Hal-hazırda Ayna qəzetinin 11.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Avropanın 16 ən güclüsü bəlli oldu
Çempionlar Liqası 1/8 final mərhələsinin püşkü dekabrın 17-də atılacaq
Şənbə, 11.12.2010

İlham mətn ölçüsü  

UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub. Bununla da növbəti mərhələyə vəsiqə qazanan 16 ən güclü komandanın adları məlum olub. Bunlar İspaniyanın "Barselona", "Real" (Madrid), "Valensiya", İngiltərənin "Mançester Yunayted", "Çelsi", "Arsenal", "Tottenhem", İtaliyanın "Milan", "İnter", "Roma", Fransanın "Lion", "Marsel", Almaniyanın "Bayer", "Şalke", Ukraynanın "Şaxtyor", Danimarkanın "Kopenhagen" komandalarıdır.

UEFA Çempionlar Liqasının 1/8 finalçıları qrup mərhələsində tutduğu yerə əsasən püşk zamanı səbətlərə bölünəcək. Belə ki, qrup qalibləri səpələnmiş, ikincilər isə səpələnməmişlərdə yer alacaq.

Qrup qalibləri bunlardır: "Tottenhem", "Mançester Yunayted", "Çelsi", "Barselona", "Real" (Madrid), "Bavariya", "Şalke" və "Şaxtyor".

Qrup qaliblərinin ikincilərlə görüşəcəyi 1/8 finalda eyni ölkə təmsilçiləri qarşılaşa bilməz. Bu, yalnız 1/4 finaldan başlayaraq mümkündür. 1/8 final mərhələsinin püşkatması isə gələn həftə, dekabrın 17-də keçiriləcək. Yeri gəlmişkən, Madrid "Real"ı UEFA Çempionlar Liqasının rekordunu müəyyənləşdirib. Belə ki, Madrid komandası nüfuzlu turnirin əsas mərhələsində 300 qol vura bilən ilk klub olub.

Qruplarında üçüncü olan Hollandiyanın "Ayaks" və "Tvente", Portuqaliyanın "Benfika" və "Braqa", Rusiyanın "Rubin" və "Spartak", İsveçrənin "Bazel", Şotlandiyanın "Qlazqo Reyncers" komandaları mübarizəni Avropa Liqasında davam etdirəcəklər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Bazel" və "Tvente" Bakıya gəlir

Rəşad Sadıqov "Qarabağ"a kömək edə bilməyəcək

Püşkatma "Qalatasaray"a çətin rəqib seçdi

Vaqifin "Tvente"yə keçidi bu gün rəsmiləşə bilər

Vaqif Cavadov: "Tvente"də təkcə özümü deyil, "Qarabağ"ı və Azərbaycanı təmsil edəcəm"

Bölmənin digər xəbərləri
 
Əsas oyunlar Bakıda keçiriləcək
Bu gün futbol üzrə ölkə çempionatında XVII turun oyunlarıdır

"Rabitə" Polşa səddini aşa bilmədi
Amma "Azərreyl" və "İqtisadçı" asan qələbə qazandılar

Ölkə kubokunda ilk dəfə
"Neftçi" və "Xəzər-Lənkəran" üz-üzə gəlir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər