Hal-hazırda Ayna qəzetinin 25.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"Neftçi" "qış çempionu" oldu
"Neftçi" "qış çempionu" oldu
"Xəzər-Lənkəran"la "flaqman" ilk məqsədlərinə çatdılar
Şənbə, 25.12.2010


İlham
mətn ölçüsü  

Futbol üzrə Azərbaycan çempionatında ilin son turu keçirilib və birincilikdə 51 günlük fasilə yaranıb. Komandalar ilk mərhələdən qalan 3 turluq mübarizəyə gələn il fevralın 12-də başlayacaqlar.

Turun mərkəzi görüşü Lənkəranda keçirilib. Çempionatın lideri "Xəzər-Lənkəran" öz meydanında "Qarabağ"a uduzub. Halbuki ilk dövrədə olduğu kimi "Qarabağ"ı xalsız qoysaydı, fasiləyə "qış çempionu" kimi çıxacaqdı. "Qarabağ" gənc hücumçu Rauf Əliyevin dublu sayəsində çətin qarşılaşmadan qələbə ilə ayrılıb və beşinci pilləni "Qəbələ"nin əlindən alıb. Bu, "Xəzər-Lənkəran"ın yeni mövsümdə öz meydanında ilk məğlubiyyəti olub. Lənkəran klubunun uğursuzluğu "Qarabağ"la yanaşı, əlbəttə ki, "Neftçi"nin işinə yarayıb. Belə ki, öz meydanında Tovuzun "Turan" klubuna qalib gələn "flaqman" yenidən turnir cədvəlində birinci pilləyə yüksəlib. "Neftçi" qış fasiləsinə ən yaxın izləyicisi "Xəzər-Lənkəran"dan 1 xal üstün çıxıb.

İlk altılığa düşmək uğrunda mübarizə aparan "Qəbələ" və "Bakı"nın əyalətdə baş tutan görüşündə qonaqlar qalib gəlib. Jabanın vurduğu yeganə qol Vinfrid Şaferin yetirmələrinin ilk altılığa düşmək şansını saxlayıb. Bununla həm də "Qəbələ"nin çempionatdakı 13 oyunluq məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub. Salyanda isə sensasiya qeydə alınıb: "Muğan" heç kimin gözləmədiyi halda AZAL-a qalib gəlib. Bu nəticə daha çox "İnter"ə sərf edib. Belə ki, Gəncədə eyni adlı komandaya qalib gələn Bakı klubu AZAL-la xallarını eyniləşdirib.

XIX turun nəticələri: "Qəbələ" - "Bakı" - 0:1, "Muğan" - AZAL - 3:1, "Simurğ" - MOİK - 1:1, "Neftçi" - "Turan" - 2:0, "İnter" - "Gəncə" - 1:0, "Xəzər-Lənkəran" - "Qarabağ" - 1:2.

Beləliklə, 41 xal toplayan "Neftçi" turnir cədvəlində yenə birincidir. Flaqmanın ən yaxın izləyicisi "Xəzər-Lənkəran"ın 40 xalı var. Növbəti iki pillənin sahibi - AZAL və "İnter" 36 xal toplayıblar. Bununla da, "Xəzər-Lənkəran" və "Neftçi"nin ilk məqsədlərinə çatdıqlarını indidən söyləmək olar. Bu iki komandanın çempionatın həlledici mərhələsində oynayacağı dəqiqdir. İlk altılıqda mübarizəni davam etdirən digər dörd komandanın hansılar olacağını gələn il ilk dövrənin son 3 turu başa çatdıqdan sonra biləcəyik.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bakıda Türkiyə Cümhuriyyətinin 87-ci ildönümü qeyd olunub

Prezidentdən dünya ictimaiyyətinə növbəti çağırış

Gələn il büdcə gəlirləri və xərcləri azalacaq

Cansun "flaqman"ı tərk etdi

"Rusenborq"u yola saldıq, növbə "Honka"nındır

Bölmənin digər xəbərləri
 
Yığmamızın lideri yoxa çıxıb?
Yüngül Atletika Federasiyası Avropanın ən yaxşı sprinterlərindən olan Ramil Quliyevi axtarır

Dubaya gedən heyət bəllidir
Amma yığmamızın hansı komandalarla nə vaxt və harada görüşəcəyi hələ məlum deyil

Şəhriyarla Teymurun rəqibləri müəyyənləşdi
Dünya şahmat tacı uğrunda iddiaçıların görüşündə mübarizə aparacaq qrossmeysterlərin adları müəyyənləşib.

"İqtisadçı" Brandta tapşırıldı
Qadınlardan ibarət "İqtisadçı" voleybol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Platiniyə rəqib tapılmadı
UEFA-nın hazırkı prezidenti Mişel Platini 2015-ci ilədək vəzifəsində qalacaq.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər