Avropa Liqasında V turun oyunlarına yekun vurulub. Baş tutan 12 görüşdən sonra 1/16 final mərhələsinə vəsiqə qazanan növbəti komandalar müəyyənləşib. Azərbaycanda kifayət qədər tərəfdarı olan Türkiyə təmsilçisi "Beşiktaş" Sofiyada yerli MOİK-i məğlub etməklə, qrup ikincisi kimi 1/8 finala yüksəlib. "Qara qartallar"la yanaşı L qrupundan "Porto"da 32 ən güclü komanda sırasına çıxıb.
Gecənin ən qollu matçı Hollandiya, Rusiya və Fransada qeydə alınıb. "Utrext" - "Napoli" matçında tərəflər hərəyə 3 qol vursa da, Moskva MOİK-i "Lozanna"nı 5:1, PSJ isə "Sevilya"nı 4:2 hesablı məğlubiyyətə uğradıb.
Bu mərhələnin sona çatmasına bir tur qalmış "Liverpul", MOİK (Rusiya), Kiyev "Dinamo"su, "Sparta"(Çexiya), BATE (Belorus) və PSJ (Fransa)mübarizəni davam etdirirlər. Dünən isə "Mançester Siti" (İngiltərə), "Lex" (Polşa), "Bayer", "Ştutqartd" (hər ikisi Almaniya), "Sportinq" (Portuqaliya), "Zenit" (Rusiya), "Yanq Boyz" (İsveçrə), PSV (Hollandiya) və "Metallist" (Ukrayna) növbəti mərhələyə vəsiqəni təmin etməli idilər.
F qrupu
MOİK (Rusiya) - "Lozanna" (İsveçrə) - 5:1; "Palermo" (İtaliya) - "Sparta" (Çexiya) - 2:2 1.MOİK - 15 xal, 2."Sparta" - 8, 3."Polermo" - 4, 4."Lozanna" - 1.
J qrupu
"Borussiya" (Almaniya) - "Karpat" (Ukrayna) - 3:0 PSJ (Fransa) - "Sevilya" (İspaniya) - 4:2 1.PSJ - 11 xal, 2."Sevilya" - 9, 3."Borussiya" - 8, 4."Karpat" - 0. K qrupu
"Utrext" (Hollandiya) - "Napoli" (İtaliya) - 3:3 "Styaua" (Rumıniya) - "Liverpul" (İngiltərə) - 1:1 1."Liverpul" - 9 xal, 2."Styaua" - 6, 3."Napoli" - 4, 4."Utrext" - 4; L qrupu
MOİK (Bolqarıstan) - "Beşiktaş"(Türkiyə) - 1:2 "Rapid" (Avstriya) - "Porto" (Portuqaliya) - 1:3 1."Porto" 13 xal, 2."Beşiktaş" 10 xal, 3."Rapid" - 3, 4.MOİK - 3. D qrupu
"Vilyareal" (İspaniya) - "Dinamo" (Xorvatiya) - 3:0 PAOK (Yunanıstan) - "Brügge" (Belçika) - 1:1 1."Vilyareal" 9 xal, 2.PAOK - 8, 3."Dinamo" (Zaqreb) - 4, 4."Brügge" - 3. E qrupu
"Şerif" (Hollandiya) - "Alkmaar" (Hollandiya) - 1:1 BATE (Belorus) - Dinamo (Ukrayna) - 1:4 1."Dinamo - 10 xal, 2.BATE 10, 3."Alkmaar" - 4, 4."Şerif" - 4.
|