Hal-hazırda Ayna qəzetinin 18.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Diplomat Rusiyada baş verənlərdən çox narahatdır
Diplomat Rusiyada baş verənlərdən çox narahatdır
"Süngü ilə millətlərarası həmrəylik yaratmaq mümkün deyil"
Şənbə, 18.12.2010


İlkin
mətn ölçüsü  

"Postsovet məkanında ən uzun sürən münaqişə Ermənistanla Azərbaycan arasında olan Dağlıq Qarabağ münaqişəsidir". Bunu Moskvada keçirilən "Beynəlxalq humanitar əməkdaşlıqda xalq diplomatiyasının rolu" adlı beynəlxalq ictimai forumda çıxış edən Azərbaycanın Rusiya səfiri Polad Bülbüloğlu deyib. O bildirib ki, SSRİ-nin dağılmasının əsas detonatoru olmuş Qarabağ müharibəsinin nümunəsi dialoq və tərəfdaşlıq haqqında bütün səviyyələrdə aparılan diskussiyalar üçün ibrət dərsidir, çünki "müharibə" sözünün özü "dialoq", "razılıq" və "sülhməramlılıq" sözləri ilə təzad təşkil edir.

Səfir qeyd edib ki, bu müharibə heç kimə dividentlər gətirməyib, əksinə, Cənubi Qafqazda inamsızlıq və etnik ayrı-seçkilik faktoruna çevrilib.

Cənubi Qafqazda uzun illərdir kök salmış terror, ekstremizm və zorakılıqdan danışan P.Bülbüloğlu Manej meydanında baş verənləri nəzərdə tutaraq bu mənfiliklərin artıq Moskvaya çatdığını söyləyib:

"Mən televiziya xəbərlərini diqqətlə izləyirəm. Etiraf edim ki, hadisələrin qarşısının milis tərəfindən alındığı barədə reportajlar məni tam qane etmir. Vəziyyəti bir gün, bir həftə, bir ay nəzarətdə saxlamaq olar. Amma süngü ilə millətlərarası həmrəylik yaratmaq mümkün deyil. Ona görə də cəsarətlə deyirəm ki, bu qarşıdurma ilk baxışda göründüyündən daha dərin, geniş və əhəmiyyətlidir".

P.Bülbüloğlü hesab edir ki, zorakılığın qarşısını almaq üçün həm siyasi, həm intellektual, həm də dini səviyyədə səylər birləşdirilməlidir:

"Bizim hər birimiz könüllü olaraq sülh və razılıq, etnik, dini və sosial mənsubiyyətindən asılı olmayaraq, bütün insanların bərabərliyinin elçisi olmalıyıq".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İrandan Qarabağa - təbii qaz

Misir saytı Azərbaycan xalqından üzr istəyib

Nəriman Həsənzadədən irad

Ruslara Qarabağda kilsə tikdirmək planı

Dələduzluq və saxtakarlıq ittihamı ilə tutulub

Bölmənin digər xəbərləri
 
DAK birləşə bilər
Bu iş üçün 5 nəfərlik qrup yaradılıb

İrəvandan Tbilisiyə şantajlar səslənir
ARDNŞ onları bərk qorxudub

Barrozunun Bakı səfərinin vaxtı dəqiqləşdi
Azərbaycan - AB əməkdaşlıq perspektivləri müzakirə ediləcək

Gündəmdə NATO-nun Strateji Konsepsiyası
Alyansla tərəfdaşlar arasında əməkdaşlıq yolları axtarılır

Qulamhüseyn Əlibəyli: "..Daha bunun nəyini soruşasan?"
Parlamentə düşə bilmədiyini müxalifətdə olması ilə bağlayır

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Bakıdadır
Xəlil Akıncı Türkmənistanın da şuraya qoşulacağına ümid edir

ABŞ və Azərbaycan "WikiLeaks"dən sonra
Bu həftə ABŞ dövlət katibi Hillari Klinton ABŞ-Azərbaycan tərəfdaşlığının güclü olmasını bir daha təsdiqləmək üçün Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Klinton Əliyevə zəng vurub
ABŞ dövlət katibi "WikiLeaks"ın yaydığı məlumatlara görə təəssüfləndiyini bildirib

Türk ordusu Azərbaycana dəstək olacaq
Açıqlanmış müqavilə layihəsinə görə, Azərbaycan təhlükəsizliyin təminatı prosesində Avroatlantik məkana doğru istiqamətlənir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər