Hal-hazırda Ayna qəzetinin 27.11.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 27.11.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
"Heç kim Albaniya dövrü xaç daşlarına iddia irəli sürə bilməz"
"Heç kim Albaniya dövrü xaç daşlarına iddia irəli sürə bilməz"
Əbülfəs Qarayev açıqlama verdi
Şənbə, 27.11.2010

Xatun mətn ölçüsü  

"Xaç daşları yalnız Ermənistanda olan və erməni yaradıcılığına məxsus bir incəsənət növü kimi YUNESKO-nun siyahısına daxil edilib. Yəni heç kəs Azərbaycan ərazisində olan Albaniya dövrü xaç daşlarına hər hansı iddia irəli sürə bilməz". Bunu jurnalistlərə açıqlamasında Keniyadan yenicə qayıdan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib:

"Komissiyanın iclası zamanı bizi narahat edən məsələlərdən biri Ermənistan tərəfindən xaçkarlar və xaç daşların siyahıda təqdim olunması idi. Xalqımız çox yaxşı bilir ki, Azərbaycanda yerləşən bu tarixi nişanələr və müxtəlif binaların üzərində yerləşən xaçlar Albaniya dövrünə məxsus yaradıcılıq nümunələridir. Bu nümunələrin sırf Ermənistan adı altında siyahıya daxil edilə biləcəyindən narahat idik. Ona görə də Bakı elmi ictimaiyyətinin, təhsil ocaqlarının, Azərbaycan diasporunun, dövlət orqanlarının ciddi etirazlarını nəzərə alaraq YUNESKO-nun baş katibliyi, müdirliyi və komissiyanın üzvləri bu məsələyə xüsusi həssaslıqla yanaşdılar. İki gün ərzində gecə saat 12-yə qədər gedən ciddi fikir mübadiləsi nəticəsində müvafiq nümunələr siyahıya başqa adla - yalnız Ermənistanda olan və erməni yaradıcılığına məxsus bir incəsənət növü kimi daxil edildi. Qafqaz Albaniyasına aid xaç daşlarının ora daxil olunması imkanları tamamilə kənarlaşdırıldı. Heç kəs alban xaç daşlarına qarşı hər hansı iddia irəli sürə bilməz". Nazirin sözlərinə görə, Ermənistan tərəfi bu addımı etirazla qarşılamayıb, irəli sürülən təkliflərə razılıq verib:

"Ermənistan tərəfi dərk etdi ki, bu komissiyanın işini siyasətə daxil etmək olmaz. Orada Dağlıq Qarabağa, alban kilsəsinə, Azərbaycanla bağlı digər məsələlərə toxuna biləcək maddələrin çıxarılmasına razılıq verdi. Ondan sonra komissiya buna müsbət rəy verdi".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycan - Rusiya sərhədində atışma

Nabranda yeni kurort mərkəzi inşa olunacaq

Bu məkrli "Paytaxt salatı"

Şimal bölgəsində çoxlu Rusiya vətəndaşı yaşayır

Əbülfəs Qarayev: "Əgər Azərbaycanın tarixi abidəsi məhv olursa ...

Bölmənin digər xəbərləri
 
Minsk Qrupu həmsədrləri İrəvana yola düşüblər
Sonra yenidən Bakıya dönəcəklər

Erməni diasporu savaşdan dəm vurur
Və 38 ölkədən 200 min döyüşçü çıxaracağı ilə qorxutmağa çalışır

AŞ-də jurnalistin işi müzakirə ediləcək
Avropa Məhkəməsinin qərarının icrası diqqət mərkəzindədir

Bakı iri siyasi konfransa ev sahibliyi edəcək
Mövcud reallıqlar müzakirə olunacaq

ATƏT-in Astana sammiti başladı
KİV və Miqrantlar məsələsi müzakirə olunur

Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinə baxmağa başladı
Məhkəmə bazar ertəsi səhərdən işini davam etdirəcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər