Hal-hazırda Ayna qəzetinin 18.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Zəif banklara 6 ay vaxt verilir?
Zəif banklara 6 ay vaxt verilir?
Birləşmə təklifi aktualdır
Şənbə, 18.12.2010

Banu mətn ölçüsü  

Dünyanın nüfuzlu "Fitch Ratings" agentliyinin maliyyə təşkilatları üzrə direktoru Vladimir Markelov Azərbaycanın bank sektoru ilə bağlı ürəkaçmayan proqnozlarla çıxış edib. Markelov bildirib ki, Azərbaycanın bank bazarında 47 bankın ən azı 20-si likvid fəaliyyət göstərə bilmir. Onun fikrincə, Azərbaycan banklarının aktivlərinin keyfiyyəti yanvar-iyunda pisləşib və bu bir müddət davam edəcək. Bu gün bankların tam yarısı mənfəət olmadan işləyir. Onların son 3 ildə verdiyi kreditləri ala bilmədiyi, yəni borclu kreditlərin faizinin artması onların maliyyə portfelinə pis təsir edib, əksər banklar kredit verməyə çətinlik çəkir. Bankların əsas gəlir mənbələrindən biri olan kredit əməliyyatlarının həcminin düşməsi onların kapital fondlarını gücləndirməyə imkan vermir. Bankların böyük bir qismi nizamnamə kapitallarını da artıra bilmir. Bu vəziyyət özünü doğrultmayan bankların bazardan çıxmasını tezləşdirir.

2 bankın lisenziyası ləğv olunub

Yeri gəlmişkən, Mərkəzi Bank (MB) iki kommersiya bankının - "Debütbank" ASC və "Kövsərbank"ın lisenziyasını ləğv edib. Bankın qərarına əsasən, 20 ilə yaxındır bank bazarına daxil olan hər iki kommersiya strukturu nizamnamə kapitallarını Mərkəzi Bankın qoyduğu tələblərə uyğunlaşdıra bilmədiyinə və bank qanunvericiliyinin tələblərini pozduğuna görə lisenziyalarından məhrum edilib. Demə, xeyli müddətdir ki, həm "Debütbank"ın, həm də "Kövsərbank"ın fəaliyyəti izlənirmiş. Adıçəkilən banklar öz likvidliyini və ödəmə qabiliyyətini itirdiyinə görə qanunvericiliyə uyğun olaraq lisenziyaları ləğv edilib.

MB Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentinin direktoru Rəşad Orucov bildirir, ki, MB tərəfindən konsolidasiya strategiyası, yəni zəif bankların birləşməsi ilə bağlı tədbirlər bundan sonra da davam etdiriləcək. Öz nizamnamə fondlarını artıra bilməyən, likvidliyi təmin edə bilməyən və ödəniş qabiliyyətlərini gücləndirməyən bankların bağlanması mümkündür. Ona görə də çıxış yolu - bu tələblərə cavab verməyən bankların birləşməsindədir.

Diaqnostika davam edir

Onun dediyinə görə, hazırda bankların diaqnostikası davam edir və bu proses ola bilsin ki, bir az da uzadılsın. Yəni banklara gələn ilin ortalarına kimi vaxt verilə bilər. Məqsəd bank bazarından zəifləri uzaqlaşdırmaqdır. Mərkəzi Bankın siyasəti ölkənin bank sistemi üçün problemlər yaradan zəif bankları kənarlaşdırmaqdır. R.Orucov onu da vurğulayıb ki, belə təcrübə ABŞ-da, Rusiyada tətbiq olunur və bu, normaldır. Amma digər bankların bağlanması Mərkəzi Bankın planlarına daxil deyil.

Onu da qeyd edək ki, lisenziyaları ləğv edilən banklar Əmanətlərin Sığortalanması Fonduna üzv olmaqdan yayınıblar. Ölkəmizdə 47 bank fəaliyyət göstərsə də, qeyd olunan fonda 43 bank daxildir. 4 bank, o cümlədən "Debütbank" və "Kövsərbank" Sığorta Fonduna üzv olmamaqla vətəndaşların yerləşdirdikləri əmanətlərin qaytarılmasına bir növ zəmanət vermədiklərini göstərmiş olurdular.

Lisenziyası ləğv edilmiş banklardakı əmanətçilərin depozitlərinin taleyinə gəlincə, MB rəhbəri Elman Rüstəmov bildirib ki, həmin banklarda əhalinin əmanətləri çox minimal həcmdə olub. Amma buna baxmayaraq, qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək.

Samir Əliyevin şərhi:

İqtisadçı Samir Əliyevin fikrincə, Mərkəzi Bankın iki bankın lisenziyasını ləğvetmə qərarı gözlənilən idi. Çünki sözügedən bank bir neçə banka xeyli müddətdir ki, nizamnamə kapitallarını artırmaq və bank bazarının tələblərinə uyğun normativlərə əməl etmək barədə xəbərdarlıq edib. Bu ilin martında MB bildirmişdi ki, ilin sonuna kimi bankların diaqnostikası başa çatdırılacaq və Mərkəzi Bankın tələb etdiyi şərtlərə cavab verməyən banklar bağlanacaq. MB kommersiya banklarına tövsiyə etmişdi ki, onlar konsolidasiyaya (birləşməyə) getsinlər. Əgər bir neçə bank konsolidasiyaya razı olmasa və yaxud digər təkliflərin heç birini qəbul etməsə, onda onlara heç cür kömək etmək mümkün olmayacaq.

S.Əliyevin fikrincə, həmin tələblərin bir qismi yerinə yetirilmədiyinə görə MB kommersiya banklarının bir neçəsini kredit əməliyyatları aparmaqdan məhrum edib. Hətta indi fəaliyyəti dayandırılan "Debütbank" və "Kövsərbank" 2008-ci ildə depozit əməliyyatları üzrə xidmət növündən məhrum olunub. Ötən müddət ərzində bu banklar yenə də tələbləri yerinə yetirməyib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Narışkin Bakıda mərasimlərdə iştirak edəcək

Banklar müştərilərin etibarlılığını gözdən keçirir

Əhali əmanətlərini manatla saxlamağa üstünlük verir

Kredit alanların məsuliyyəti artacaq

Poçtlar maliyyə strukturuna çevrilir

Bölmənin digər xəbərləri
 
Özəlləşdirmə çeklərinin vaxtı bu ay bitir
Sonrakı dövr üçün yeni özəlləşdirmə mexanizmləri olacaq

Neft yataqlarında hasilat artıb
Buna səbəb - nanotexnologiyalardır

Neft Fondunun 2011-ci il büdcəsi müəyyən edilib
Fondun gəlirlərinin 9 132,941 mln. manat olması məqsədəuyğun sayılıb

Rabitə Nazirliyindən bir xoş, bir də bəd xəbər
Şəhərlərarası və beynəlxalq danışıq qiymətləri ucuzlaşa, aylıq abunə haqları isə 4 manata qalxa bilər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər