Dünən Qazaxıstanda "Sülh Sarayı"nda ATƏT-in Astana Sammiti ərəfəsində konfransının yekun hissəsi açılıb. İki günlük konfrans çərçivəsində ATƏT-ə üzv olan 56 dövlətin nümayəndələri ATƏT çərçivəsində öhdəliklərinin yerinə yetirilməsi üzrə əldə etdikləri irəliləyişləri nəzərdən keçirəcəklər (Turan).
Astanadakı görüş üç hissədən ibarət konfransının yekun hissəsidir. Birinci hissə sentyabrın 30-dan oktyabrın 8-dək Varşavada, ikinci hissəsi isə oktyabrın 18-dən 26-dək Vyanada keçirilib. Konfransın Astana hissəsinə KİV azadlığı, miqrantlara qarşı dözümsüzlük və insan alverinə qarşı mübarizə kimi hələ Varşavada qaldırılmış məsələlərin müzakirəsi daxildir.
Konfransın Astana hissəsindən əvvəl noyabrın 26-da Vətəndaş Cəmiyyəti Forumu keçirilir.
|