Hal-hazırda Ayna qəzetinin 18.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"Rabitə" yenidən qrup lideri
"Rabitə" yenidən qrup lideri
"Azərreyl", "İqtisadçı" və "Lokomotiv" isə növbəti mərhələyə vəsiqə qazandı
Şənbə, 18.12.2010


İ.Rəfiyev
mətn ölçüsü  

Qadın voleybolçulardan ibarət komandalarımız - "Rabitə", "Azərreyl", "İqtisadçı" və "Lokomotiv" Avropa miqyaslı klub turnirlərində uğurla mübarizə aparmaqda davam edirlər.

Qitə miqyaslı ən nüfuzlu yarışda - Çempionlar Liqasında mübarizə aparan "Rabitə" növbəti oyununu keçirib. "E" qrupunda yarışan komandamız Polşanın "Aluprof" klubu ilə Bakıda keçirdiyi görüşdə rəqibindən qisas almağı bacarıb. Belə ki, III turda səfərdə polşalılara 2:3 hesabı ilə uduzan "Rabitə" öz meydanında 3:0 (25:13, 25:23, 25:12) hesablı qələbə qazanaraq, 10 xalla yenidən qrupun vahid liderinə çevrilib. Komandamızın ən yaxın izləyicisi "Skavolini"nin (İtaliya) 8 xalı var.

Avropa Voleybol Konfederasiyasının (CEV) bayrağı altında keçirilən "Celenc Cur" turnirində çıxış edən "Azərreyl", "İqtisadçı" və "Lokomotiv" klubları isə növbəti mərhələyə adlayıblar.

"Azərreyl" Yunanıstanın "Markoroulo" komandasına cavab görüşündə də üstün gəlib. Bakıda keçirilən ilk görüşdə rəqibinə tam üstünlüklə qalib gələn "Azərreyl" səfərdə də asan qələbə qazanıb - 0:3 (12:25, 20:25, 15:25).

Azərbaycan Super Liqasının bürünc mükafatçısı "İqtisadçı" isə Avstriyada "Sparkasse" ilə qarşılaşıb. İlk görüşdə asan qələbə qazanan (3:0) universitet komandası cavab matçında da ciddi müqavimətlə üzləşməyib - 0:3 (9:25, 19:25, 22:25).

"Azərreyl" və "İqtisadçı"dan fərqli olaraq "Lokomotiv" növbəti mərhələyə çətinliklə yüksəlib. Belə ki, "dəmiryolçular" III mərhələyə vəsiqə qazanmaq üçün Rusiyanın "Omiçka" klubuna "qızıl setdə" qalib gəlməli olublar. Belə ki, səfərdə 3:2 hesabı ilə uduzan voleybolçularımız cavab matçında rəqibdən qisas alıblar - 3:0 (25:16, 25:23, 26:24). "Lokomotiv" tam üstünlüklə qələbə qazansa da, yeni qaydalara görə cütün taleyi əlavə hissədə həll olunub. "Qızıl set"də daha dəqiq oynayan voleybolçularımız "Omiçka"nı mübarizədən kənarlaşdırıblar.

"Celenc Cur" turnirinin 1/16 final mərhələsinin püşkü atılıb və komandalarımızın növbəti mərhələdə rəqibləri müəyyənləşib. "Azərreyl" Yunanıstanın "Olimpiakos", "Lokomotiv" Avstriyanın "Linz-Steq", "İqtisadçı" isə Serbiyanın "Tent" komandası ilə qarşılaşacaq.

Komandalarımız ilk oyunlarını səfərdə keçirəcəklər. 1/16 final mərhələsində mübarizəyə yanvarın 4-6-da start veriləcək, cavab oyunları isə bir həftədən sonra baş tutacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Marakana" yenidən qurulur

"Rabitə" "Azərreyl"in qisasını aldı

"Azərreyl" və "İqtisadçı" rəqiblərinə dərs verdilər

"Rabitə" Polşa səddini aşa bilmədi

Natalya Məmmədova: "Oyundan-oyuna bərkiyirik"

Bölmənin digər xəbərləri
 
"İnter" - "Bakı" matçında ənənə davam edəcək
Bu gün və sabah futbol üzrə Azərbaycan çempionatında XVIII turun görüşləri keçiriləcək.

Püşk "İnter"ə asan rəqiblər seçdi
Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək sayca XIX ənənəvi Birlik kubokunun püşkatması olub.

Natalya Məmmədova: "Oyundan-oyuna bərkiyirik"
Azərbaycan çempionu "Rabitə" beynəlxalq arenada builki çıxışını nikbin notlarla başa vurdu.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər