Hal-hazırda Ayna qəzetinin 25.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Azərbaycan Türkiyə və İranla strateji format yaradır
Regional problemlər mütəmadi müzakirə masasına çıxarılacaq
Şənbə, 25.12.2010

C.Məmmədov mətn ölçüsü  

Dekabrın 23-də İstanbulda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, onun azərbaycanlı həmkarı Elmar Məmmədyarov və İran xarici işlər nazirinin səlahiyyətlərini icra edən Əli Əkbər Salehi arasında keçirilmiş üçtərəfli görüşün nəticələrinə dair birgə bəyanat qəbul edilib. Bu barədə "Ayna"ya XİN mətubat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, nazirlər Cənubi Qafqaz məsələləri də daxil olmaqla, ümumi maraq kəsb edən müxtəlif mövzuları müzakirə etmək üçün görüşüblər.

Nazirlər

- Türkiyə, İran və Azərbaycan arasında dərin köklü ümumi tarix, irs, mədəniyyət və sivilizasiyaya əsaslanan güclü münasibətlərin qeydinə qalaraq,

- üç ölkə və onların xalqları arasındakı bənzərsiz əlaqələri vurğulayaraq,

- Türkiyə, İran və Azərbaycan arasındakı dərinləşmiş əlaqələrin təkcə onlara yox, bütövlükdə regiona xeyir gətirərək daha geniş sahələrdə dostluq münasibətlərini möhkəmləndirməyə imkanlar yaradacağına inanaraq,

- onların bütün sahələri əhatə edən əlaqələrindəki davamlı inkişafla bağlı məmnunluğunu bildirərək, iqtisadi artım və davamlı inkişafı sığortalayan sahələr də daxil olmaqla əməkdaşlığın möhkəmləndirilməsi üçün yeni yolların kəşfinə hazır olduqlarını vurğulayaraq,

- regional və qlobal səviyyələrdə sülhün və tərəqqinin təşviq edilməsi üçün ümumi istəyin və bu məqsədə nail olmaq üçün birgə fəaliyyətin aparılmasına onlarda güclü iradənin olduğunu təkrarlayaraq,

- regionda həll olunmamış münaqişələrin sülh yolu ilə həllinə nail olunmasının davamlı və uzunmüddətli sülhün və sabitliyin əldə edilməsinə yönələcək bir mühit yaradacağını qəbul edərək,

- region və onun hüdudlarından kənarda sülhü və sabitliyi təhdid edən terrorizm, mütəşəkkil cinayətkarlıq, silah, narkotik maddələr və insan qaçaqmalçılığına və həmçinin xalqların tərəqqisinin təmin edilməsinə mane olan addımlara qarşı mübarizənin aparılması ilə bağlı onlarda böyük qətiyyətliliyin olduğunu qeyd edərək,

- bu çağırışlarla üzləşərkən müvəffəqiyyətin əldə edilməsi üçün birgə səylərin zəruriliyini etiraf edərək,

- üç ölkə arasında bütün səviyyələrdə məsləhətləşmələrin və əməkdaşlığın genişləndirilməsinin regional və qlobal sülhə, sabitliyə və tərəqqiyə nail olunmasına nəzərə çarpacaq müsbət təsir göstərəcəyinə əmin olaraq aşağıdakı məsələləri razılaşdırıblar:

1. Yuxarıda qeyd edilmiş kübar məqsədlərə nail olunması üçün regionda həlli tapılmamış münaqişələrin ərazi bütövlüyü prinsipinə əsaslanaraq, sülh yolu ilə həllinə yönəlmiş əsasların yaradılması zəruridir.

2. Terrorizmə, mütəşəkkil cinayətkarlığa, silah, narkotik maddələr və insan qaçaqmalçılığına qarşı mübarizənin aparılması kimi ümumi maraq kəsb edən regional və qlobal məsələlərin müzakirə edilməsi məqsədilə Türkiyə, İran və Azərbaycan arasında xarici işlər nazirləri səviyyəsində mütəmadi əsaslarla məsləhətləşmələrin davam etdirilməsi.

3. Ticarət, investisiya, nəqliyyat, turizm və həmçinin ətraf mühit kimi sahələr daxil olmaqla, lakin bununla məhdudlaşmadan müştərək tərəqqiyə nail olunmasına yönəlmiş üçtərəfli səylərin artırılması məqsədilə birgə əməkdaşlıq planlarının inkişaf etdirilməsinin nəzərə alınması.

Nazirlər eyni zamanda mütəmadi əsaslarda üçtərəfli görüşlər keçirilməsinə razılaşıblar. Növbəti görüşlər İranda keçiriləcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycan KTMT-yə qoşulmağa hazırlaşmır

İrandan Qarabağa - təbii qaz

"Azərbaycan bayrağı İst-river sahilində"

Dünyanın 200 ən yaxşı universiteti müəyyənləşdi

Azərbaycanda 2 minə yaxın HİV daşıyıcısı var

Bölmənin digər xəbərləri
 
NATO-nun yeni tərəfdaşlıq siyasəti
Növbəti onillik yeni şərtlər diktə edəcək

ATƏT-in 2011-ci il büdcəsi təsdiqlənib
ATƏT-in Daimi Şurası təşkilatın 2011-ci il üçün büdcəsini təsdiqləyib.

AB Azərbaycanın notasına bazar ertəsi cavab verəcək
Qurumdan nümayəndəsinin işğal altında olan ərazilərə səfəri barədə tədbirlər görməsi tələb edilir

Rusiyalı demokratlardan əməkdaşlıq mesajı
Müsavat MDB ölkələrinin siyasi çevrələri ilə əlaqələrini kəsməyib

Orduda hansı dəyişikliklər olacaq?
Azərbaycan - Türkiyə müqaviləsi yeni hədəflər yaradıb

Gürcüstanda inqilab təhlükəsi?
Belə bir proqnoz var

Səfir təyinatının uzanması yaxşı hal deyil
Vaşinqton ilyarımdır bu problemi həll edə bilmir

Uzunömürlü siyasi birliklər qurmaq olar
Məsələn, "Qarabağ" seçki bloku...

Prezidentdən dünya ictimaiyyətinə növbəti çağırış
İlham Əliyev: "Azərbaycanın ərazi bütövlüyü bütün dünya ölkələri tərəfindən tanınır, müzakirə mövzusu deyil və heç vaxt olmayacaq!"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər