Hal-hazırda Ayna qəzetinin 18.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Diasporla iş üzrə komitə hesabat verib
Diasporla iş üzrə komitə hesabat verib
Məlum olub ki, artıq dünyada Azərbaycanın 370 diaspor təşkilatı var
Şənbə, 18.12.2010

İ.Telmanoğlu mətn ölçüsü  

Dünən Yeni Azərbaycan Partiyasının qərargahında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib ("Turan"). O, 2010-cu ilin yekunlarını uğurlu adlandırıb.

"2010-cu ildə dünyanın bir neçə ölkəsində, o cümlədən Almaniya, İsveç, Polşa, Ukrayna, Rusiya, Türkiyə, Qazaxıstan, Cənubi Koreya və Gürcüstanda ümumilikdə 15 yeni diaspor təşkilatı təsis edilib. Ümumiyyətlə, dünyanın müxtəlif ölkələrində 370-dən çox diaspor təşkilatı fəaliyyət göstərir", - o qeyd edib.

N.İbrahimov Moskvada milli-etnik zəmində baş verən son hadisələrin Azərbaycanı narahat etdiyini deyib.

"Hələ azərbaycanlılarla bağlı narahatedici ciddi hadisələr qeydə alınmayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları artıq Moskvaya ezam olunublar və Rusiyadakı diaspor təşkilatları ilə işləyirlər", - deyə o vurğulayıb.

Komitə sədri 2011-ci ilin martında Bakıda Dünya Azərbaycanlılarının 3-cü qurultayının keçiriləcəyini bildirib:

"Qurultayın təşkili ilə bağlı Azərbaycan prezidenti sərəncam imzalayacaq".

O, Amerikada Azərbaycan diasporunun işindən razıdır. "Hazırda Amerikada yeni təşkilatlar yaranıb. Bu ölkədəki diaspor təşkilatları müsbət töhfələr verir. Amerikadakı diaspor təşkilatlarının mərkəzi ofis məsələsi də yaxınlarda həllini tapacaq. Bu ofis Vaşinqtonda olacaq", - deyə qeyd edən N.İbrahimov başçılıq etdiyi komitənin İranda yaşayan azərbaycanlılarla bağlı hər hansı iş aparmadığını deyib.

"İrandan kənarda yaşayan azərbaycanlı qardaşlarımız bizim diaspor təşkilatlarında təmsil olunur. Ancaq İran ərazisində yaşayan azərbaycanlılarla bağlı hər hansı iş aparmırıq. İrandan da Azərbaycanda baş verənlərə münasibət bildirilməsini yaxşı qarşılamırıq", - deyə o vurğulayıb.

Komitə sədri diaspor təşkilatları arasında gənclər təşkilatlarının, xüsusilə Leyla Əliyeva və Taleh Heydərovun başçılıq etdiyi gənclər təşkilatlarının işini xüsusi vurğulayıb. "Rusiya-Azərbaycan Gənclər Təşkilatı və Avropa-Azərbaycan Gənclər Təşkilatı çox yüksək səviyyədə tədbirlər keçirir", - deyə o bildirib.

N.İbrahimov Gürcüstanda 124 azərbaycanlı məktəbinin 80-dən çoxunda gürcü dili kursları açıldığını bildirib. "Eyni zamanda, hər il Gürcüstandan olan 20 azərbaycanlı gəncin Şimali Kipr Yaxın Doğu Universitetində bonus hesabına təhsil alması barədə bu universitetlə razılıq əldə edilib", - deyə qeyd edən Nazim İbrahimov xaricdəki bazar günü məktəblərindən də danışıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycanlılar Orta Asiya Konqresində birləşir

Diasporumuz "hücuma keçir"?

Ermənistanın ianəsi ilə təhsil alan azərbaycanlılar

Bölmənin digər xəbərləri
 
Jurnalistlər pulsuz müayinə ediləcək
Aksiya yanvarın sonuna qədərdir

Yenə bəzi qəzetlərin etik prinsipləri pozması...
Mətbuat Şurası iclas keçirib

Püsyanda "üsyan"?
Polis zorakılığına uğrayan bir ailənin kədərli hekayəti

Yeni seysmik stansiyalar qurulur
Artıq 25 stansiya tam gücü ilə işləyir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər