AB Azərbaycanın notasına bazar ertəsi cavab verəcək
|
Qurumdan nümayəndəsinin işğal altında olan ərazilərə səfəri barədə tədbirlər görməsi tələb edilir
Şənbə, 25.12.2010
|
|
Avropa Birliyi Azərbaycan Xarici İşlər Nazirliyinin notasına gələn həftənin bazar ertəsi cavab verəcək. APA-nın məlumatına görə, bu barədə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bildirib.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Birliyinin Ermənistan üzrə məruzəçisi, Polşadan olan deputat Tomas Porebanın işğal edilmiş Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsi ilə əlaqədar Avropa Birliyinə və Polşaya etiraz notası verib.
Roland Kobia və Polşanın Azərbaycan səfiri Mixal Labenda Xarici İşlər Nazirliyinə dəvət olunub və nota onlara təqdim edilib. Baş vermiş hadisənin Azərbaycan tərəfinin ciddi etirazına səbəb olduğu qarşı tərəfin diqqətinə çatdırılıb və respublikanın işğal edilmiş ərazilərinə onun razılığı olmadan qeyri-qanuni səfər edərək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirən xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına girişi arzuolunmaz şəxslər siyahısına daxil edildiyi bildirilib.
Notada Avropa Birliyindən, eyni zamanda, Polşa hökumətindən bölgədə mövcud vəziyyəti gərginləşdirməyə yönəlmiş bu cür təhrikçi addımlara qarşı zəruri tədbirlər görülməsi təkidlə xahiş edilib.
|
|
|
Oxşar xəbərlər:
Ruslara Qarabağda kilsə tikdirmək planı
|
|
|