Hal-hazırda Ayna qəzetinin 11.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Necə müraciət etməli: "Cənab deputat", yoxsa "Sayın millət vəkili"?
Milli Məclis üzvləri müxtəlif adlarla cəmiyyətə təqdim edilir
Şənbə, 11.12.2010

X.İbadov mətn ölçüsü  

Artıq neçə illərdir ki, KİV-də, ictimai diskussiyalarda, telekanallarda Milli Məclis üzvləri "millət vəkili" adı ilə təqdim edilir. Bu ad artıq rəsmi müraciət forması kimi leksikona daxil olaraq "deputat" sözü küncə sıxışdırılıb. "Millət vəkili", yoxsa "deputat"... Hansını işlətməli?

Milli Məclis deputatlarının statusu haqqında qanunda Milli Məclisin üzvləri rəsmi olaraq "deputat" adlanır. Burada heç bir maddədə "millət vəkili" anlayışı əksini tapmayıb. Qanunun 1-ci, 2-ci, 6-cı maddələrində birmənalı olaraq "deputat səlahiyyətləri", "deputat vəsiqəsi"ndən danışılır. Milli Məclisin 1996-cı ildə qəbul edilmiş daxili Nizamnaməsində "Milli Məclis üzvləri "kimi göstərilib.

Buna baxmayaraq, Milli Məclisin üzvləri "millət vəkili" kimi təqdim edilərkən heç bir irad bildirilmir. Belə bir izah var ki, "millət vəkili" sözü müstəqilliyimizin ilk illərində Türkiyədən daxil olub. O zaman yeni parlamentarizm ənənələrinin astanasında olan Azərbaycan bununla bağlı terminlərin işlədilməsinə xüsusi bir diqqət ayırmayıb. Daha çox həmrəylik notları altında ortaya çıxan "millət vəkili" anlayışı sonradan "deputat" anlayışı ilə eyni statusda işlədilib.

Deputat Sabir Rüstəmxanlı "millət vəkili" ifadəsini daha çox işlədir. "Ayna" ilə müsahibədə o dedi ki, bu daha uyğun bir anlayışdır, deputatın statusunu uğurla əvəz edir.

"Mən millət vəkili termini işlədilməsinə tərəfdaram. Camaat bunu belə qəbul edib. Bu sözün qanuna salınmasına gəlincə, zaman hər şeyi yoluna qoyacaq", - deyə bildirib.

Amma fərqli fikirdə olanlar da var. Milli Məclisin deputatı Çingiz Qənizadə hesab edir ki, "deputat" anlayışını ictimai fikrə gətirmək üçün maarifləndirici tədbirlər həyata keçirilməlidir. Deputat qeyd edir ki, rəsmi məktublarda, sorğularda "deputat" adı hökmən göstərilməlidir. "Gündəlik həyatda isə elə millət vəkili sözünü işlətmək olar".

Ç.Qənizadənin sözlərinə görə, "millət vəkili" sözü ictimai fikrə elə pərçimlənib ki, bir çox tanınmış insanlar, təşkilatlar belə bunun qanunda məhz belə əks olunduğunu bilirlər.

Milli Məclisin keçmiş sədri Murtuz Ələsgərov bir dəfə iclas zamanı deputatların "millət vəkili" adı ilə təklif olunmasına kəskin etiraz edərək bu sözü işlətməməyi tapşırmışdı. O zaman hüquq professoru yalnız "deputat" anlayışının olduğunu deyərək digər ifadələrin hüquqi ərəmiyyət daşımadığını demişdi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Deputatlığa namizədə qarşı cinayət işi

Millət vəkilləri ilə jurnalistlərin "duet"i

"Hüquq-mühafizə orqanlarında işləməmişəm ki, kiməsə pislik edəm"

"Jurnalist oğru da ola bilər, quldur da"... (?!)

Müğənni namizədlərin sayı azalıb

Bölmənin digər xəbərləri
 
İstefaların səbəbi açıqlandı
Sülhəddin Əkbər evində mətbuat konfransı keçirib

Azərbaycan AB ilə viza rejimini sadələşdirmək istəyir
Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün də danışıqlar gedir

"Siyasi qardaşlaşmanın" yaxın tarixi
Siyasi müstəvidə indiyə qədər hansı partiyalar bir-biri ilə birləşib

Hərbi əməliyyata başlayırıq?
Ziyafət Əsgərovun bəyanatı əks-səda doğurdu

Azərbaycan - NATO əlaqələrində böhran başladı
Rəsmi Bakı üçüncü IPAP üzrə bəzi öhdəlikləri yaxına buraxmır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər