Hal-hazırda Ayna qəzetinin 11.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Azərbaycan AB ilə viza rejimini sadələşdirmək istəyir
Azərbaycan AB ilə viza rejimini sadələşdirmək istəyir
Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün də danışıqlar gedir
Şənbə, 11.12.2010


E.İlkin
mətn ölçüsü  

"Ola bilsin ki, yaxın iki-üç ayda Avropa İttifaqı və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi və eyni zamanda readmissiya üzrə danışıqlar başlayacaq". Bu barədə jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib. Onun sözlərinə görə, viza rejiminin sadələşdirilməsi məsələsi Azərbaycan - Avropa İttifaqı azadlıq, təhlükəsizlik, insan haqları və demokratiya Alt Komitəsinin 30 noyabr-1 dekabr Bakıda iclasında da müzakirə olunub:

"Hesab edirəm ki, bu çox səmərəli görüş oldu. Avropalı həmkarlarım da eyni fikri ifadə etdilər. Alt Komitənin ilk iclasında bir neçə qərar qəbul olundu ki, biz də hazırda o qərarları həyata keçirməyə çalışırıq".

Ümumdünya Ticarət Təşkilatına daxil olmaq cəhdləri barədə açıqlama verən M.Məmmədquliyev hazırda 12 ölkə ilə danışıqlar aparıldığını deyib. Azərbaycan üzv ölkələrdən suallar alır və o suallara cavab hazırlanacaq:

"Güman edirəm ki, növbəti ilin birinci yarısında ikitərəfli danışıqlar davam etdiriləcək. İlin ikinci yarısında danışıqların ikinci raundu və eyni zamanda işçi qrupun növbəti iclasını təşkil etməyə çalışacağıq".

M.Məmmədquliyevin sözlərinə görə, danışıqların prinsipial məqamı ondan ibarətdir ki, Azərbaycan hansı statusda bu təşkilata daxil olacaq: "Bir neçə status var - inkişaf etmiş ölkə, inkişaf etməkdə olan ölkə və az inkişaf etmiş ölkə. Bizim üçün Azərbaycanın inkişaf etmiş ölkə kimi təşkilata daxil olması əlverişlidir. Biz bu statusu qazana bilsək, bəzi üstünlüklər, bəzi əlverişli şərtlər əldə edə bilərik. Hələ ki bu barədə söhbətlər gedir, bəzi ölkələr buna razıdır, bəziləri razı deyil. İkinci məsələ şübhəsiz ki, qanunvericiliyin təkmilləşdirilməsi, ÜTT-nin standartlarına uyğunlaşdırılmasıdır. Bu sahədə bizim fəaliyyət planımız var. Onun bir qismi artıq yerinə yetirilib. 40-50 sənəd var, 30-a qədəri təşkilatın tələblərinə uyğun qəbul olunub. Qalanlarını da çalışırıq bu il-gələn il başa çatdıraq".

M.Məmmədquliyev qeyd edib ki, danışıqlar prosesi uzunmüddətlidir: "Bilirsiniz ki, Rusiya 17 ildir intensiv danışıqlar aparır. Biz isə 2004-cü ildə danışıqlara başlamışıq".

Nazir müavini Azərbaycanla Avropa İttifaqı arasında assosiativ sazişin imzalanmasına dair danışıqların ikinci raundu keçiriləcəyini də deyib. Onun sözlərinə görə, danışıqların ikinci raundunun yanvarda Bakıda olacaq, lakin o vaxta kimi videokonfranslar vasitəsilə danışıqlar davam etdiriləcək.

Nazir müavini assosiativ sazişin imzalanmaq üçün hazır olmadığını deyib: "Sənəd keyfiyyətcə yüksək səviyyədə olmalıdır. Bu sənəd bizim gələcək əməkdaşlığın hüquqi çərçivəsini yaradacaq, ona görə biz çalışırıq ki, bu sənəd keyfiyyətcə çox yüksək səviyyədə olsun".

Assosiativ saziş - "Şərq Tərəfdaşlığı" çərçivəsində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı üçün hüquqi baza yaradacaq hüquqi sənəddir. Saziş üzrə danışıqların ilk raundu oktyabrda Brüsseldə keçirilib.

Gələn həftə isə Brüsseldə "Şərq Tərəfdaşlığı" proqramına üzv ölkələrin xarici işlər nazirlərinin müşavirəsi keçiriləcək. Müşavirəyə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton sədrlik edəcək.

Xatırladaq ki, bu görüş noyabrın sonunda keçirilməli olsa da, texniki səbəblərdən təxirə salınıb.

2009-cu ilin mayında qəbul olunmuş "Şərq Tərəfdaşlığı" proqramına Avropa İttifaqına üzv 27 ölkə və 6 postsovet ölkəsi - Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna, Ermənistan daxildir.

"Şərq Tərəfdaşlığı" proqramına üzv ölkələrin xarici işlər nazirlərinin Brüssel toplantısında Azərbaycanı nazir müavini Mahmud Məmmədquliyev təmsil edəcək. İclasda 2010-cu il ərzində proqram çərçivəsində görülən işlər müzakirə olunacaq, növbəti addımlar və sahələr müəyyən olunacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ya ölkədən çıx, ya cərimə ödə!

Britaniya tələbələr üçün vizanı sərtləşdirdi

Azərbaycan - AB Əməkdaşlıq Komitəsinin növbəti toplantısı

Türkiyə-Azərbaycan: Viza rejiminin ləğvi təxirə düşdü

İran viza rejimi ilə bağlı rəsmi Bakını məlumatlandırıb

Bölmənin digər xəbərləri
 
İstefaların səbəbi açıqlandı
Sülhəddin Əkbər evində mətbuat konfransı keçirib

Necə müraciət etməli: "Cənab deputat", yoxsa "Sayın millət vəkili"?
Milli Məclis üzvləri müxtəlif adlarla cəmiyyətə təqdim edilir

"Siyasi qardaşlaşmanın" yaxın tarixi
Siyasi müstəvidə indiyə qədər hansı partiyalar bir-biri ilə birləşib

Hərbi əməliyyata başlayırıq?
Ziyafət Əsgərovun bəyanatı əks-səda doğurdu

Azərbaycan - NATO əlaqələrində böhran başladı
Rəsmi Bakı üçüncü IPAP üzrə bəzi öhdəlikləri yaxına buraxmır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər