Hal-hazırda Ayna qəzetinin 25.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Səfir təyinatının uzanması yaxşı hal deyil
Səfir təyinatının uzanması yaxşı hal deyil
Vaşinqton ilyarımdır bu problemi həll edə bilmir
Şənbə, 25.12.2010

İ.Abbasov mətn ölçüsü  

"ABŞ-ın Cənubi Qafqazda ən yaxşı münasibətlərə malik olduğu Azərbaycana səfir təyinatı məsələsinin bu qədər uzanması yaxşı hal deyil". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova verib.

O bildirib ki, bu məsələ ABŞ-Azərbaycan münasibətlərinə mənfi təsir edə bilməz: "Düşünmürəm ki, bu, münasibətlərə kəskin mənfi təsir göstərsin. Səfirin olması bir çox məsələlərin vaxtında həllinə təsir göstərərdi. Hesab edirəm ki, səfirliyin əməkdaşları öz işlərinin öhdəsindən layiqincə gəlirlər. Arzu edirəm ki, bu problem həllini tapsın və Senat Azərbaycana təyin olunacaq səfirin namizədliyini təsdiqləsin".

Xatırladaq ki, srağagün ABŞ Senatı Metyu Brayzanın namizədliyi daxil olmaqla, təsdiqlənməmiş səfirlərin namizədliklərinə dair sənədləri Ağ evə qaytardı.

"Başqa namizədlər kimi, Brayzanın da namizədliyi Senatın iş təqvimində qalır və təsdiqlənməyənlərin sənədləri ölkə prezidentinə qaytarılacaq. Bütün bu işlər gələn il Senatın yeni heyətinə təqdim olunacaq", - deyə ABŞ Senatından "Turan"ın Vaşinqton müxbirinə təqdim olunmuş rəsmi şərhdə bildirilir.

Brayzanın namizədliyinin prezident tərəfindən təkrar irəli sürülməsinin mümkünlüyünə gəlincə, ekspertlərin rəyi birmənalı deyil. Məsələ bundadır ki, Brayzaya mane olmağa çalışan senator Bokster yenidən seçilib və o, erməni lobbisinin fəal üzvüdür. Digər təsdiqlənməmiş səfirə - ABŞ-ın Türkiyədəki səfiri Cozef Riakdardoneyə gəlincə, onun vəziyyəti bir qədər fərqlidir, çünki onun təyinatına əngəl törədən senator Sem Braunbek yenidən seçilməyib.

Eyni zamanda, bir çox müşahidəçilər güman edirlər li, Brayzanın namizədliyi yenidən irəli sürülərsə, Senat tərəfindən təsdiqlənəcək.

Xatırladaq ki, Metyu Brayza bu ilin mayında ABŞ prezidenti tərəfindən Azərbaycana səfir təyin olunub. Senatda onun təsdiqlənmə proseduru Brayzanı Azərbaycanpərəst mövqedə və Azərbaycan hökuməti ilə əlaqələrdə ittiham edən erməni lobbisinin əngəl törətməsi üzündən çətinə düşüb və uzun vaxt aparıb.

Buna baxmayaraq, Senatın Xarici Məsələlər üzrə Komitəsi Brayzanın namizədliyini təsdiqləyib. Ancaq məsələ Senatın ümumi heyətində səsverməyə çıxarılmayıb. Beləliklə, ABŞ-ın Bakı səfiri postu ilyarımdan bəridir boş qalır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Türkiyə səfirliyi qarşısında aksiya

Vladimir Doroxin: "Bakı şəhəri və Bakı nefti olmadan...

Elçibəy ailəsi yardım təklifini qəbul etmir

Səfirlərin Xankəndi-İrəvan-Bakı turnesi

İsrail Azərbaycana yeni səfir təyin edib

Bölmənin digər xəbərləri
 
NATO-nun yeni tərəfdaşlıq siyasəti
Növbəti onillik yeni şərtlər diktə edəcək

ATƏT-in 2011-ci il büdcəsi təsdiqlənib
ATƏT-in Daimi Şurası təşkilatın 2011-ci il üçün büdcəsini təsdiqləyib.

AB Azərbaycanın notasına bazar ertəsi cavab verəcək
Qurumdan nümayəndəsinin işğal altında olan ərazilərə səfəri barədə tədbirlər görməsi tələb edilir

Azərbaycan Türkiyə və İranla strateji format yaradır
Regional problemlər mütəmadi müzakirə masasına çıxarılacaq

Rusiyalı demokratlardan əməkdaşlıq mesajı
Müsavat MDB ölkələrinin siyasi çevrələri ilə əlaqələrini kəsməyib

Orduda hansı dəyişikliklər olacaq?
Azərbaycan - Türkiyə müqaviləsi yeni hədəflər yaradıb

Gürcüstanda inqilab təhlükəsi?
Belə bir proqnoz var

Uzunömürlü siyasi birliklər qurmaq olar
Məsələn, "Qarabağ" seçki bloku...

Prezidentdən dünya ictimaiyyətinə növbəti çağırış
İlham Əliyev: "Azərbaycanın ərazi bütövlüyü bütün dünya ölkələri tərəfindən tanınır, müzakirə mövzusu deyil və heç vaxt olmayacaq!"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər