Hal-hazırda Ayna qəzetinin 18.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Qulamhüseyn Əlibəyli: "..Daha bunun nəyini soruşasan?"
Parlamentə düşə bilmədiyini müxalifətdə olması ilə bağlayır
Şənbə, 18.12.2010


X.Səfəroglu
mətn ölçüsü  

Aydınlar Partiyası parlament seçkilərində iştirak etsə də, mandat qazana bilmədi. Partiyada hesab edirlər ki, müxalifətçi mövqeyi üzündən parlamentə düşə bilməyiblər. Partiyanın sədri Qulamhüseyn Əlibəyli "Ayna"ya öz seçki təəssüratlarını bölüşür:

- Mənim üçün bu seçkilərdə ciddi bir gözlənilməzlik olmadı. Hələ seçkilərdən xeyli əvvəl demişdik ki, seçkilərin taleyini seçicilər, siyasi qüvvələr yox, hakimiyyət müəyyən edəcək. Kimi istəsə, parlamentə buraxacaq, kimi istəməsə, yox. Seçkilərin nəticələri də bunu göstərdi ki, hakimiyyət öz barmağını kimin üstünə qoydu. Real vəziyyət bundan ibarətdir.

- Opponentləriniz deyirdi ki, hakimiyyətin barmaq qoyduğu adamlardan biri də sizsiniz.

- Prinsip etibarı ilə istənilən adam barədə bunu demək olar. Sözdü də deyirlər...

- Bütövlükdə müxalifətin parlamentdən kənarda qalması özlüyündə hansı səhnəni ortaya qoyub?

- Parlament bir qurum kimi təmsilçilik funksiyasından kənarlaşıb. Burada siyasi qüvvələrin fikir toqquşması prosesi olmayacaq.

- Bir çoxları hesab edir ki, AXCP Ali Məclisinin sədri postundan istefa verməyiniz və yeni partiya yaratmağınız guya növbəti parlament seçkilərində hakimiyyətin sizə "stavkasının" bir təsdiqi idi.

- Mən hesab edirəm ki, belə dedi-qodu ilə məşğul olan adamlar oturub fikirləşməlidir ki, niyə dedikləri sözlər yalan çıxır. Deməli, bunlar bu dedi-qodulardan əl çəkməlidir. Amma belə görünür tərgidə bilmirlər. Mən o vaxt öz fikrimi bildirmişəm. İndi də deyirəm, mən kiməsə hesabat verməli deyiləm ki, bu partiyanı niyə yaratmışam. O zaman bildirdim ki, mən AXCP-nin bu dəst-xətti ilə razı deyiləm və Aydınlar Partiyasını qurdum. Partiyam da normal fəaliyyət göstərir.

REKLAM

Hakimiyyətə özünün ayrıca yanaşması var. İndi kim nə deyirsə-desin. İstənilən adamla bağlı dedi-qodu salmaq olar. Nə var ki, orada? Mən də deyə bilərəm ki, filankəs hakimiyyətin əlaltısıdır. Hakimiyyət onu seçməli idi, niyə seçmədi? Bunların hamısı sözdü də deyirlər. Arxasında bir fikir, real bir ifadə dayanmır. İstənilən sözü demək olar. Çox təəssüf ki, Azərbaycanın siyasi həyatında bu cür dedi-qodular meydan sulayır.

- İndiki halda müxalifət düşərgəsinin siyasi perspektivini necə görürsünüz?

- Hesab edirəm ki, seçkilərin nəticələrindən sonra müxalifət düşərgəsində hərəkətlənmə xeyli zəifləyib. Seçki saxtakarlığının nəticələrini aradan qaldırmaq üçün birgə mübarizə aparılması üçün işlər aparılmalı idi. Çox təəssüf ki, bir-iki addımdan sonra proses faktik olaraq dayandırıldı. Müxalifət düşərgəsində xeyli zəifləmə var və yaxın zamanlara qədər bu davam edəcək.

- Müxalifət düşərgəsinin böhrandan çıxması üçün "iksiri" AXCP və Müsavat partiyalarının birliyində görürlər. Siz bu iki partiyanın birləşmə perspektivinə necə baxırsınız?

- Əslində bu iki partiya bir araya gəlib birləşə bilər. Bu partiyaların son zamanlar fəaliyyət formaları və məqsədləri eynidir. Fikrimcə, bu birləşmə ilk növbədə partiyaların özləri üçün vacibdir. Heç olmasa dedi-qoduların müəyyən hissəsi aradan qalxar. Bu partiyaların bir araya gəlmə perspektivi var və bu birləşmə müxalifət düşərgəsinin canlanmasına gətirib çıxarar. Mən başa düşürəm, partiya funksionerləri arasında müəyyən diskomfort var. Onların bir-birini qəbul etməmək fikri realdır. Əgər bu partiyalar doğrudan da bir araya gəlmək istəyirsə, bu diskomfortdan bir az kənara çəkilməlidir. Əks halda partiyaların bir araya gəlməsi mümkün olmayacaq.

- Aydınlar Partiyasının hazırda hədəfi nədən ibarətdir?

- Bizim partiyanın hakimiyyətə münasibəti qurultayın qərarı ilə müəyyənləşir. Qurultayda elan olunub ki, partiya hazırkı iqtidara müxalif mövqedə durur. Heç vaxt hakimiyyəti dəstəkləmək mövqeyindən çıxış etməmişik. Həmişə müxalif mövqedə olmuşuq. Hazırkı hakimiyyətin siyasətinin əksər hissəsinə qarşı çıxış edirik. Bu baxımdan mövqeyimizi dəyişməmişik.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Bələdiyyələr uğrunda 26 minə yaxın namizəd mübarizəyə qoşulub

Parlamentə şikayət edənlərin sayı azalıb

Paytaxt polisində xüsusi operativ qrup yaradılıb

Parlamentin ilk iclasını Cəlal Əliyev aparacaq

Dərbənddə antitürk ehtirasları

Bölmənin digər xəbərləri
 
DAK birləşə bilər
Bu iş üçün 5 nəfərlik qrup yaradılıb

İrəvandan Tbilisiyə şantajlar səslənir
ARDNŞ onları bərk qorxudub

Barrozunun Bakı səfərinin vaxtı dəqiqləşdi
Azərbaycan - AB əməkdaşlıq perspektivləri müzakirə ediləcək

Gündəmdə NATO-nun Strateji Konsepsiyası
Alyansla tərəfdaşlar arasında əməkdaşlıq yolları axtarılır

Diplomat Rusiyada baş verənlərdən çox narahatdır
"Süngü ilə millətlərarası həmrəylik yaratmaq mümkün deyil"

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Bakıdadır
Xəlil Akıncı Türkmənistanın da şuraya qoşulacağına ümid edir

ABŞ və Azərbaycan "WikiLeaks"dən sonra
Bu həftə ABŞ dövlət katibi Hillari Klinton ABŞ-Azərbaycan tərəfdaşlığının güclü olmasını bir daha təsdiqləmək üçün Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Klinton Əliyevə zəng vurub
ABŞ dövlət katibi "WikiLeaks"ın yaydığı məlumatlara görə təəssüfləndiyini bildirib

Türk ordusu Azərbaycana dəstək olacaq
Açıqlanmış müqavilə layihəsinə görə, Azərbaycan təhlükəsizliyin təminatı prosesində Avroatlantik məkana doğru istiqamətlənir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər