Yeni seysmik stansiyalar qurulur
|
Artıq 25 stansiya tam gücü ilə işləyir
Şənbə, 18.12.2010
İlkin |
mətn ölçüsü |
|
|
|
Ayrı-ayrı bölgələrdə fəaliyyət göstərən yeni telemetrik-peyk rabitə kanallı seysmik stansiyaların iş prinspi ilə yaxından tanış olması və biliklərini daha da təkmilləşdirilməsi məqsədilə dekabrın 15-17-də MEA Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları üçün seminar-treninq keçirilib.
RSXM-nin baş direktoru Qurban Yetirmişli seminarda bildirib ki, 2003-cü ildən başlayaraq, respublika ərazisində seysmik monitorinq sisteminin yenidən qurulması və seysmik araşdırmaların daha da təkmilləşdirilməsi məqsədi ilə ABŞ-ın "Kinemetrcs" şirkətindən alınmış telemetrik - peyk rabitə kanallı seysmik stansiyaların quraşdırılıb istifadəyə verilmə prosesi davam edir. Artıq 25 telemetrik seysmik stansiyanın işlədiyini bildirən baş direktor hazırda yeni iki stansiyada - Qobustan və Qəbələdə aparılan tikinti-quraşdırma işlərinin yekunlaşmaq ərəfəsində olduğunu deyib.
Baş direktor yeni stansiyaların tikinti-quraşdırma işlərinin gələn il də davam edəcəyini, Naxçıvan Muxtar Respublikasında (Ordubad və Şahbuz rayonlarında) iki və Qusar rayonunda (Həzrə) bir stansiyanın quraşdırılacağını və bununla da telemetrik-peyk rabitə tipli yeni seysmik stansiyaların sayının 30-a çatacağını bildirib.
Baş direktor sözlərinə əlavə edib ki, işğal altında olan rayonlar azad olunduqdan sonra Kəlbəcər, Ağdam və Cəbrayıl rayonlarında seysmik stansiyalarımız bərpa olunacaq. Baş direktor telemetrik-peyk rabitə kanallı seysmik stansiyaların yeni texnologiyalara uyğun olduğunu və bu stansiyaların iş prinspi ilə bağlı mərkəz əməkdaşlarının biliklərinin təkmilləşdirilməsinin işin səmərəliliyini artırmaq baxımından da vacib olduğunu qeyd edib.
2008-2009-cu illərdə RSXM-ə əlavə 7 komplekt telemetrik-peyk rabitəli seysmik stansiyası, 2010-cu ildə isə daha 9 komplekt telemetrik-peyk rabitəli seysmik stansiyalar alınıb.
|
|
|
|
|
|
|