Hal-hazırda Ayna qəzetinin 11.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
İntiharların sayı bizim ölkədə də artır
İntiharların sayı bizim ölkədə də artır
Depressiya və intiharlar əsri sözünü deyir
Şənbə, 11.12.2010

Banu mətn ölçüsü  

Ümumdünya Səhiyyə Təşkilatının gətirdiyi rəqəmlərə görə, son 45 ildə dünyada öz canına qəsd edənlərin sayı 60 faiz artıb. Dünya Psixiatriya Assosiasiyası XXI əsri "depressiya və intiharlar əsri" adlandırıb. Hər il dünyada 60 milyon insan intihara cəhd edir. Lakin bunlardan təxminən bir milyonu öz istəyinə çatır. Proqnozlarına görə, yaxın 20 il ərzində depressiya ürək-damar xəstəliklərindən sonra ikinci yerdə dayanacaq. Ötən il intihar hallarının sayına görə İsveçrə birinci yeri tutub. Keçən əsrin 60-cı illərindən bəri Amerikada 19 yaşında intiharlar 50 faizdən çox artıb.

Bu statistikada postsovet ölkələri də öndə gedir. Birincilik isə Litvaya məxsusdur. Bu ölkədə hər yüz min nəfərdən təxminən 42 nəfər intihar edir. Araşdırmalara görə, dünyada intihar edənlərin 90 faizi depressiya xəstəsidir. Problemləri həlletmə bacarığının yetərsizliyi, stress və ümidsizlik ilə intiharın yaxından bağlılığı var.

İntihar yaş qruplarına və cinsə görə fərqlənir. İntihar nəticəsində həyatını itirən şəxslərin 63 faizi kişilər, 37 faizi isə qadınlardır. Baxmayaraq ki, qadınlar intihara kişilərdən daha çox meyilli olur.

Azərbaycanda da intihar halları artıb. Buna dair rəsmi statistika aparılmasa da, həftə ərzində kimlərinsə özünə qəsd etməsi ilə bağlı məlumatlar oxuyur, süjetlərə baxırıq. İntihar edən insanlar arasında gənclər, yaşlılar, qadınlarla yanaşı, uşaqlar da var.

REKLAM

Əgər bir müddət əvvəl intiharın əsas səbəbələrindən biri kimi iqtisadi vəziyyət göstərilirdisə, son vaxtlar bu sırada tam təminatlı şəxslər də var.

Bu il baş verən intiharları "pələng ili" ilə bağlayanlar tapılır. Guya aktiv il olduğundan bunlar təbii qarşılanmalıdır. Ekspertlər bunu qeyri-elmi yanaşma sayırlar.

Bu təzahür toplumda ciddi sosial-psixoloji problemlərin mövcudluğundan xəbər verir. Bizdə bu hallarla bağlı ayrıca statistika aparılmasa da, əksər ölkələrdə bunun səbəbləri araşdırılır. Psixoloqların qənaətinə görə, ayrı-ayrı fərdlər arasında, yaxud ailə daxilində normal münasibətlər olmadıqda bu cür faciələr baş verir. Bəzi şəxslər ətrafdakı insanların bir-birinə, eyni zamanda onun özünə qarşı xoş olmayan münasibətini gördükdə buna cavab verə bilmir. Çıxış yolunu intiharda görür. Buna meyilli insanların əksəriyyəti hadisədən əvvəl özünəqapalı və son dərəcə bədbin olur.

Ekspertlər nə düşünür?

Ölkənin baş psixiatrı Gəray Gəraybəylinin qənaətincə, son addım kimi qiymətləndirilən intihara insanı sövq edən səbəblər içərisində əsas yerlərdən birini ailə-məişət münaqişələri tutur:

"İnsanın özünəqəsd etməsinin səbəbləri sırasında tibbi aspektlər də rol oynayır. İntihar edənlərin təxminən 25 faizi xəstəliyinə görə intihara əl atır. İntiharın səbəbləri sırasında insanların bir-birinə münasibəti də mühüm rol oynayır".

Psixoloq Azad İsazadə intiharın səbəblərini insanların maddi və mənəvi durumlarında olan problemlərlə izah edir:

"Depressiyada olan insanda istər-istəməz intihar fikri oyana bilər. İnsan bu vəziyyətdə müəyyən çıxış yolları axtarır. Digər tərəfdən, intiharların artmasında kütləvi informasiya vasitələri də müəyyən rol oynayır. Bu tipli informasiyalar mətbuata daha çox ötürülür. Filmlərdə qəddarlıq səhnələri xüsusilə uşaqların psixikasına təsir edir. Bu gün filmlərin 70 faizi qəddarlıq və pis səhnələrdir. Normal münasibət aşılayanı yox dərəcəsindədir. Özünəqəsdlə bağlı kadrların açıq yayımı da intihara maraq yaradan amillərdəndir".

Psixoloqun qənaətinə görə, ölkədə qadınların intiharına səbəblər sırasında ailə zorakılığı mühüm yer tutur. Yaşlı insanların intihar etməsinə isə çox vaxt sağalmaz xəstəliklər yol açır. Ruhi xəstələri intihardan çəkindirmək nə qədər çətindirsə, psixoloji çətinliyi olan insanları fikrindən döndərmək o qədər asandır. Əgər əvvəllər intihar hallarına böyüklər arasında daha çox rast gəlinirdisə, getdikcə intihara daha çox gənclər əl atır. Gənclərin intiharına isə bir neçə amil səbəb olur. Psixoloq deyir ki, bu hal xüsusilə keçid yaş dövrünü yaşayan yeniyetmələrə aiddir. Qızlarda baş tutmayan qarşılıqsız sevgi çox vaxt intiharla sonuclanır. Oğlanlarda ailə, karyera qura bilməmək, perspektivin olmaması özünəqəsdə aparır:

"Azyaşlılar arasında isə boykot, döyülmə, yetkinlik yaşında hormonal proseslərin törətdiyi dəyişiklik, cinsi zorakılığa məruz qalma, romantik sevgi 13-16 yaş arasında olan uşaqları intihara sürükləyə bilər".

Psixoloq Dəyanət Rzayev bu təzahürün maddi vəziyyətlə bağlı olmasını istisna edir. Maddi vəziyyətin ağırlığının özünəqəsddə müəyyən qədər rolu ola bilər.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Azərbaycanda 24 min narkoman qeydiyyata alınıb

Ərzaq məhsulları ucuzlaşıb

Statistika gerçəkliyi əks etdirmir

Yoxsulluq səviyyəsində Britaniyanı, işsizlik səviyyəsində ABŞ-ı geridə qoyduq

Uşaq intiharlarının sayı durmadan artır

Bölmənin digər xəbərləri
 
Cənub bölgəsində QİÇS narkomanlara divan tutur
Bir il ərzində 70 nəfər HİV-li xəstə aşkar edilib

Misir Mərdanov:"Hər bir şagird məktəbdə yalnız məktəbli geyimində olmalıdır"
TN qarşısında icazəsiz aksiya dağıdılıb

Özəlləşdirilən bağçaların profili dəyişdirilib
Ölkədə isə bağça çatışmır

Bakıda İnsan Haqları Günündə
BMT özünün qəbul etdiyi qətnamələrə əməl etməyə çağırıldı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər