Hal-hazırda Ayna qəzetinin 18.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Natalya Məmmədova: "Oyundan-oyuna bərkiyirik"
Natalya Məmmədova: "Oyundan-oyuna bərkiyirik"
Azərbaycan çempionu "Rabitə" beynəlxalq arenada builki çıxışını nikbin notlarla başa vurdu.
Şənbə, 18.12.2010

mətn ölçüsü  



Çempionlar Liqası turnirinin dördüncü turunda Polşanın "Aluprof" klubunu məğlub edən "Rabitə" yenidən öz qrupunda liderliyi ələ aldı.

Azərbaycan yığma komandasının üzvü, komandanın kapitanı Natalya Məmmədova "azerisrort.com" saytına müsahibəsində "Rabitə"nin son çıxışları və şansları haqqında gümanlarını bölüşüb.

- Komandanızın Çempionlar Liqasında çıxışını necə qiymətləndirirsiz, demək olarmı ki, "Rabitə" minimum vəzifənin öhdəsindən gəlib?

- Müəyyən qədər hə. Əsas rəqibimiz "Skavolini"ni iki xal qabaqlayırıq və bu mərhələni qrup lideri kimi başa vurmağa çox yaxınıq. Səfərdə "Aluprof"a uduzmağımızı nəzərə almasaq, komandamızın çıxışını qənaətbəxş saymaq olar.

- Bakıda "Aluprof" üzərində qazandığınız asan qələbə göstərdi ki, "Rabitə"nin Polşadakı uğursuzluğuna ciddi səbəb yoxuymuş.

- Elədir. Cavab görüşündə biz özümüzü daha inamlı hiss edirdik. İstər müdafiədə, istərsə də, hücumda bütün cəhdlərimiz yaxşı alınırdı. Görünür, komandamız oyundan-oyuna bərkiyir.

- Bəs oyununuz hansı oyunçularla daha yaxşı alınır?

- Demək çətindir. Baş məşqçimiz məşq zamanı müxtəlif variantları sınaqdan çıxarır. Oyunçular arasında əlaqəni möhkəmlətmək tələb olunur. Bu mənada komanda tam formalaşmayıb.

- Çempionlar Liqasının yeni mövsümündə səviyyə necədir?

- Hamımız başa düşürük ki, əsas oyunlar qrup mərhələsi başa çatdıqdan sonra başlayacaq. Həm də çıxış etdiyimiz qrupda güclü klublar toplaşmayıb. Odur ki, bu mərhələni uğurla başa vurmaq niyyətindəyik.

- Buna görə də "Skavolini" ilə səfər matçı daha vacibdir.

- Bəli, həmin oyunda qalib gəlməliyik. Düşünürəm ki, onları yenə də üstələyə bilərik.

- Sizcə, son dövrlər İtaliyada klub voleybolunda səviyyənin düşməsinə səbəb nədir?

- Çünki İtaliya A seriyasında çıxış edən voleybolçular başqa çempionatlara keçiblər. - İndi bundan sonra "Rabitə" bütün diqqətini ölkə çempionatına yönəldəcək?

- Şübhəsiz. Azərbaycan çempionatında ilin sonuna kimi üç oyun keçirməliyik. Həmin oyunlarda qalib gəlib liderliyi ələ almaq istəyirik.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Marakana" yenidən qurulur

"Rabitə" "Azərreyl"in qisasını aldı

"Rabitə" Polşa səddini aşa bilmədi

"Rabitə" yenidən qrup lideri

Bölmənin digər xəbərləri
 
"İnter" - "Bakı" matçında ənənə davam edəcək
Bu gün və sabah futbol üzrə Azərbaycan çempionatında XVIII turun görüşləri keçiriləcək.

Püşk "İnter"ə asan rəqiblər seçdi
Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək sayca XIX ənənəvi Birlik kubokunun püşkatması olub.

"Rabitə" yenidən qrup lideri
"Azərreyl", "İqtisadçı" və "Lokomotiv" isə növbəti mərhələyə vəsiqə qazandı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər