Hal-hazırda Ayna qəzetinin 11.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"Rabitə" Polşa səddini aşa bilmədi
"Rabitə" Polşa səddini aşa bilmədi
Amma "Azərreyl" və "İqtisadçı" asan qələbə qazandılar
Şənbə, 11.12.2010

İ.Rəfiyev mətn ölçüsü  

Bu həftə voleybol üzrə Avropa kubokları özünün qaynır günlərini yaşayıb. Qitənin nüfuzlu klub turnirlərində çıxış edən voleybol komandalarımız növbəti oyunlarını keçiriblər.

Qadın voleybolçular arasında Çempionlar Liqasının III turuna yekun vurulub. Avropanın ən nüfuzlu klub turnirində iştirak edən "Rabitə" Polşada "Aluprof" komandasının qonağı olub. Əvvəlki iki görüşdə məğlubiyyət acısı dadmayan Azərbaycan çempionu uduzub - 3:2 (25:21; 21:25; 25:18; 20:25; 15:13).

Xatırladaq ki, "Rabitə" İtaliyanın "Skovalini", Polşanın "Aluprof" və Rumıniyanın "Dinamo- Romprest" klubları ilə eyni qrupda mübarizə aparır. Son oyunda uğursuzluğa baxmayaraq, "Rabitə" qrup birincisidir.

Nisbətən aşağı səviyyəli "Celenc Cur" turnirində çıxış edən "Azərreyl" və "İqtisadçı" da, demək olar ki, növbəti mərhələyə vəsiqəni təmin ediblər.

"Azərreyl" turnirin II təsnifat mərhələsi çərçivəsində Yunanıstan təmsilçisi "Markopoulo"ya qalib gəlib - 3:0 (25:20, 25:11, 25:14).

Rəşad Yazıçıoğullarının başçılıq etdiyi "İqtisadçı" isə Avstriyanın "Srarkasse" komandasına heç bir şans verməyib - 3:0 (25:10, 25:4, 25:11).

Bənzər yarışda mübarizə aparan "Lokomotiv" isə daha ciddi rəqiblə üz-üzə gəlib. Super Liqanın gümüş təmsilçisi Rusiyada "Omiçka" ilə qarşılaşıb. Ölkə çempionatında məğlubiyyətləri sıralayan Aleksandr Çervyakovun komandası qara zolaqdan Rusiyada çıxmağa yaxın olsa da, istəyini reallaşdıra bilməyib: 3 hissədən sonra 2:1 hesabı ilə irəlidə olan "Lokomotiv" sonda üstünlüyü əldən verib 3:2 (25:22, 20:25, 20:25, 25:21, 15:10).

Komandalarımız cavab görüşlərini gələn həftə keçirəcəklər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Marakana" yenidən qurulur

"Rabitə" "Azərreyl"in qisasını aldı

Rəqiblər bəlli, qaldı oynamaq və...

Bölmənin digər xəbərləri
 
Əsas oyunlar Bakıda keçiriləcək
Bu gün futbol üzrə ölkə çempionatında XVII turun oyunlarıdır

Ölkə kubokunda ilk dəfə
"Neftçi" və "Xəzər-Lənkəran" üz-üzə gəlir

Avropanın 16 ən güclüsü bəlli oldu
Çempionlar Liqası 1/8 final mərhələsinin püşkü dekabrın 17-də atılacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər