Hal-hazırda Ayna qəzetinin 11.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
"Azadlıq" və "Yeni Müsavat"ın məhkəməsi yenə təxirə salındı
"Azadlıq" və "Yeni Müsavat"ın məhkəməsi yenə təxirə salındı
Anar Məmmədovun bu qəzetlərə qarşı iddiası qüvvədə qalır
Şənbə, 11.12.2010


İdrak Abbasov
mətn ölçüsü  

Dünən "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinin bir qrup əməkdaşı, habelə "Dalğa" Gənclər Hərəkatının fəalları Yasamal rayon Məhkəməsinin binası qarşısında etiraz aksiyası keçiriblər.

Aksiyaçılar əllərində "Ayı 1 milyona - pensiya 100 manat!", "Ayılardan və jurnalistlərdən əl çəkin" və sair şüarlar tutaraq nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun adıçəkilən qəzetlərə qarşı məhkəmə iddiasını geri götürməyi tələb ediblər.

Aksiyada 30-a yaxın adam iştirak edib. Polis aksiyanı qısa müddətə dağıdaraq, aksiya iştirakçılarının əllərindəki plakatlarını cırıb və aksiya iştirakçısı olan jurnalistlərdən Elmin Bədəlov, Emil Salmanoğlu və Samir Kazımlını saxlayaraq Yasamal rayon Polis İdarəsinə aparıb. Jurnalistlər xəbərdarlıq alandan sonra sərbəst buraxılıb.

Belə ki, dünən həm də Yasamal rayon Məhkəməsində adıçəkilən qəzetlərlə bağlı məhkəmə prosesi keçirilməli idi. Amma hakim Elçin Qurbanovun məzuniyyətdə olmağına görə proses qeyri-müəyyən vaxta təxirə salınıb.

"Azadlıq" və "Yeni Müsavat" qəzetlərində Anar Məmmədovun 1 milyon manata ayı kababı yeməsi və Dubaydan deportasiya edilməsi barədə məqalələr çap olunub. Bu səbəbdən də o hər iki qəzeti məhkəməyə verərək, onların müvafiq olaraq 250 min manat məbləğində cərimələnməyini tələb edib.

Məqalələr "Azadlıq" qəzetinin 2 iyul 2010-cu il sayında "Kəmaləddin Heydərovun ayısını yedilər" başlığı ilə dərc olunub. "Yeni Müsavat" qəzeti əlavələrlə bu yazını təkrar çap edib.

"Yeni Müsavat" qəzeti isə sentyabrın 14-də "Şeyx Anar Məmmədovu Dubaydan qovdu" başlıqlı məqalə dərc edib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Müsavatçı gənclər etiraz aksiyasına hazırlaşır

"Ümidvaram ki, bu radiolar yenidən FM-də yayımlanacaq"

"Azadlıq" radiosundan videoxəbərlər yayımı

Bloggerlər şərti azadlığa buraxıldılar

İki qəzetdən 0,5 milyon manatlıq tələb

Bölmənin digər xəbərləri
 
Erməni qadınlar Bakıya gəlmədilər
Bəhanə - təhlükəsizliyə təminat

Beynəlxalq təşkilatlar yenə tələb edir
"Eynulla Fətullayev azad edilməlidir"

AMİP Avropa Məhkəməsinə gedir
Partiya sədri Yusif Bağırzadə bu quruma şikayət edib

Fuad Qəhrəmanlıya qarşı iddialar rədd edildi
Deputatlığa keçmiş namizədin cəzalandırılmasına razılıq verilmədi

"İnsan haqları" klubu yaradıldı
İlk hesabatı yaxın günlərdə açıqlanacaq

"Məhəmməd Əminin məzarı Bakıya köçürülsün"
Bu məsələni Zeynəb Xanlarova qaldırır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər