Hal-hazırda Ayna qəzetinin 25.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
"Ümid" - Azərbaycanın yenidən kəşfi?
"Ümid" - Azərbaycanın yenidən kəşfi?
Proqnozlar doğrularsa, ölkəmiz "Nabucco"da söz sahibi olacaq
Şənbə, 25.12.2010

A.Akif mətn ölçüsü  

Yeni kəşf olunmuş "Ümid" müstəqillik dövrünün ən böyük qaz yatağı hesab edildi. Bu, faktiki olaraq "Şahdəniz"dən sonra Azərbaycanda açılmış ən böyük qaz kondensat yatağıdır. Əgər həqiqətən də Dövlət Neft Şirkəti rəsmilərinin proqnozlaşdırdığı kimi, oradan çıxarıla biləcək ehtiyat 200 milyard həndəvərindədirsə, onda platformanın gücünü 6 milyard kubmetrdən götürsək, o zaman bu yataq təqribən 30 ildən artıq statik ixrac imkanına malikdir.

"Ümid" yatağı Azərbaycan üçün böyük gəlir mənbəyi olacaq. Yeni kəşf edilən quyuların hesabına Azərbaycan artıq regionda olan qaz marşrutlarının dominantlığını təmin edə biləcək. Çünki "Ümid" yatağında 200 mlrd.kub.m qaz var. Nəzərə alsaq ki, qazdan əlavə 30 mln. kondensat var bunun da bazar qiyməti ilə Azərbaycana verəcəyi gəlir 40 mlrd. dollar təşkil edəcək. Bu isə hazırkı, Azərbaycan dövlət büdcəsindən az qala 3 dəfə çoxdur.

Əgər yataqda proqnozlaşdırılan ehtiyatlar 200 milyard kubmetr qaz, kondensat isə 30-40 milyon tondan ibarətdirsə, deməli, Azərbaycanın onilliklər boyu dünyaya qaz satmasına əla fürsəti var. Bundan başqa, "Ümid" yatağı digər perspektivli yataqlara da geniş yol açmış olur. Bu yataq "Babək" bloku üçün də əlverişli perspektiv vəd edir. Çünki "Babək"in ehtiyatlarının mənimsəmə vəziyyəti daha əlverişlidir və "Ümid"lə müqayisədə burada resurslar 2 dəfə çoxdur. Yəni "Ümid"də ehtiyatlar 200 milyard kubmetr olacaqsa, "Babək"də bu, 400 milyard kubmetr proqnozlaşdırılır.

Xatırladaq ki, vaxtilə "Azəri"-"Çıraq"-"Günəşli"də 511 mln. ton neftin olması barədə fikirlər səslənmişdi. Amma sonradan aparılan kəşfiyyat işləri göstərdi ki, 1 mlrd.

REKLAM

tondan artıq neft var. Və ya Şahdəniz" yatağı. Ekspertlər deyirlər ki, eyni sözləri "Ümid"lə bağlı söyləmək olar. Gələn illərdə növbəti kəşfiyyat quyuları rəqəmlərə düzəliş edə bilər.

İqtisadçı İlham Şaban hesab edir ki, yeni yataqların kəşfi və hasilata cəlb edilməsi Azərbaycanın qaz ehtiyatlarının həcmi ilə bağlı ümumi proqnozların da dəyişməsinə səbəb olacaq. Bir neçə il əvvəl aparılmış hesablamalara görə, proqnozlaşdırılan qaz ehtiyatlarının həcmi 2 trilyon kubmetr təsdiq edilib. Amma "Ümid", "Babək", eləcə də "İnam", "Alov", "Şərq" yataqlarındakı resursların ən azı 2 trilyon kubmetr olmasını nəzərə alsaq, ölkəmizin yanacaq ehtiyatlarının həcmi bundan 2 dəfə çox olacaq. Yəni Azərbaycanın yeni proqnozlar üzrə qaz ehtiyatlarının həcmi 4 trilyon kubmetrdən çox olacaq. Ola bilsin ki, bu rəqəm gələcəkdə bəzi yataqların işlənməsindən asılı olaraq dəyişsin və ehtiyatların həcmi bundan da artıq olsun.

Onu da vurğulamaq yerinə düşər ki, "Ümid" yatağında böyük qaz ehtiyatlarının kəşf olunması ölkəyə bir sıra dividendlər qazandırır. Təkcə Azərbaycanın imicini yüksəltməklə bitmir, eyni zamanda yeni bir imicin formalaşmasına yardım edir. İndiyə kimi Azərbaycan dünya enerji bazarında nisbətən az rol oynayırdısa, artıq daha çox enerji resursları olan ölkələr siyahısına daxil olur və dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynayacaq.

"Ümid" rəsmi Bakının siyasi mövqeyini də gücləndirəcək

İ.Şaban hesab edir ki, "Ümid" yatağının kəşfi ilə bağlı rəsmi açıqlama təsadüfi xarakter daşımır. Burada siyasi, geoiqtisadi və regional amillər mühüm rol oynayır. Əslində sözügedən yataq hələ sovetlər dövründə, 1953-cü və 1972-ci illərdə kəşf olunub. Sovet dövründə neftçilər burada geofiziki işlər aparıblar, yataqda bir neçə quyu qazılıb, amma nəticələri ümidverici olmayıb. Buna görə də hasilata başlanmayıb. Amma bu, neftçilərimizi yenə də ruhdan salmayıb və onlar axtarışlarını son 2 ildə yenidən bərpa ediblər. Onlar bu yataqda uğurlu nəticə əldə ediblər. Amma hasilat işlərinə başlamaq üçün bir müddət gözləmək qərara alınıb. Çünki Türkmənistan və İran Xəzərdə bir sıra yataqlara, o cümlədən "Ümid" yatağına da iddia edir. Ona görə də bu cür iddialara birdəfəlik nöqtə qoymaq üçün dənizin statusunun həlli də vacib məsələdir.

Mütəxəssisin fikrincə, Xəzərin hüquqi statusunun həll olunmaması yataqların işlənməsinə indiyədək müəyyən dərəcədə təsir göstərib. Xatırladaq ki, Azərbaycan Bakı sammitində statusla bağlı yekun sazişin imzalanmasına ümid edirdi. Amma bu sənəd imzalanmadı. Hazırkı proseslər göstərir ki, sazişin gələn il Rusiyada keçiriləcək sammitdə də imzalanacağı şübhə altındadır. Açıq şəkildə burada bəzi tərəflərin iddiası buna mane olur. Azərbaycan isə statusun həll olunması ilə bağlı vaxtı gözləmək niyyətində deyil və Xəzərdə yeni yataqların kəşfiyyatı və hasilatına start verməyi qərara alıb. İqtisadçı da vurğulayır ki, əslində bu yataq Azərbaycana məxsusdur.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Qazın qiymət artımı narazılıq yaradıb

Bazar ertəsi "Nabucco" imzalanır

İrandan Qarabağa - təbii qaz

Milli mətbuatın 135 illik yubileyi qeyd ediləcək

Qazaxda jurnalistlərin Xocalı toplantısı

Bölmənin digər xəbərləri
 
Enerjiyə 30 faiz qənaət edə biləcəyik
Belarus təcrübəsi əsasında dövlət proqramı hazırlanıb

Kənd təsərrüfatı istehsalında azalma var
Baxmayaraq ki, milyonlar xərclənir

Kooperativlər yenidən aktuallaşır
Bəs hökumət - buna hazırdırmı?

"Azərkosmos" ASC-nin nizamnaməsi təsdiq olundu
Qurum kosmik işlərimizi idarə edəcək

Yeni böhran təhlükəsi
Səbəb - neft bahalaşır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər