Hal-hazırda Ayna qəzetinin 25.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Yeni böhran təhlükəsi
Yeni böhran təhlükəsi
Səbəb - neft bahalaşır
Şənbə, 25.12.2010

Banu mətn ölçüsü  

Dünya bazarında neftin qiymətinin artma prosesi davam edir. Nyu- Yorkun "NYMEX" birjasında WTİ markalı neft 0,45 dollar yüksələrək 89,92 dollar olub. Londondakı "ICE" birjasında isə Brent markalı neft 0,46 dollar bahalaşaraq 93,20 dollar təşkil edib.

İqtisadçılara görə, "qara qızıl"ın sürətlə bahalaşması Avropa Birliyi iqtisadiyyatında müşahidə edilən böhranın, eləcə də Amerika iqtisadiyyatındakı durğunluğun fonunda neftin dünya bazar qiymətinin kəskin artımı birmənalı qarşılanır. Baxmayaraq ki, Birləşmiş Ştatlarda noyabr-dekabr aylarında yanacağa tələbatın artması nəticəsində neftə də tələbat artmışdı. Lakin bu, neftin qiymətinin kəskin artması üçün əsas yarada bilməz. İstər OPEK, istərsə də inkişaf etmiş ölkələrin açıqlamalarında neftə olan tələbatın kəskin artımı müşahidə edilməyib. Neftin bahalaşması iqtisadi səbəblərlə əsaslandırılmır. Burada süni, spekulyativ amillərin rolu var. Bu da dünya iqtisadiyyatında müəyyən narahatlığa gətirib çıxaracaq.

Xatırladaq ki, OPEK-in builki iyun toplantısında neftin 1 barelinin 100 dolları aşması arzuolunan hesab edilmədi. Güman olunurdu ki, neftin qiyməti 70-80 dollar intervalında stabilləşəcək. Amma son psixoloji artımlardan sonra Amerikanın əksər investisiya şirkətləri, o cümlədən City Morgan 2011-ci ilin ortalarına qədər neftin qiymətinin 100 dolları keçəcəyi, 2012-ci ildən isə 120 dollara satılacağı barədə proqnozlar verməkdədir.

İqtisadi və Sosial İnkişaf Mərkəzindən ekspertlər bildirir ki, indiki qiymət artımları nə neft istehsalçıları, nə də istehlakçıları üçün məqbul hesab edilir. Çünki neftin qiymətinin bahalaşması davam edəcəyi halda, dünya iqtisadiyyatını ciddi problemlər gözləyəcək. Neftin qiymətinin psixoloji həddi keçməsi dünya iqtisadiyyatı üçün arzuolunan deyil. 2011-ci ilin əvvəllərində neftin qiymətinin 100 dollarlıq psixoloji həddi keçəcəyi halda, dünya iqtisadiyyatını kifayət qədər ciddi böhran gözləyir. Belə bir proqnoz var. Çünki neftin qiymətinin spekulyativ artımları sonrakı mərhələdə dünya iqtisadiyyatında, xüsusən də Avropa Birliyində böhranın müşahidə olunması ilə nəticələnə bilər. O baxımdan indiki qiymət artımlarının kifayət qədər qorxulu mesajı var.

İqtisadçılar bildirir ki, neft ölkəsi kimi Azərbaycan prosesdə maraqlıdır. Lakin nə Azərbaycan, nə də digər neft ölkələri süni və spekulyativ qiymət artımına tərəfdardır. Çünki belə artımların sonrakı mərhələdə kəskin qiymət azalmaları ilə əvəz olunduğunu bilirlər. Bu da Azərbaycanın perspektiv gəlirlərinin azalmasına səbəb olar.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Xəzər regionunda terror təhlükəsi daha da artıb

Büdcə dəyişdirilib qəbul edildi

Prezident İlham Əliyev Balakəndə olub

Belarus bizdən neft almaq istəyir

Neftin qiyməti hələ artacaq

Bölmənin digər xəbərləri
 
Enerjiyə 30 faiz qənaət edə biləcəyik
Belarus təcrübəsi əsasında dövlət proqramı hazırlanıb

Kənd təsərrüfatı istehsalında azalma var
Baxmayaraq ki, milyonlar xərclənir

Kooperativlər yenidən aktuallaşır
Bəs hökumət - buna hazırdırmı?

"Azərkosmos" ASC-nin nizamnaməsi təsdiq olundu
Qurum kosmik işlərimizi idarə edəcək

"Ümid" - Azərbaycanın yenidən kəşfi?
Proqnozlar doğrularsa, ölkəmiz "Nabucco"da söz sahibi olacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər