Hal-hazırda Ayna qəzetinin 18.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Püşk "İnter"ə asan rəqiblər seçdi
Püşk "İnter"ə asan rəqiblər seçdi
Şənbə, 18.12.2010

İ.Kərimoğlu mətn ölçüsü  

Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək sayca XIX ənənəvi Birlik kubokunun püşkatması olub. Gələn il yanvarın 14-dən 23-dək keçiriləcək yarışda ölkəmizin şərəfini qoruyan Bakının "İnter" klubunun rəqibləri müəyyənləşib.

Son Azərbaycan çempionu "A" qrupunda Moldova çempionatının gümüş mükafatçısı "İskra-Stal", Tacikistanın "İstiqlal" və Qırğızıstanın "Neftçi" klubları ilə mübarizə aparmalı olacaq. Qrup mərhələsində 16 komanda dörd qrupda mübarizə aparır.

"B" qrupu: "Tobol" (Qazaxıstan), "Skonto" (Latviya), "Mika" (Ermənistan), "Bunedkor" (Özbəkistan);

"C" qrupu: "Zenit" (Rusiya), "Nebitçi" (Türkmənistan), "Şaxtyor" (Belarus), "Flora" (Estoniya);

"D" qrupu: Gənclərdən ibarət Rusiya millisi, "Dinamo" (Kiyev, Ukrayna), XİK (Finlandiya, "Ekranas" (Litva).

Azərbaycan çempionu "İnter"in Birlik kubokundakı rəqibləri münasib komandalardır. Belə ki, komandamızın hər 3 rəqibi yarışın debütantıdır. Buna baxmayaraq, həm Moldova, həm Qırğızıstan, həm də Qazaxıstan klubları ilə dəfələrlə görüşmüşük. Birlik kubokunda son ölkə çempionu "Neftçi" ilə təmsil olunacaq Qırğızıstan klubları bizimkilür üçün həmişə asan yem olub. Klublarımız bu ölkənin "Jastık Al-Altın", "Dordoy-Dinamo" kimi komandalarından həmişə üstün olublar. Qırğızıstanı təmsil edən komandalar tarix boyu bizə qol vura bilməyiblər. Daha çox 8 dəfə qarşılaşdığımız Tacikistan təmsilçiləri də bizimkilərə müqavimət göstərməkdə çətinlik çəkib. Bu ölkəni təmsil edən "Reqar-Tadaz", "Sitora", "Pamir" və "Vaxş" klubları həmişə Azərbaycan kollektivlərinə uduzublar.

Moldova komandaları isə bizikilər üçün çətin rəqib sayılır. Hər halda, indiyə kimi 3 dəfə onlar, 1 dəfə biz qalib gəlmişik. Ümumi balans Moldovanın xeyrinədir. Amma bir məsələ var ki, bu dəfə Moldovanı təmsil edən nə "Şerif"dir, nə də "Zimbru". "İskra-Stal" bu iki klubla müqayisədə xeyli zəifdir. Bu komanda turnirdən imtina edən "Şerif"i əvəzləyib.

Yeri gəlmişkən, "İnter" qrup mərhələsini müvəffəqiyyətlə başa vurarsa, "B" qrupundan olan komandaların biri ilə görüşəcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Rəqib bəlli, qalır qalib gəlmək

"Bakı"nın ikinci cəhdi

Birlik kuboku qazanılmasa da...

Birlik kuboku Moskvadan Sankt-Peterburqa köçdü

Bölmənin digər xəbərləri
 
"İnter" - "Bakı" matçında ənənə davam edəcək
Bu gün və sabah futbol üzrə Azərbaycan çempionatında XVIII turun görüşləri keçiriləcək.

Natalya Məmmədova: "Oyundan-oyuna bərkiyirik"
Azərbaycan çempionu "Rabitə" beynəlxalq arenada builki çıxışını nikbin notlarla başa vurdu.

"Rabitə" yenidən qrup lideri
"Azərreyl", "İqtisadçı" və "Lokomotiv" isə növbəti mərhələyə vəsiqə qazandı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər