Hal-hazırda Ayna qəzetinin 18.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
DAK birləşə bilər
DAK birləşə bilər
Bu iş üçün 5 nəfərlik qrup yaradılıb
Şənbə, 18.12.2010

Elçin mətn ölçüsü  

Dünən Dünya Azərbaycanlıları Konqresinin (DAK) rəhbərliyi Atatürk Mərkəzində mətbuat konfransı keçirib. Tədbirdə DAK həmsədri Paşa Qəlbinur təşkilatın dekabrın 11-12-də keçirilmiş XI qurultayı barədə məlumat verib. Onun sözlərinə görə, qurultayda bir neçə məruzə dinlənib, DAK-ın fəxri həmsədrləri olmuş şəxslərə ehtiram ifadə olunub.

Daha sonra 19 nəfərdən ibarət İdarə Heyəti və 3 nəfərlik Nəzarət Təftiş Komissiyası seçilib. İdarə Heyətinin üzvlərini Azərbaycan, ABŞ, Rusiya, Estoniya, İsveç, Hollandiya, Almaniya və Böyük Britaniyadan olan soydaşlarımız təşkil edir. Qurultayda Paşa Qəlbinur (Azərbaycan) və Əhməd Obalı (ABŞ) həmsədr seçiliblər.

P.Qəlbinur digər DAK-ın dekabrın 4-5-də Almaniyanın Bonn şəhərində keçirilən qurultayına da münasibət açıqlayıb. Digər DAK-ın qurultayından mətbuat vasitəsilə xəbər tutduğunu və buna normal baxdığını deyib: "Diaspor təşkilatlarımız nə qədər çox olsa, o qədər yaxşıdır".

P.Qəlbinur əlavə edib ki, XI qurultayda həmsədri olduğu DAK-ın digər DAK-la yaxınlaşması istiqamətində işlər aparılması üçün özünün sədrliyi ilə İdarə Heyətinin 5 nəfər üzvündən ibarət bir qrup formalaşdırılıb. O, gələcəkdə DAK-ların birləşmə perspektivinin olduğunu vurğulayıb, lakin bunun baş tutmayacağı ehtimalının mümkünlüyünə də işarə edib:

"DAK-ların birləşməsi istiqamətində addımlar atacağıq. Lakin birləşmə baş tutmasa belə, bu, heç kim üçün faciə olmayacaq".

Xatırladaq ki, digər DAK-ın dekabrın 4-5-də Almaniyanın Bonn şəhərində keçirilən qurultayında Sabir Rüstəmxanlı (Azərbaycan) və Firidun Pərvizniya (Almaniya) həmsədr seçiliblər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

DAK həmsədrləri 31 Dekabr və Yeni il münasibətilə dünya azərbaycanlılarını təbrik ediblər

Ucqar məktəblərdə işləməyə - 5 milyon manat

Bölmənin digər xəbərləri
 
İrəvandan Tbilisiyə şantajlar səslənir
ARDNŞ onları bərk qorxudub

Barrozunun Bakı səfərinin vaxtı dəqiqləşdi
Azərbaycan - AB əməkdaşlıq perspektivləri müzakirə ediləcək

Gündəmdə NATO-nun Strateji Konsepsiyası
Alyansla tərəfdaşlar arasında əməkdaşlıq yolları axtarılır

Diplomat Rusiyada baş verənlərdən çox narahatdır
"Süngü ilə millətlərarası həmrəylik yaratmaq mümkün deyil"

Qulamhüseyn Əlibəyli: "..Daha bunun nəyini soruşasan?"
Parlamentə düşə bilmədiyini müxalifətdə olması ilə bağlayır

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Bakıdadır
Xəlil Akıncı Türkmənistanın da şuraya qoşulacağına ümid edir

ABŞ və Azərbaycan "WikiLeaks"dən sonra
Bu həftə ABŞ dövlət katibi Hillari Klinton ABŞ-Azərbaycan tərəfdaşlığının güclü olmasını bir daha təsdiqləmək üçün Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Klinton Əliyevə zəng vurub
ABŞ dövlət katibi "WikiLeaks"ın yaydığı məlumatlara görə təəssüfləndiyini bildirib

Türk ordusu Azərbaycana dəstək olacaq
Açıqlanmış müqavilə layihəsinə görə, Azərbaycan təhlükəsizliyin təminatı prosesində Avroatlantik məkana doğru istiqamətlənir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər