Hal-hazırda Ayna qəzetinin 04.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Dünya çempionatında itkilərlə
Dünya çempionatında itkilərlə
Şənbə, 04.12.2010

Kərim Nəsrullah mətn ölçüsü  

Dünən qadınlar arasında həndbol üzrə dünya çempionatının seçmə mərhələsinə start verilib. Komandamız seçmə mərhələdə Yunanıstan, İsveçrə və Makedoniya yığmaları ilə birgə II qrupda mübarizəyə başlayacaq. Yığmamızın yer aldığı qrupun oyunları Yunanıstanda təşkil olunub.

Yığmamızın baş məşqçisi Rəfiqə Şabanovanın başçılıq etdiyi qadın həndbolçularımız dünya çempionatının seçmə mərhələsinə ciddi hazırlaşıblar. Həndbol yığmamızın üzvləri hazırlıqla əlaqədar oktyabrın axırında Çexiyada, noyabrın sonlarında isə Ukraynada təşkil olunan beynəlxalq turnirlərə qatılaraq, özlərini bir daha sınayıblar. R.Şabanova mətbuata bildirib ki, beynəlxalq turnirdə iştirak edən həndbolçularımız oyunlara hazırdır və son yoxlama görüşlərində qələbə onları ruhlandırıb:

"Ukraynada təşkil olunan turnir bizə çox şey verdi. Düzdür, ev sahiblərinə və Belarus yığmasına uduzub, Latviya millisini məğlub etdik. Bu oyunlardan sonra həndbolçularımızda özlərinə inam bir qədər də artdı. İndi Yunanıstanda uğurlu çıxış edib, qalib gəlmək istəyirik".

Olimpiya çempionumuzun sözlərinə görə, rəqiblər barəsində ətraflı məlumat toplaya bilməyiblər. Bu azmış kimi, milli komandamız Drama şəhərində keçirilən seçmə mərhələnin oyunlarına tam heyətlə çıxa bilməyəcək.

Belə ki, əsas heyət oyunçularımız Yelena Qratsova və Səbinə Babayeva zədəli olduğu üçün komandaya kömək edə bilməyəcəklər. Onların yoxluğu komandamız üçün böyük itkidir. Yığmamız səfərə üç qapıçı olmaqla, 15 oyunçu ilə yollanıb. Rəfiqə Şabanova Drama şəhərində Valentina Solomaxa, Səbinə Nuriyeva, Anna Cəfərova, Rumiyyə Xametova, Səkinə Abbasova, Anna Həmidova, Mariana Tankatskaya, Yulya Deryabina, Peqe Yekaterina, Olya Poqonina, Yulya Lukyanenko, Nailə Çikayeva, İranə Qasımova, Yana Qornyakın xidmətindən yararlanacaq.

Rəqiblərimizə gəlincə, hənbolçularımız bu komandaların heç biri ilə qarşılaşmayıb. Makedoniya millisi güclü heyəti ilə öyünə bilər. Yunanıstan isə ev sahibi qismində çıxış edir. Odur ki, seçmə yarışda hansı komandanın favorit olmasını demək çətindir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Beşiktaş" 1/8 finala çıxdı
Avropa Liqasında V turun oyunlarına yekun vurulub.

2018-ci il mundialına Rusiya ev sahibliyi edəcək
2022-ci il dünya çempionatı isə müsəlman ölkəsində keçiriləcək

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov tac yarışında
Dünya şahmat tacı uğrunda iddiaçıların görüşlərinin vaxtı dəqiqləşdirilib.

AFFA yığma üçün rəqib axtarır
AFFA futbol üzrə milli komandamızın gələn ilin əvvəllərində yoldaşlıq görüşü keçirməsi ilə bağlı danışıqlar aparır.

Super Liqada həyəcan başlandı!
Ötən həftə voleybol üzrə qadınlar arasında növbəti Azərbaycan çempionatı başlanıb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər