Hal-hazırda Ayna qəzetinin 11.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
ƏDV-nin ləğvi çörəyin qiymətinə təsir etməyəcək
ƏDV-nin ləğvi çörəyin qiymətinə təsir etməyəcək
Səbəb - dünya bazarında taxıl bahalaşıb
Şənbə, 11.12.2010

A.Əhmədova mətn ölçüsü  

Nazirlər Kabinetinin qərarı ilə xarici ölkələrdən Azərbaycana gətirilən buğda və un əlavə dəyər vergisindən (ƏDV) azad edildi. Bu qərarın qəbulu zamanı İqtisadi İnkişaf, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Maliyyə, Vergilər nazirlikləri və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifi nəzərə alınıb.

KTN yetkililəri bildirir ki, ƏDV-nin ləğvindən sonra gələcəkdə dünya bazarında ərzaq buğdasının bahalaşacağı təqdirdə belə Azərbaycanda un və çörəyin qiymətində artım olmayacaq. Hesab edilir ki, bu qərarın nəticəsində bu sahədə qiymətlərin süni artırılmasının və ya buna cəhdlərin qarşısı alınacaq. Yəni bundan sonra ölkədə çörəyin qiymətinin bir qədər ucuzlaşacağı istisna edilməsə də, qərarın əsas məqsədi bundan sonrakı qiymət artımlarının qarşısını almaqdır.

Beləliklə, yeni qərar nəticəsində ölkəyə gətirilən taxılın qiyməti 18% ucuzlaşacaq. Məsələn, bu günədək Qazaxıstandan gətirilən taxılın 1 tonu 330 dollara başa gəlirdisə, indi qiymətlər bundan 60 dollar az, yəni 270 dollara düşəcək. İrandan gətirilən taxılın tonunun qiyməti isə 290 dollardan 240 dollara enəcək. Əgər indiyədək ölkəyə idxal olunan 50 kq-lıq unun kisəsi 19 manata başa gəlirdisə, ƏDV-nin ləğvindən sonra bu rəqəm 15,6 manatadək azala bilər.

Bu arada rəsmilərin bildirdiyinə görə, hazırda ölkədə 2 milyon tondan çox taxıl ehtiyatı var. Taxıla aylıq tələbat 135 min ton təşkil edir. KTN-in məlumatına görə, qərarın qəbulundan sonra bir neçə iri sahibkar Ukraynadan da taxıl gətirməyə hazırlaşdığını bildirib.

İqtisadçı millət vəkili Vahid Əhmədov bu qənaətdədir ki, Nazirlər Kabinetinin xaricdən Azərbaycana gətirilən buğda və una əlavə dəyər vergisinin ləğv edilməsi qərarı ölkənin daxili bazarına ciddi təsir edəcək. Onun sözlərinə görə, qərar nəinki bu sahədə süni qiymət artımının qarşısını alacaq, həm də taxıl, çörək, un və un məmulatlarının ucuzlaşmasına səbəb olacaq. O deyir:

"Bu, birbaşa Azərbaycanın daxili bazarına, həm unun, həm çörəyin qiymətinə çox ciddi təsir edəcək. Son vaxtlar çörəyin qiymətində müəyyən problemlər yaranmışdı. Unun qiyməti müəyyən qədər qalxdı, çörəyin qiyməti 30 qəpikdən 40 qəpiyə yüksəldi. Hətta çörəyin çəkisini azaltmağa başladılar. Ona görə də Nazirlər Kabinetinin atdığı addımı mən çox yüksək qiymətləndirirəm.

REKLAM

Fikrimcə, bu qərar tezliklə un və un məmulatlarının qiymətlərinin əvvəlki həddə qayıtmasına imkan verər".

Vahid Əhmədov deyir ki, çörəyin qiyməti əvvəlki həddə mütləq qayıtmalıdır. Çünki ixrac olunan taxıl, un və un məmulatlarının qiymətində kəskin azalmalar olacaq. Artıq sahibkarlar gətirdikləri taxılla əlaqədar olaraq ƏDV ödəməyəcəklər. Bu da təxminən qiymətin 25-30 faizə yaxınıdır. Onun bildirdiyinə görə, mövcud vəziyyət sahibkarların da fəaliyyətinə müsbət təsir göstərəcək. Artıq iş adamları ziyan etməmək üçün unun qiymətini bahalaşdırmalı və ya çörəyin çəkisini azaltmalı olmayacaqlar.

Hazırda dünya bazarında ərzaq qıtlığı və buğda çatışmazlığının yarandığını deyən bəzi iqtisadçılar Azərbaycan hökumətinin qərarını dəstəkləsə də, bəziləri bu qərarı vaxtında atılmamış addım kimi dəyərləndirir. Çünki Nazirlər Kabineti problemə çevik reaksiya verməyib. Əlavə dəyər vergisinin ləğvinə dair qərar gecikib. Bu səbəbdən də qərarın əhəmiyyəti azalıb.

Xatırladaq ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi hələ 2010-cu ilin ortalarında ölkəyə gətirilən buğda və unun əlavə dəyər vergisindən azad edilməsini təklif etmişdi. Təəssüf ki, o zaman NK bu məhsulların əlavə dəyər vergisindən azad edilməsi yönündə qərar qəbul etmədi. Baxmayaraq ki, KTN də belə bir qərarın olacağına dair açıqlama yaymışdı.

Mərkəz ekspertləri deyirlər ki, Nazirlər Kabinetinin buğda və unun əlavə dəyər vergisindən azad edilməsi yönündə qərarının gecikməsinin bir sıra neqativ nəticələri olub. Belə ki, əgər Nazirlər Kabineti zamanında sözügedən məhsulları əlavə dəyər vergisindən azad edən qərar versəydi, o zaman taxıl idxalı ilə məşğul olanlar ölkəyə ucuz və çox məhsul gətirmiş olardılar. Əlavə dəyər vergisinin götürülməməsi dünya bazarında taxılın ucuz olduğu zamanlarda yerli iş adamlarının daha az həcmdə idxal həyata keçirmələrinə gətirib çıxardı. Misal üçün, hazırda iyun ayı ilə müqayisədə Qazaxıstanda, eləcə də dünya bazarında taxılın qiyməti kifayət qədər qalxıb. Ona görə də əslində buğda və unun əlavə dəyər vergisindən azad edilməsi bu məhsulların idxal xərclərinin azalmasına səbəb olacaq.

Mərkəz iqtisadçıları bu qənaətdədirlər ki, ölkədə çörək və buğdanın qiyməti düşməyəcək:

"Çörəyin qiymətinin ucuzlaşması indiki halda müzakirə edilə bilməz. Çünki çörəyin istehsal xərci kifayət qədər çoxdur. Əlavə dəyər vergisinin ləğvi yalnız son iki ayda dünya bazarındakı qiymət artımlarını sığortalaya bilər. Bu, buğdanın xərcinin azalmasına səbəb olmayacaq".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Fermerlərə yerli bazarlara çıxış imkanı yaradılmır

Çin malları Azərbaycanda istehsal ediləcək?

Yerli müəssisələrin səhmləri ucuzlaşıb

Bank kreditləri ucuzlaşacaq

Ölkə banklarının vəziyyəti ürəkaçan deyil

Bölmənin digər xəbərləri
 
Noyabrın bahalaşma liderləri
Çörək, bulka, günəbaxan yağı, yumurta

Yeni texnologiyalar poçtların önəmini azaltmır
Onlar da maliyyə xidmətləri göstərməyə başlayıb

Neftin qiymət artımı bizi xilas edib
Ölkənin iqtisadi durumu müzakirə olunub



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər