Hal-hazırda Ayna qəzetinin 25.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Kənd təsərrüfatı istehsalında azalma var
Kənd təsərrüfatı istehsalında azalma var
Baxmayaraq ki, milyonlar xərclənir
Şənbə, 25.12.2010

Aynurə mətn ölçüsü  

Dünya Bankının apardığı tədqiqata görə, Azərbaycan 28 olkə arasında iqlim dəyişikliyinin təsirlərinə ən çox məruz qalan 11-ci ölkədir. Bu sırada bizim qonşulardan Rusiya 1-ci, Türkiyə 3-cü, Gürcüstan 7-ci, Ermənistan isə 4-cü yerdədir. Dəyişikliklərə qarşı həssaslığa görə Azərbaycan 8-ci, Ermənistan 20-ci, Gürcüstan 22-ci, Türkiyə 10-cu, Rusiya isə 25-ci, dəyişikliklərə adaptasiya imkanlarına görə isə Azərbaycan 24-cü, Ermənistan 5-ci, Gürcüstan 6-cı, Türkiyə 14-cü, Rusiya isə 16-cı yerdədir. İqlim dəyişiklərindən müdafiə olunma indeksinə gəlincə, Azərbaycan bu baxımdan 28 ölkənin sıralamasında 7-ci ölkədir. Ermənistan 4-cü, Gürcüstan 5-ci, Türkiyə 9-cu, Rusiya isə 10-cu yerdə qərarlaşıb.

Təhlükə - genişlənməkdə, idarəetmə - çətinləşməkdə

İqlim dəyişikliklərinin yaratdığı qlobal təhlükələrin miqyası ildən-ilə genişlənir, mövcud riskləri idarəetmə getdikcə çətinləşir. Qlobal istiləşmə nəticəsində 1998, 2002, 2003, 2006 və 2007-ci illərdə əvvəlki illərlə müqayisədə daha yüksək hərarət qeydə alınıb, 2008-ci ildə isə temperaturun düşməsi müşahidə olunub. Son 2 ildə yenidən istiləşmə tendensiyası geri qayıdıb və bu fasiləsiz prosesin yaratdığı təhlükələr çoxlu fəsadlara - daşqınlara, yanğınlara, quraqlığa və s. yol açıb.

İqtisadi Tədqiqatlar Mərkəzi bu günlərdə "İqlim dəyişikliyinin yaratdığı sosial-iqtisadi təhlükələr və risklərin idarə olunması" layihəsini yekunlaşdırıb. Bəlli olub ki, böyük pullar sərf olunsa da, istehsalda azalmalar var.

Layihənin eksperti Qubad İbadoğlu tədqiqatın yekunları haqda bildirdi ki, 2009-cu ilin müvafiq dövrünə nisbətən bu ilin doqquz ayında dövlət büdcəsindən kənd təsərrüfatı xərclərinə 14,2 faiz çox vəsait yönəldilib. Regionların içməli su və suvarma-drenaj infrastrukturunun bərpası və yenidən qurulması üçün dövlət büdcəsindən 170,3 milyon manat vəsait xərclənib. "2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlər üçün 2010-cu ilin doqquz ayında 102 milyon manat pul ayrılıb. O cümlədən kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağlarının dəyərinin orta hesabla 50 faizinin ödənilməsinə 55,5 milyon manat, buğda və çəltik istehsalının stimullaşdırılması məqsədi ilə 23 milyon manat, taxıl elevatorlarının tikintisi və ərzaq buğdası tədarükünün nəqliyyat xərclərinə 11 milyon manat vəsait yönəldilib.

Cari ilin doqquz ayında kənd təsərrüfatı istehsalında xüsusi əhəmiyyət kəsb edən mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin ödənilməsi ilə bağlı 12,5 milyon manat, o cümlədən dövlət büdcəsinin Ehtiyat Fondundan əlavə olaraq 5,9 milyon manat vəsait ayrılıb. Kənd təsərrüfatı sahəsində 1016 layihənin kreditləşməsinə ümumilikdə 81037,2 mln. manat vəsait yönəldilib.

Bu tədbirlərə rəğmən, cari ildə iqlim dəyişikliklərinin təsiri ilə kənd təsərrüfatı istehsalında azalmalar baş verib. Belə ki, 2010-cu ilin noyabr ayında ötən ilin noyabr ayı ilə müqayisədə ərzaq məhsullarının inflyasiyası 16,15% təşkil edib.

Məhsuldarlıq aşağı düşüb. Cari ildə məhsul yığımı, xüsusilə də taxılla bağlı gözləntilər özünü doğrultmayıb, tərəvəz və ərzaq məhsullarının mövsümi qiymətləri əvvəlki illə müqayisədə artıb, heyvandarlıq və bitkiçilikdə məhsuldarlıq göstəriciləri pisləşib. Bundan əlavə, torpaq fondu zərər çəkir, su ehtiyatları azalır, aqrar bölmənin ÜDM-dəki çəkisi azalır.

Bəs nə etməli?

Bütün bunları nəzərə alan İqtisadi Tədqiqatlar Mərkəzinin tədqiqat qrupu tövsiyələr paketi hazırlayıb. Sənəddə hidrometroloji, iqtisadi tədbirlərin zəruriliyi önə çəkilir. Eyni zamanda, su resurslarından səmərəli istifadənin, damcı üsulu ilə suvarmanın əhəmiyyəti vurğulanıb. Heyvanların mühafizəsi də ön plana çıxarılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi də öz növbəsində II Milli Məlumatları hazırlamaqdadır. Nazirlikdən Gülmalı Süleymanov deyir ki, bu məlumatlarda aqrar sektora xüsusi yer ayrılıb:

"İqlim dəyişikliyi üzrə 2100-cü ilə qədər ssenarilər hazırlanacaq. Hazırda isə Milli Adaptasiya Planı hazırlanır. Avropanın 7 ölkəsində adaptasiya planı hazırlanıb, digər ölkələrdə olmamasının səbəbi problemin kəmiyyətcə qiymətləndirilməsində çətinliklərin mövcudluğudur. Əsas iş tədqiqatların aparılmasıdır".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Enerjiyə 30 faiz qənaət edə biləcəyik
Belarus təcrübəsi əsasında dövlət proqramı hazırlanıb

Kooperativlər yenidən aktuallaşır
Bəs hökumət - buna hazırdırmı?

"Azərkosmos" ASC-nin nizamnaməsi təsdiq olundu
Qurum kosmik işlərimizi idarə edəcək

Yeni böhran təhlükəsi
Səbəb - neft bahalaşır

"Ümid" - Azərbaycanın yenidən kəşfi?
Proqnozlar doğrularsa, ölkəmiz "Nabucco"da söz sahibi olacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər