Hal-hazırda Ayna qəzetinin 25.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Dubaya gedən heyət bəllidir
Dubaya gedən heyət bəllidir
Amma yığmamızın hansı komandalarla nə vaxt və harada görüşəcəyi hələ məlum deyil
Şənbə, 25.12.2010

İ.Rəfiyev mətn ölçüsü  

Futbol üzrə milli yığmamız 2011-ci il yanvarın 27-dən fevralın 10-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təlim-məşq toplanışı keçirəcək. Yığmanın baş məşqçisi Berti Foqts hazırlıqda və yoxlama oyunlarında iştirak edən futbolçuların adlarını açıqlayıb. Ən böyük gözlənilməzlik Fərhad Əliyevin əsas siyahıdan kənarda qalmasıdır. Əvəzində Andrey Papoviç, Samir Zərgərov, Əziz Quliyev, Elnur Allahverdiyev, Arif İsayev və Murad Hüseynov ilk dəfə yığmanın heyətində oynamaq şansı qazanıblar.

Dubay toplantısına çağırılan heyət qapıçılar belədir: Kamran Ağayev, Aqil Məmmədov, Andrey Papoçiv;

müdafiəçilər: Rəşad Sadıqov, Saşa Yunisoğlu, Vladimir Levin, Vurğun Hüseynov, Rail Məlikov, Ruslan Abuşov, Maksim Medvedyev, Elnur Allahverdiyev, Əziz Quliyev;

yarımmüdafiəçilər: Samir Abasov, Elvin Məmmədov, Samir Zərgərov, Amit Quluzadə, Cavid Hüseynov, Rahid Əmirquliyev, Aleksandr Çertoqanov, Fabio Luis Ramim, Mahir Şükürov, Elnur Abdullayev, Arif İsayev;

Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev, Vaqif Cavadov, Murad Hüseynov.

Azərbaycan yığması BƏƏ-də təlim-məşq toplanışı çərçivəsində bir neçə yoxlama görüşlərində qüvvəsini sınayacaq. Millimizin Dubayda Danimarka və Macarıstan yığma komandaları, eləcə də "Metallist" klubu ilə yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub. Macarlarla oyunun fevralın 9-da, yəni FİFA-nın yoldaşlıq oyunları üçün müəyyən etdiyi tarixdə olacağı dəqiqdir. Bu oyundan sonra millimiz Dubay toplantısını başa vuraraq, vətənə dönəcək. Macarıstanla görüşə qədər isə komandamız Danimarka ilə qarşılaşmalıdır. Qeyd edək ki, Danimarka yığması ilə oyun haqqında ilkin razılıq əldə edilsə də, matçın tarixinə aydınlıq gəlməyib. Bu məsələ ilə bağlı Azərbaycan Futbol Federasiyası ilə Danimarkanın müvafiq qurumu arasında danışıqlar davam edir. Çox güman ki, matçın tarixi yanvarın sonu, fevralın əvvəlinə təsadüf edəcək.

Yığmamız Dubayda daha bir komanda ilə yoldaşlıq görüşü keçirməlidir. Bu, yanvarın 18-dən fevralın 3-dək Dubayda hazırlıq keçən Ukraynanın "Metallist" klubudur. Xarkov klubu ilə oyunun vaxtı hələ dəqiqləşdirilməyib. Ancaq bu matçın fevralın ilk günlərində olacağı gözlənilir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Foqtsun 2010-da ilk sınağı

Başlayırıq Almaniyayla, qurtarırıq Türkiyəylə

Növbəti rəqib - Honduras millisi

Yığma Avstriyada 5 ulduzlu oteldə qalacaq

Foqts siyahını açıqladı

Bölmənin digər xəbərləri
 
Yığmamızın lideri yoxa çıxıb?
Yüngül Atletika Federasiyası Avropanın ən yaxşı sprinterlərindən olan Ramil Quliyevi axtarır

"Neftçi" "qış çempionu" oldu
"Xəzər-Lənkəran"la "flaqman" ilk məqsədlərinə çatdılar

Şəhriyarla Teymurun rəqibləri müəyyənləşdi
Dünya şahmat tacı uğrunda iddiaçıların görüşündə mübarizə aparacaq qrossmeysterlərin adları müəyyənləşib.

"İqtisadçı" Brandta tapşırıldı
Qadınlardan ibarət "İqtisadçı" voleybol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Platiniyə rəqib tapılmadı
UEFA-nın hazırkı prezidenti Mişel Platini 2015-ci ilədək vəzifəsində qalacaq.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər