Hal-hazırda Ayna qəzetinin 11.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Noyabrın bahalaşma liderləri
Noyabrın bahalaşma liderləri
Çörək, bulka, günəbaxan yağı, yumurta
Şənbə, 11.12.2010

Aynurə mətn ölçüsü  

İqtisadi Tədqiqatlar Mərkəzi ölkənin 22 regionunda bu noyabr ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb. Bu iş İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi tərəfindən maliyyələşdirilən "Alternativ inflyasiya səviyyəsinin hesablanması və modellərin işlənilməsi" layihəsi çərçivəsində görülür.

Statistik müşahidələrin nəticəsi göstərir ki, bu ilin noyabr ayı ərzində istehlak qiymətləri 2,75 faiz artıb. Bu zaman Bakıda qiymətlər 2,94 faiz, regionlarda isə 2,56 faiz artıb. Bu ilin 11 ayında ölkədə 9,16 faizlik inflyasiya baş verib. Ötən ilin noyabrına nisbətən ölkədə istehlak qiymətləri indeksi 10,18 faiz artıb.

Beləliklə, noyabr ayı ərzində ən çox bahalaşma ərzaq məhsulları üzrə əla növ buğda çörəyi (16,77%), günəbaxan yağı (8,35%), bulka (7,35%), yumurta (20,31%), peçenye (7,25%), manna yarması (5,81%), ən çox ucuzlaşma yenə də ərzaq məhsullarından yerkökü (10,73%), naringi (13,76%), xurma (6,03%), toyuq (1,23%), qoyun ətində (1,10%) qeydə alınıb.

Dövlət Statistika Komitəsi isə noyabr ayında Azərbaycanda istehlak qiymətləri indeksinin 1,8 faiz artdığını elan edib. Fərq göz önündədir.

Mərkəzin ekspertləri 22 regionda noyabr ayı ərzində aparılan qiymətlərin statistik müşahidəsinin nəticələri və Nazirlər Kabinetinin 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında noyabr ayı üzrə minimum istehlak səbətinin dəyərini hesablayıblar. Həmin hesablamalara əsasən, ötən ay yaşayış minimumu əmək qabiliyyətli əhali üçün adambaşına 156,18 manat, pensiyaçılar üçün 137,14 manat, 0-14 yaşlı uşaqlar üçünsə 191,69 manat təşkil edib. Noyabr ayında əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 98,80 manat, pensiyaçılar 85,63 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 112,71 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 32,28 manat, pensiyaçılar üçün 29,25 manat, 0-14 yaşlı uşaqlar üçün 61,51 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,1 manat, 22,26 manat və 17,47 manat təşkil edib.

Xatırladaq ki, "Azərbaycanda 2010-cu il üçün yaşayış minimumu haqqında" qanunun əsasında ölkədə 2010-cu il üçün yaşayış minimumu 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyən edilib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Qazın qiyməti bahalaşdı: ekspertlər nə deyir?

Qazın bahalaşması: Tarif Şurasının araşdırması əsassız sayılır

Dəmiryol biletləri də bahalaşır?

Dünyada uculaşma, bizdə isə bahalaşma

İlin ikinci yarısında bahalaşma gözlənir

Bölmənin digər xəbərləri
 
ƏDV-nin ləğvi çörəyin qiymətinə təsir etməyəcək
Səbəb - dünya bazarında taxıl bahalaşıb

Yeni texnologiyalar poçtların önəmini azaltmır
Onlar da maliyyə xidmətləri göstərməyə başlayıb

Neftin qiymət artımı bizi xilas edib
Ölkənin iqtisadi durumu müzakirə olunub



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər