Hal-hazırda Ayna qəzetinin 04.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
"Uşaqların tövsiyələri gerçəkdir"
"Uşaqların tövsiyələri gerçəkdir"
Onlar nə istədiklərini bilirlər
Şənbə, 04.12.2010

A.Akif mətn ölçüsü  

Azərbaycanda uşaqların vəziyyətinə və Uşaq Hüquqları Konvensiyasının icrasına dair Alternativ QHT Hesabatı yekunlaşmaq üzrədir. Gələn il hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə BMT Uşaq Hüquqları Komitəsində Azərbaycandakı vəziyyət təhlil ediləcək və növbəti beş il üçün hökumətə tövsiyələr veriləcək. Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının nümayəndəsi Dadaş Əhmədovla bu mövzuda danışdıq.

Sözsüz, hesabatı hazırlamaq ciddi və çətin prosesdir. Uşaq Hüquqları Komitəsinin qaydalarına görə, hər bir vətəndaş, eləcə də QHT Alternativ Hesabat hazırlaya və təqdim edə bilər. Amma təbii ki, QHT-lərin hazırladıqları hesabatlar daha geniş və hərtərəfli hesab olunur. D.Əhmədov deyir ki, QHT-lər daha çox mütəxəssisə malik olduqlarından onların daha çox sahədə araşdırma aparmaq və müvafiq hesabatlar hazırlamaq imkanları var. Bundan da əlavə, çox zaman alternativ hesabatlar bir QHT tərəfindən deyil, QHT koalisiyaları tərəfindən hazırlanır. Elə BMT Uşaq Hüquqları Komitəsinin də istəyi hesabatın QHT koalisiyaları tərəfindən hazırlanması idi.

Dadaş Əhmədov "Ayna"ya açıqlamasında deyir: "Məsələn, səhiyyə üzrə ixtisaslaşmış QHT-nin təhsil, yaxud hüquq məsələləri ilə bağlı hesabat hazırlaması nə dərəcədə səriştəli ola bilər? Koalisiyalar isə ən azı 10-15 təşkilatı əhatə etdiyindən onlar müxtəlif sahələr üzrə işləri bölüşdürə və uşaqlarla bağlı bütün məsələləri əhatə edən hesabat hazırlaya bilərlər".

İkinci bir səbəb isə bir təşkilatın hazırladığı hesabatın obyektiv olub-olmamasıdır. Bir təşkilatın hazırladığı hesabat subyektib mülahizələri özündə əks etdirə bilər. Koalisiya barəsində isə belə demək mümkün deyil.

Dadaş Əhmədov bildirdi ki, bu hesabat uşaqların özlərinin öz problemlərinə baxışı və ondan çıxış yolları barədədir. Belə bir formatın təşəbbüskarı da məhz Azərbaycan olubdur. İlk dəfə 2005-ci ildə alyans alternativ hesabat hazırlayarkən uşaqların forumlarını təşkil edib və onlara təklif edib ki, onlar özləri istədikləri kimi hesabat hazırlasınlar.

Uşaqların hazırladıqları hesabat da, demək olar ki, böyüklərin hesabatları ilə eyni, yaxud onlara çox yaxındır. D.Əhmədov deyir:

"Uşaqların daha çox diqqət yetirdikləri məsələlər adi insanın gündəlik qarşılaşdığı problem və çətinliklər, kütləvi informasiya vasitələrində və müxtəlif yığıncaqlarda səsləndirilən məsələlərdir. Uşaqları narahat edən əsas məsələlər təhsil, keyfiyyətli təhsil və məktəb problemləri, sağlamlıq problemləri, uşaqlara qarşı zorakılıq, onların fikrinin nəzərə alınmamasıdır. Bundan başqa, uşaqların asudə vaxtlarını səmərəli keçirə bilmədikləri, erkən nikahlar, onların əməyindən sui-istifadə və digər məsələlər aktualdır".

Maraqlıdır ki, bu və digər məsələlər barədə uşaqlar faktoloji materiallar toplayıb və problemlər üzrə təklif və tövsiyələr hazırlayıblar. Bəs bu tövsiyələri nə dərəcədə gerçək və qəbulediləndir? D.Əhmədov deyir:

"Gerçək olmağına kifayət qədər gerçəkdir, qəbul edilməsi isə böyüklərin həmin məsələlərə nə dərəcədə həssaslıqla yanaşmalarından asılıdır. Məsələn, uşaqlar təhsillə bağlı çox maraqlı təkliflər irəli sürüblər. Məktəblərin, məktəb kitablarının əyani vəsaitlərlə, yeni kitablarla təmin edilməsini istəyirlər. Məktəblərdə uşaq hüquqlarının tədris olunması ilə bağlı xüsusi dərs saatının təyin olunması da bu təkliflər arasındadır".

D.Əhmədov qeyd edir ki, uşaqlara qarşı zorakılıq, erkən nikahlar yuvenal ədliyyə sahəsində yer alır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Səbətdə gedən sovqatın dadı
yaxud Gəncə səbətinin keçmiş şöhrəti

Fəridə Hüseynova:
"Heç kim Aydan gəlib əvəzimizə...
ekoloji problemlərimizi həll etməyəcək"


Əmək bazarı: "Erkən xəbərdarlıq" sistemi
Peşələrin məlumat bazası yaranacaq

Bu say bir şəhər üçün çoxdur
Diabetlərin sayı 8 min 149 nəfərə çatıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər