Hal-hazırda Ayna qəzetinin 04.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
2018-ci il mundialına Rusiya ev sahibliyi edəcək
2018-ci il mundialına Rusiya ev sahibliyi edəcək
2022-ci il dünya çempionatı isə müsəlman ölkəsində keçiriləcək
Şənbə, 04.12.2010

İlham mətn ölçüsü  

2018 və 2022-ci illərdə futbol üzrə dünya çempionatlarına ev sahibliyi edəcək ölkələrin adları məlum olub. 2018-ci il dünya çempionatının Rusiya Federasiyasında, 2022-ci il birinciliyinin isə Yaxın Şərq ölkəsi olan Qətərdə keçirilməsi qərara alınıb. Bu barədə qərar FİFA İcraiyyə Komitəsinin İsveçrənin Sürix şəhərində keçirilən toplantısında qəbul olunub. 2018-ci il dünya çempionatı ilə bağlı keçirilən gizli səsvermədə Rusiya digər iddiaçılar - İngiltərə, İspaniya-Portuqaliya və Belçika-Hollandiyanın birgə təşəbbüsünü üstələyib.

2018-ci ildəki mundialın Avropada keçiriləcəyi əvvəlcədən bəlli idi. Çünki namizədlərin hamısı Avropa ölkələri idi. Birgə namizədliyini irəli sürən İspaniya və Portuqaliyada futbola olan maraqla yanaşı, bu ölkələrdəki turizm, otelçilik, nəqliyyat kimi sahələrin inkişaf etməsi onları digər ölkələrdən fərqləndirirdi. Amma Rusiyanın da öz üstünlükləri vardı. Belə ki, indiyədək həmin ölkədə bu səviyyədə turnir keçirilmədiyi, hakimiyyətin yarışa tam dəstəyi, böyük büdcə, dünya çempionatı keçirilməsinin regionda futbolun inkişafına ciddi təkan verməsi Rusiyanın üstünlüklərindən idi.

Bununla belə, Rusiyanın zəif cəhətləri də az deyil. Məsələn, təhlükəsizliklə bağlı problemlər, turniri qəbul edəcək şəhərlər arasında nəhəng məsafələr və s.

Qeyd edək ki, ruslar çempionatın oyunlarının 13 şəhərdə - Kalininqrad, Sankt-Peterburq, Moskva, Yaroslavl, Nijnıy Novqorod, Samara, Qazan, Saransk, Volqoqrad, Rostov, Krasnodar, Soçi, Yekaterinburqda keçirilməsini nəzərdə tutublar. Qeyd edək ki, final mərhələsinin iştirakçılarından birinin adı artıq məlumdur. Bu, meydan sahibi Rusiya yığmasıdır.

Qeyd edək ki, Rusiyada indiyədək futbol üzrə dünya çempionatı keçirilməyib.

2022-ci ilin dünya çempionatına ev sahibliyi etmək üçünsə müxtəlif qitələrdən iddiaçılar vardı: ABŞ, Qətər, Avstraliya, Koreya və Yaponiya. Lakin çempionatın Qətərdə keçirilməsi ilə bağlı FİFA İcraiyyə Komitəsinin qərarı gözlənilməz olub. Beləliklə, Qətər futbol üzrə dünya çempionatını keçirəcək ilk müsəlman ölkəsi olacaq. Qətər əmiri nəticənin açıqlanma mərasimindən sonra deyib:

"Hamını inandırmaq istəyirəm ki, bu seçimin doğruluğuna əmin olacaqsınız. FİFA və bütün dünya futbolsevərləri bizimlə fəxr edəcəklər".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Beşiktaş" 1/8 finala çıxdı
Avropa Liqasında V turun oyunlarına yekun vurulub.

Dünya çempionatında itkilərlə
Dünən qadınlar arasında həndbol üzrə dünya çempionatının seçmə mərhələsinə start verilib.

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov tac yarışında
Dünya şahmat tacı uğrunda iddiaçıların görüşlərinin vaxtı dəqiqləşdirilib.

AFFA yığma üçün rəqib axtarır
AFFA futbol üzrə milli komandamızın gələn ilin əvvəllərində yoldaşlıq görüşü keçirməsi ilə bağlı danışıqlar aparır.

Super Liqada həyəcan başlandı!
Ötən həftə voleybol üzrə qadınlar arasında növbəti Azərbaycan çempionatı başlanıb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər