Hal-hazırda Ayna qəzetinin 18.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
ABŞ və Azərbaycan "WikiLeaks"dən sonra
ABŞ və Azərbaycan "WikiLeaks"dən sonra
Şənbə, 18.12.2010

mətn ölçüsü  

Bu həftə ABŞ dövlət katibi Hillari Klinton ABŞ-Azərbaycan tərəfdaşlığının güclü olmasını bir daha təsdiqləmək üçün Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Telefon danışığı zamanı xanım Klinton "WikiLeaks" saytı vasitəsilə yayılan məlumatlarla bağlı dərin təəssüfünü bildirmişdir. Dövlət katibi Hillari Klintonun "WikiLeaks" saytının bu hərəkəti barədə qeyd etdiyi kimi: "Bu, insan həyatlarını risk altında qoyur, dövlət təhlükəsizliyimiz üçün təhlükə yaradır və digər ölkələrlə müştərək problemləri həll etmək istiqamətində işləməyə mane olur". Diplomatiya və diplomatik münasibətlər etimad və anlayışa əsaslanır. "WikiLeaks" saytı sənədləri məsuliyyətsiz şəkildə yaymaqla, ümumilikdə diplomatik əməkdaşlığın mahiyyətinə zərbə vurmuşdur. Biz Amerika Birləşmiş Ştatlarının Bakı Səfirliyi olaraq, Amerika Birləşmiş Ştatları və Azərbaycan arasındakı münasibətləri gücləndirmək üçün daim fəaliyyət göstəririk. Biz ölkələrimizin birgə həyata keçirdiyi mühüm fəaliyyəti qorumaq məqsədilə, məxfi olması fərz edilən sənədlərin yayımı ilə bağlı narahatlığımızı bildirmək üçün Azərbaycan hökuməti ilə əlaqə saxlamışıq.

Prezident Əliyev və Azərbaycan xalqı bizim regiondakı dostlarımızdır və biz strateji tərəfdaşlığımızı yüksək qiymətləndiririk. Biz 2011-ci ildə regionda sülh və sabitlikdən tutmuş, iqtisadi inkişaf, enerji və ətraf mühit üzrə yeni təşəbbüslərə qədər yeni əməkdaşlıq sahələri arzusundayıq. Biz, regionda sabitliyin bərqərar olması üçün Azərbaycanın suveren və müstəqil güc kimi öz mövqeyini möhkəmlətməsində köməklik göstərmək işinə sadiq qalırıq.

Siyasi şərhçilər mətbuatda "WikiLeaks" saytındakı məlumatların ABŞ-Azərbaycan minasibətlərinə, habelə dünyada diplomatik mübadiləyə təsiri barədə fikirlər söyləmişlər. Buna görə mənim indi bu fikri bir daha bildirməyim vacibdir ki, biz, Azərbaycan və onun rəhbərliyi ilə etimad, hörmət əsasında və xoş niyyətlə əməkdaşlıq etmək işinə sadiqik.

ABŞ hökuməti on ildən artıqdır ki, Qərb istiqamətində addım atmaq, xüsusilə neft resurslarının istismarı və Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə nefti Qərb istiqamətində ixrac etmək üçün cəsarətli qərarlar qəbul etmiş Heydər Əliyev ideyalarını bəyənir və alqışlayır. Amerika Birləşmiş Ştatları və Azərbaycan bu günə kimi enerji istehsalı və nəqli üzrə müştərək baxışlara malikdir.

Enerji sahəsindən əlavə, prezident Əliyev və Azərbaycan zorakı ekstremizmə qarşı mübarizədə ABŞ-ın prioritetlərinə şərik çıxır. Bizim əkəkdaşlığımız bu regionu daha təhlükəsiz etmişdir və biz İraq və Kosovoda olduğu kimi, Əfqanıstanda sabitliyin bərqərar olması üçün birgə fəaliyyət göstəririk.

Amerika Birləşmiş Ştatları, həmişə olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında fəal rol oynamaq işinə sadiq qalır. ATƏT-in son Astana zirvə görüşündə ABŞ dövlət katibi Hillari Klinton, Rusiya prezidenti Medvedev, Fransa baş naziri Fiyon, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün daha ciddi səylər göstərməyə çağıran birgə bəyanatla çıxış etmişlər. Amerika Birləşmiş Ştatları Minsk Qrupunun həmsədri kimi münaqişə tərəflərinə Dağlıq Qarabağ münaqişəsini həll etməkdə kömək üçün böyük səylər göstərir.

Bizim əlaqələrimiz, sadəcə, enerji və təhlükəsizlik məsələləri ilə əlaqədar deyil. Amerika Birləşmiş Ştatları hökumət və vətəndaş cəmiyyəti qrupları ilə birgə fəaliyyət göstərərək, Azərbaycanın demokratik təsisatlarının gücləndirilməsi fəaliyyətini ən yüksək prioritetlərimizdən biri hesab edir. İkitərəfli biznes investisiyaları günü-gündən artır və həm azərbaycanlılara, həm də amerikalılara daha çox imkanlar yaradır. Bizim yardım proqramları Azərbaycanın iqtisadiyyatını gücləndirməyə, o cümlədən ölkənin Ümumdünya Ticarət Təşkilatına daxil olması üçün mühüm addımların atılmasına yönəldilmişdir. Bundan əlavə, biz tələbə və elmi əməkdaşların mübadiləsinə birgə köməklik göstəririk və biz bunu xalqlarımız arasında uzunmüddətli dostluq və anlıyış üçün güclü təməl hesab edirik.

Bir sözlə, Amerika Birləşmiş Ştatları və Azərbaycan Cənubi Qafqaz və bütövlükdə Avrasiya regionunda mühüm maraqları bölüşürlər. Bəzi fikir ayrılıqları var və bunlar həmişə olacaq. Bu, istənilən ikitərəfli münasibətlərdə qaçılmazdır. Ən yaxşı dostlar da hər şey barəsində razılığa gəlmirlər. Buna baxmayaraq, biz Azərbaycanın güclü və müstəqil olmasına dərin və davamlı maraq bəsləyirik.

Görüləcək işlər hələ çoxdur və biz ABŞ-ın Bakı səfirliyi olaraq, müştərək maraqlarımız üzrə irəliləyiş əldə etmək üçün prezident Əliyev, Azərbaycan hökuməti və Azərbaycan xalqı ilə əməkdaşlıq etmək istəyirik.



* * *

Adam STERLİNQ, ABŞ-ın Bakı səfirliyinin müvəqqəti işlər vəkili




Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Klinton Sarqsyanı məlumatlandırıb

Genişlənən Tərəfdaşlıq

ABŞ "Wikileaks"ın məsuliyyətini bölüşmək fikrində deyil

Klinton Əliyevə zəng vurub

Bölmənin digər xəbərləri
 
DAK birləşə bilər
Bu iş üçün 5 nəfərlik qrup yaradılıb

İrəvandan Tbilisiyə şantajlar səslənir
ARDNŞ onları bərk qorxudub

Barrozunun Bakı səfərinin vaxtı dəqiqləşdi
Azərbaycan - AB əməkdaşlıq perspektivləri müzakirə ediləcək

Gündəmdə NATO-nun Strateji Konsepsiyası
Alyansla tərəfdaşlar arasında əməkdaşlıq yolları axtarılır

Diplomat Rusiyada baş verənlərdən çox narahatdır
"Süngü ilə millətlərarası həmrəylik yaratmaq mümkün deyil"

Qulamhüseyn Əlibəyli: "..Daha bunun nəyini soruşasan?"
Parlamentə düşə bilmədiyini müxalifətdə olması ilə bağlayır

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Bakıdadır
Xəlil Akıncı Türkmənistanın da şuraya qoşulacağına ümid edir

Klinton Əliyevə zəng vurub
ABŞ dövlət katibi "WikiLeaks"ın yaydığı məlumatlara görə təəssüfləndiyini bildirib

Türk ordusu Azərbaycana dəstək olacaq
Açıqlanmış müqavilə layihəsinə görə, Azərbaycan təhlükəsizliyin təminatı prosesində Avroatlantik məkana doğru istiqamətlənir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər