Hal-hazırda Ayna qəzetinin 27.11.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 27.11.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Erməni diasporu savaşdan dəm vurur
Erməni diasporu savaşdan dəm vurur
Və 38 ölkədən 200 min döyüşçü çıxaracağı ilə qorxutmağa çalışır
Şənbə, 27.11.2010

Eldəniz mətn ölçüsü  

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin fəallaşması, ATƏT-in qarşıdakı Astana sammitində Madrid sənədlərinə əsaslanan müzakirələr, erməni qoşunlarının təmas xəttindən münaqişə zonasına geri çəkilməsi ehtimalı fonunda dünyanın müxtəlif ölkələrində olan erməni diasporunun koordinasiya mərkəzləri yeni bir müharibəyə "hazırlaşmağa" başlayıb.

APA-nın aşkar ermənipərəst "Regnum" agentliyinə istinadən verdiyi məlumatına görə, dünyanın 4 ölkəsi - Rusiya, Fransa, ABŞ və Uruqvaydan olan erməni mənşəli iri biznesmenlər hərbi əməliyyatlar bərpa olunacağı təqdirdə İran ərazisindən hava nəqliyyatı vasitəsilə münaqişə zonasına göndərilməsi planlaşdırılan veteran və ehtiyatda olan hərbçilərin yığımı ilə bağlı koordinasiya mərkəzləri yaradıblar.

"Önləyici səfərbərlik" proqramının təşəbbüskarlarından biri, Rusiyanın erməni mənşəli iri sahibkarının agentliyə verdiyi məlumata görə işlər bu yaxınlarda yaradılan "Ehtiyatda olan erməni hərbçi və veteranları İttifaqı" beynəlxalq erməni ictimai hərəkatı çərçivəsində aparılır. Onun sözlərinə görə, informasiyalar rus, ingilis və ispan dilində olan vahid məlumat bazasına toplanır. Səfərbərlik hərəkatı fəallarının hesablamalarına görə, burada ümumilikdə dünyanın təqribən 38 ölkəsindən olan 200 minədək (!) erməni iştirak edə bilər. Nəsə, yaman dəyirmi rəqəmdir.

Agentliyin Qarabağ münaqişəsi zonasında müharibə başlayacağı təqdirdə diaspor hansı üsullarla fəaliyyət göstərəcək sualına mənbə belə cavab verib:

"Müharibə qapıdadır! Burada bütün üsullar yaxşıdır. Mən demirəm ki, biz Üsamə ben Ladenin təcrübəsini sınaqdan keçirəcəyik. Xeyr! Biz açıq və daha sərt fəaliyyət göstərəcəyik. Hazırda açıq-aşkar görünür ki, Qarabağ təhlükədədir. Qarabağ olmasa, Ermənistan, dövlət olmasa, ermənilər olmayacaq. Millət təhlükədədir və bunu hansı ölkədə yaşamasından asılı olmayaraq ehtiyata yazılan hər bir erməni dərk edir. Siyahıya qeyri-ermənilər də yazılırlar. Bunda antitürk əhval-ruhiyyəsində olan xalqların nümayəndələri - serblər, bolqarlar və hətta italyanlar maraqlıdır".

Erməni sahibkar agentliyin "Dövlət və Sarkisyan hakimiyyəti sözügedən layihəni dəstəkləyirmi?" sualına cavab verməkdə çətinlik çəkib: "Bu hissədə mötərizələri açmayacağam. Astana sammitindən sonra hər şey aydın olacaq".

Daxili ictimaiyyətləri kompromisə hazırlamaq...

Erməni diasporunun müharibə çağırışına cavab olaraq, Ermənistanda səfərdə olan ATƏT Parlament Assambleyasının fəxri sədri Qoran Lenmarker İrəvanda keçirilən konfransda çıxışı zamanı deyib ki, Ermənistan və Azərbaycan öz daxili ictimaiyyətini kompromislərə hazırlamalıdır. "Armenia today" xəbər portalının məlumatına əsasən, Q.Lenmarker bildirib ki, beynəlxalq birlik Dağlıq Qarabağ probleminin həlli barədə təxmini təsəvvürə malikdir. Onun sözlərinə görə, həm Ermənistan, həm də Azərbaycan qarşılıqlı ittihamlardan çəkinməli, münaqişənin həllinə nə dərəcədə hazır olduqlarına dair daxili müzakirələrə başlamalı, ictimaiyyəti siyasi həll və kompromislərə hazırlamalıdır: "Heç bir ölkə yüz faizlik nəticə əldə edə bilməz".

Q.Lenmarkerin fikrincə, Qarabağ münaqişəsi hazırda donmuş sayıla bilməz: "Hər il münaqişə zonasında təxminən 20 nəfər ölür. Mövcud durum müəyyən iqtisadi və siyasi xərclərə də səbəb olur.

REKLAM

Müharibə fəlakət olardı, lakin mən düşünmürəm ki, hadisələr bu yöndə inkişaf edə bilər".

ATƏT Parlament Assambleyasının fəxri prezidenti Q.Lenmarker artıq qurumun Dağlıq Qarabağ münaqişəsi və Gürcüstandakı münaqişələr üzrə xüsusi nümayəndəsi vəzifəsini icra etmir. ATƏT PA Katibliyinin sədri Andreas Beykerin məlumatına görə, Lenmarker sentyabrda İsveçdə parlament seçkilərində mandat qazana bilməyib, buna görə də artıq ATƏT Parlament Assambleyasının deputatı deyil. Bununla belə o, ATƏT PA-nın fəxri prezidenti olaraq qalmaqdadır. Beyker bildirib ki, ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsi və Gürcüstandakı münaqişələr üzrə xüsusi nümayəndəsi vəzifəsi hazırda vakant olaraq qalır.

Müharibəyə çağırış və ya 10 min fərari erməni

Müharibədən dəm vuran erməni diasporunun təxribat xarakterli çağırışına elə Ermənistanın diaspor naziri Qranuş Akopyan cavab verib. Belə ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi mətbu orqanı olan "Krasnaya Zvezda" qəzeti Q.Akopyana istinadən yaydığı məlumatda bildirib ki, Ermənistanda həqiqi hərbi xidmətdən yayınmış 10400 nəfər axtarışdadır. Nazirin sözlərinə görə, mövcud problemin nizamlanması üçün Ermənistan hökuməti qanunlara dəyişikliklər etməyi təklif edib. Bura ordudan yayınmış, 2010-cu il noyabrın 1-dək 27 yaşı tamam olmuş şəxslərin cinayət təqibinin dayandırılması, məcburi xidmət keçmək istəməyən vətəndaşların 27 yaşa qədər hər çağırış zamanı dövlətə cərimə ödəməsi təklif olunur. Cərimənin məbləği hər çağırış üçün 100 min dram (təxminən 280 dollar) təşkil edəcək. Sağlamlıq durumuna görə xidmətə yararlı olmayanlar isə 30 min dram (80 dollardan çox) cərimə ödəməlidirlər. Atası və ya doğma qardaşı xidməti vəzifəsini yerinə yetirərkən həlak olanlar, yaxud ailədə yeganə kişi olanlar isə cərimədən azad olunacaqlar. Hüquq müdafiəçiləri həmçinin Ali Baş Komandan, müdafiə naziri və baş qərargah rəisinin istefasını tələb edirlər.

Erməni ordusunun korrupsiyaya uğramış sistemi

Qeyd edək ki, Ermənistan ordusunun müharibə aparmaq iqtidarında olmadığı barədə Helsinki Assambleyasının Vanadzor Ofisinin rəhbəri Artur Sakunts öz hesabatında bildirib. Onun sözlərinə görə, 2010-cu ildə Ermənistan ordusu 44 hərbçi itirib ki, onlardan yalnız 7-si qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində ölüb.

