Belə bir proqnoz var

Səfir təyinatının uzanması yaxşı hal deyil
Vaşinqton ilyarımdır bu problemi həll edə bilmir

Prezidentdən dünya ictimaiyyətinə növbəti çağırış
İlham Əliyev: "Azərbaycanın ərazi bütövlüyü bütün dünya ölkələri tərəfindən tanınır, müzakirə mövzusu deyil və heç vaxt olmayacaq!"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər