Rusiyalı demokratlardan əməkdaşlıq mesajı
 |
Müsavat MDB ölkələrinin siyasi çevrələri ilə əlaqələrini kəsməyib
Şənbə, 25.12.2010
|
|
Müsavat Partiyası özünün beynəlxalq əlaqələrində MDB-də olan siyasi qüvvələrlə əməkdaşlıq xəttinə də üstünlük verir. Partiyanın başqan müavini Mehman Cavadoğlu "Ayna"ya açıqlamasında bildirib ki, Müsavatın keçmiş SSRİ məkanında "Rusiya demokratik cəbhəsi"nin liderlərindən olan Boris Nemtsov və İrina Xakamada ilə əlaqələri var. Bundan başqa, Belorus müxalifətinin lideri Milinkeviçlə İsa Qəmbərin yaxşı münasibətləri var. Ukraynanın keçmiş prezidenti Yuşşenkonun rəhbəri olduğu "Naşa Ukrayna" partiyası ilə də isti münasibət saxlayır.
Mehman Cavadoğlu qeyd edib ki, MDB ölkələrində olan müxalifət partiyaları ilə əlaqələr intensiv deyil. "Rusiya demokratları əməkdaşlıq mesajları göndəriblər. Lakin təmaslarımız o qədər də intensiv deyil. Yalnız beynəlxalq tədbirlərdə olan zaman nümayəndələrmiz müzakirə apara bilirlər".
Yuşşenko prezident vəzifəsindən getdikdən sonra onun İsa Qəmbərlə hər hansı bir görüşü olmayıb. M. Cavadoğlunun sözlərinə görə, buna baxmayaraq Müsavatın Ukraynada olan nümayəndələrinin "Naşa Ukrayna" partiyası ilə yaxşı münasibətləri var və lazımi əməkdaşlıq imkanları mövcuddur.
|
|
|
|
|
|
|