A.Sakunts bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmi məlumatlarına görə, ötən il 31 hərbçi hərbi xidmət zamanı bu və ya digər səbəblərdən ölüb:

"Uzun illər ərzində o qədər üstü açılmamış qətllər yığılıb, o qədər məsələ öz həllini tapmamış qalıb ki, bu kimi ölüm halları və onlara qeyri-adekvat münasibət artıq dözülməz həddə çatıb. Hətta bu məsələyə marağının artması belə qanunsuzluqlara və korrupsiyaya uğramış sistemi xilas edə bilməz. Əgər Ali Baş Komandan bu kimi məsələləri gündəmə gətirən insanlara nifrət etdiyini deyirsə, onda yalnız siyasi məqsədlər üçün istifadə olunan hərbi rəhbər heyətdən nə gözləmək olar? Məgər digər 7 halı nəzərə almasaq, 37 ölüm faktına görə bir komandir və ya zabit məsuliyyətə cəlb olunub? Çox tez bir zamanda baş verən hadisəyə görə sıravi əsgəri ittiham edirlər və onun könüllü etirafı nəticəsində qərar qəbul olunur. Bu, ali səviyyəli absurddur. Mən Ali Baş Komandanın, müdafiə nazirinin və baş qərargah rəisinin istefasını tələb edirəm".

Erməni qadınlar isə türk kişilərə üstünlük verir

Son 3 il ərzində Türkiyədən 5900 Ermənistan vətəndaşı deportasiya olunub. News.am erməni informasiya agentliyinin yaydığı məlumata əsasən, deportasiya olunanların hamısı cinsi mənsubiyyətinə görə qadındır. Belə ki, namusdan dəm vuraraq müharibə çağırışında bulunan erməni "kişiləri" Engelsin, Marksın, Puşkinin ermənilər barədə səsləndirdikləri fikirləri bir daha təsdiqləyərək öz qadınlarını Türkiyədə fahişəliyə göndərirlər.

Türkiyə parlamentinin rəsmi məlumatına əsasən, 2007-ci ildə 779, 2008-ci ildə 474 erməni qadını Türkiyə ərazilərində fahişəliklə məşğul olduqları üçün ölkədən deportasiya olunub. Məlumata əsasən, 2010-cu ildə 100 nəfər erməni qadını Türkiyədən deportasiya olunub. Ümumilikdə isə son 3 il ərzində 5900 erməni qadını Türkiyədən Ermənistana deportasiya olunub. Amma buna baxmayaraq Türkiyədə 10 minlərlə Ermənistan vətəndaşı qanuni və yaxud qeyri-qanuni olaraq miqrant həyatı yaşamaqdadır. Onlar Ermənistanda kölə kimi yaşamaqdansa Türkiyədə fahişə və qara fəhlə kimi həyat tərzi sürməyi daha üstün tuturlar.

P.S. Gürcüstanda tədbirdə olarkən bir milliyyətcə erməni olan jurnalistlə həmsöhbət oldum. O mənim Azərbaycandan olduğumu biləndə çox sevindi. Dedi ki, o da azərbaycanlıdır və vaxtilə Bakı şəhərində yaşayıb. Azərbaycanı görmək üçün səbirsizlik edən erməni qızının mənə dediyi son sözlər belə oldu. "Mən Azərbaycanı, Bakını görmək üçün mütləq bir türkə ərə gedəcəm və bir daha Ermənistan adlı xarabaya qayıtmayacağam. (sakit səslə) Qarabağ bizimdir! (göz vuraraq) Azərbaycanın".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Minsk Qrupu həmsədrləri İrəvana yola düşüblər
Sonra yenidən Bakıya dönəcəklər

AŞ-də jurnalistin işi müzakirə ediləcək
Avropa Məhkəməsinin qərarının icrası diqqət mərkəzindədir

Bakı iri siyasi konfransa ev sahibliyi edəcək
Mövcud reallıqlar müzakirə olunacaq

ATƏT-in Astana sammiti başladı
KİV və Miqrantlar məsələsi müzakirə olunur

"Heç kim Albaniya dövrü xaç daşlarına iddia irəli sürə bilməz"
Əbülfəs Qarayev açıqlama verdi

Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinə baxmağa başladı
Məhkəmə bazar ertəsi səhərdən işini davam etdirəcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər