Hal-hazırda Ayna qəzetinin 11.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Ölkə kubokunda ilk dəfə
Ölkə kubokunda ilk dəfə
"Neftçi" və "Xəzər-Lənkəran" üz-üzə gəlir
Şənbə, 11.12.2010

Kərim Nəsrullah mətn ölçüsü  

Bu həftə Azərbaycan kubokunda bütün 1/4 finalçılar müəyyənləşib. "Qarabağ"ı yarışlardan uzaqlaşdırmaqla sensasiyaya səbəb olan "Turan"ın ardınca "Neftçi", "Qəbələ", AZAL, "Bakı", "Abşeron", "Xəzər-Lənkəran" və "İnter" növbəti mərhələyə çıxıb.

"Flaqman" Premyer Liqada olduğu kimi, kubokda da "Gəncə"ni asanlıqla məğlub edərək, növbəti mərhələyə adlayıb. İndi "Neftçi"nin 1/4 finalda "Xəzər-Lənkəran"la görüşəcəyini nəzərə alsaq, əsas favoritlərin görüşünü erkən final saymaq olar.

"Turan" kimi "Abşeron" da sürpriz çıxışını davam etdirir. Mirbağır İsayevin yetirmələri MOİK-in ardınca Premyer Liqanın digər autsayderi "Simurğ"u səfərdə yenib. "Turan" kimi "Bakı" da 1/4 finala oyun sonrası penaltilərlə yüksəlib. "Qəbələ", AZAL, "Xəzər-Lənkəran" və "İnter"in rəqiblərinin I divizion təmsilçiləri olduğunu nəzərə alsaq, bu klubların növbəti mərhələyə çıxacaqları əvvəlcədən proqnozlaşdırılırdı.

Azərbaycan kuboku 1/8 final mərhələsi: "Gəncə" - "Neftçi" - 1:3, "Qəbələ" - "Neftçi" İSM - 2:0, "Simurq" - "Abşeron" - 1:1 (penaltilərlə - 2:5), "Rəvan" - AZAL - 1:2, "Bakı" - "Muğan" - 1:1 (penaltilərlə - 5:3), "Xəzər-Lənkəran" - "MKT-Araz" - 3:1, "Şuşa" - "İnter" - 1:4.

Azərbaycan kubokunda mübarizə gələn il davam edəcək. 1/4 final mərhələsinin oyunları martın 2-3-də və 8-9-da keçiriləcək. Bu mərhələdən başlayaraq qalib bir yox, artıq iki oyunla müəyyənləşəcək. 1/4 finalın cütlükləri bunlardır:

"Neftçi" - "Xəzər-Lənkəran", "Qəbələ" - "Bakı", "Abşeron" - "İnter" və AZAL - "Turan".

Qaydalara görə, ilk göstərilən komanda ilk meydan sahibi olacaq. Prinsipial rəqiblər, hazırda çempionatımızda ilk iki pillənin sahibi olan "Neftçi" ilə "Xəzər-Lənkəran" tarixlərində ilk dəfə kubokda görüşəcəklər. Bununla, əzəli rəqiblərin qarşıdurması çempionatda olduğu kimi, bu turnirdə də davam edəcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Separatizmi alovlandırmağa yeni cəhdlər

Xırdalan sakinləri imdad diləyir

"Turan" qrupu BBS-3 yubileyində çıxış edəcək

"Turan" qrupu İngiltərədən qayıdıb

II tur başlandı

Bölmənin digər xəbərləri
 
Əsas oyunlar Bakıda keçiriləcək
Bu gün futbol üzrə ölkə çempionatında XVII turun oyunlarıdır

"Rabitə" Polşa səddini aşa bilmədi
Amma "Azərreyl" və "İqtisadçı" asan qələbə qazandılar

Avropanın 16 ən güclüsü bəlli oldu
Çempionlar Liqası 1/8 final mərhələsinin püşkü dekabrın 17-də atılacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər