Hal-hazırda Ayna qəzetinin 11.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Fuad Qəhrəmanlıya qarşı iddialar rədd edildi
Deputatlığa keçmiş namizədin cəzalandırılmasına razılıq verilmədi
Şənbə, 11.12.2010

İ.Telmanoğlu mətn ölçüsü  

Yasamal rayon Məhkəməsində AXCP sədrinin müavini, builki parlament seçkilərində "AXCP-Müsavat" seçki blokunun 33 saylı Xətai seçki dairəsindən namizədi olmuş Fuad Qəhrəmanlıya qarşı xüsusi ittiham qaydasında verilmiş üç iddiaya baxılmalı idi.

Lakin iclasın əvvəlində hakim Sərdar Mehrəliyev prokurorluğun deputatlığa namizədin toxunulmazlıq hüququ olduğunu nəzərə alaraq cinayət işinin başlanmasına icazə verilməməsi barədə müraciətini oxuyub. Bu əsasla iddialara baxılmasından imtina olunub.

Xatırladaq ki, Qəhrəmanlıya qarşı hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Hüseynbala Mirələmov, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və keçmiş deputat Əhəd Əbiyev iddia qaldırmışdı. Adıçəkilən şəxslər müxalifətçini seçkiqabağı kampaniya zamanı İTV-də çıxışında onları təhqir etməkdə ittiham ediblər.

Seçki Məcəlləsinin 70-ci maddəsinə əsasən, deputatlığa namizəd haqda cinayət işinin başlanması və deputatlığa namizədlə bağlı xüsusi ittiham qaydasında qaldırılan iddiaya baxılması üçün baş prokurorun razılığı olmalıdır. Məsələ ilə bağlı dekabrın 3-də Baş Prokurorluğa sorğu verilmişdi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ermənilərdən indi də Borçalı iddiası

Ayan "Mən birinciyəm" dedi

Nailə Mirməmmədli Nadir Əzimovun iddialarını alt-üst etmək istəyir

Bölmənin digər xəbərləri
 
Erməni qadınlar Bakıya gəlmədilər
Bəhanə - təhlükəsizliyə təminat

Beynəlxalq təşkilatlar yenə tələb edir
"Eynulla Fətullayev azad edilməlidir"

AMİP Avropa Məhkəməsinə gedir
Partiya sədri Yusif Bağırzadə bu quruma şikayət edib

"İnsan haqları" klubu yaradıldı
İlk hesabatı yaxın günlərdə açıqlanacaq

"Azadlıq" və "Yeni Müsavat"ın məhkəməsi yenə təxirə salındı
Anar Məmmədovun bu qəzetlərə qarşı iddiası qüvvədə qalır

"Məhəmməd Əminin məzarı Bakıya köçürülsün"
Bu məsələni Zeynəb Xanlarova qaldırır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər