Hal-hazırda Ayna qəzetinin 11.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
"Siyasi qardaşlaşmanın" yaxın tarixi
"Siyasi qardaşlaşmanın" yaxın tarixi
Siyasi müstəvidə indiyə qədər hansı partiyalar bir-biri ilə birləşib
Şənbə, 11.12.2010


X. Səfəroglu
mətn ölçüsü  

AXCP-Müsavat partiyalarının birləşməsi bu gün siyasi müstəvinin ən çox dartışılan mövzusudur. Siyasi müşahidəçilər bu məsələdə birmənalı fikir yürütmürlər. Birləşməni dəstəkləyənlər də var, istəməyənlər də. Bəs Azərbacan siyasi tarixində partiyaların birləşməsi ilə bağlı faktlar varmı?

90-cı illərin ortalarında Müsavat Partiyasına bir neçə partiya daxil olub. Bunlardan biri Tamerlan Qarayevin sədri olduğu Doğru Yol Partiyasıdır. Bu partiya 90-cı illərdə Müsavatla birləşib. Müsavata qoşulan digər bir partiya isə Rövşən Qəmbərovun sədri olduğu Ana Torpaq Partiyasıdır. Bizimlə söhbətdə partiyanın rəsmisi Mehman Cavadoğlu bildirdi ki, hər iki partiya Müsavata birləşən zaman heç bir problem yaşanmayıb. Həmin partiyaların rəhbərləri müvafiq olaraq partiyanın Divanında və digər seçkili orqanlarında kvotaya uyğun olaraq yerləşdirilib.

ADP də siyasi "qardaşlaşma"dan kənarda qalmayıb. 1996-cı ildə İlyas İsmayılovun rəhbərlik etdiyi Ədalət Partiyası ADP ilə birləşib. Daha sonra parçalanmış Demokratik İslahatlar Partiyasının bir hissəsi demokratlara qoşulub. Sərdar Cəlaloğlunun sözlərinə görə, Ədalət Partiyası ilə birləşən zaman heç bir şərt irəli sürməyib. Ədalət Partiyası adından, ADP isə sədrlikdən imtina edib. Birləşmiş partiyanın sədri İlyas İsmayılov olub.

Sonradan eks-spiker Rəsul Quliyev ADP-yə gəlib və birləşmiş partiyanın həmsədri olub. Maraqlıdır ki, 1996-cı ildə ADP Müsavatla birləşmək üçün İsa Qəmbərə müraciət edib. Lakin Müsavat Divanında uzun sürən müzakirələrdən sonra ADP-yə "yox" cavabı verib.

Liberal Partiyasına da birləşmə təcrübəsi yoxdur. Lalə Şövkət dövlət katibi postundan istefa verdikdən sonra bir neçə partiya ALP-yə birləşmə ilə bağlı təkliflər versələr də, bu qəbul edilməyib. ALP sədri Əvəz Temirxan bildirdi ki, müzakirələrdən sonra bu məsləhət bilinməyib. "Biz indi həmin partiyalarla xoş münasibətlərdəyik", - deyə o vurğulayıb.

Ümid Partiyası "siyasi qardaşlaşmaya" ehtiyac duymur. İqbal Ağazadənin sözlərinə görə, belə birləşmələr partiyanın tutduğu siyasi kursda ciddi problemlər yaradır. Ümid Partiyasının tarixində bir dəfə birləşmə ilə bağlı fakt olub. Ayaz Mütəllibovun rəhbərlik etdiyi Vətəndaş Birliyi Partiyasının parçalanmasından sonra VBP-nin bir hissəsi Ümid Partiyasına birləşib.

AMİP-ə 2003-cü ilin seçkiləri ərəfəsində Mütərəqqi Xalq Partiyası birləşib. Bundan başqa, o zaman ALP-dən qopmuş bir qrup yeni partiya yaradaraq AMİP-ə birləşmək istəyib. Lakin Etibar Məmmədov Lalə Şövkətlə münasibətlərinə görə bu təklifdən imtina edib.

AXCP bu illər ərzində birləşmə ilə bağlı heç bir təklif almayıb.

Yeni Azərbaycan Partiyası da belə siyasi birləşməyə meyilli olmayıb. Bir neçə dəfə müttəfiq partiyalardan belə təkliflər olsa da, YAP bundan imtina edib. 90-cı illərin ortalarından Demokratik İslahatlar Partiyasının parçalanmasından sonra təşkilatın bir hissəsi YAP-a keçib. Onların ən tanınmışı hazırda icra katibinin müavini olan Mübariz Qurbanlıdır.

Digər siyasi partiyalar isə yeni yarandıqları üçün onların siyasi arxivlərində "birləşmə planları"na rast gəlmək olmur.

Ölkə siyasi partiyalarının birləşmə siyasətini müşahidə edəndə bəlli olur ki, müxtəlif vaxtlarda baş vermiş bu qovuşma daha çox "balina" effekti yaradıb: "Nəhəng"lər "xırda"ları udmaqla siyasi arenanı öz xeyirlərinə genişləndirmək xətti aparıblır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Müsavatçı gənclər etiraz aksiyasına hazırlaşır

İki qəzetdən 0,5 milyon manatlıq tələb

"Azadlıq" və "Yeni Müsavat"ın məhkəməsi yenə təxirə salındı

Bələdiyyə seçkiləri ilə bağlı ADP-nin müəmmalı qərarı

Parlament seçkilərinə xarici müdaxilə?

Bölmənin digər xəbərləri
 
İstefaların səbəbi açıqlandı
Sülhəddin Əkbər evində mətbuat konfransı keçirib

Necə müraciət etməli: "Cənab deputat", yoxsa "Sayın millət vəkili"?
Milli Məclis üzvləri müxtəlif adlarla cəmiyyətə təqdim edilir

Azərbaycan AB ilə viza rejimini sadələşdirmək istəyir
Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün də danışıqlar gedir

Hərbi əməliyyata başlayırıq?
Ziyafət Əsgərovun bəyanatı əks-səda doğurdu

Azərbaycan - NATO əlaqələrində böhran başladı
Rəsmi Bakı üçüncü IPAP üzrə bəzi öhdəlikləri yaxına buraxmır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər