Hal-hazırda Ayna qəzetinin 27.11.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 27.11.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"Araz" UEFA kuboku ilə vidalaşdı
"Araz" UEFA kuboku ilə vidalaşdı
Bununla belə, komandanın braziliyalı baş məşqçisi razı qalıb
Şənbə, 27.11.2010


İlham
mətn ölçüsü  

Futzal üzrə UEFA kubokunda Azərbaycanı təmsil edən ölkə çempionu "Araz" mübarizəni erkən dayandırıb. Braziliyalı Joze Alesio da Silvanın başçılıq etdiyi və 2009/10 mövsümündə Avropanın 3-cü komandası olan Naxçıvan klubu çıxışını bu dəfə elit-raundda bitirib. Buna elit-raund mərhələsinin B qrupunda keçirilən oyunlardan sonra aydınlıq gəlib. "Araz" növbəti mərhələyə çıxmaq uğrunda "Montesilvano"(İtaliya), "VİZ-Sinara" (Rusiya), "Ararat" (Kipr) klubları ilə mübarizə aparıb. Qrup oyunları Rusiyanın Yekaterinburq şəhərində keçirilib.

Azərbaycan çempionu ilk turda "Ararat"a qarşı oynayıb. Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdə komandamız rəqibini darmadağın etməli idi. Belə ki, cəmi 40 dəqiqə davam edən matç ərzində "Araz" rəqib qapısına 40 zərbə endirib. Rəqib isə qapımıza vur-tut 6 zərbə endirməyə macal tapıb. Bununla belə, futzalçılarımız rəqibə kiçik üstünlüklə qalib gəliblər. İkinci turda "Montesilvano" ilə heç-heçə oynayan "Araz" növbəti mərhələyə çıxmaq şansını saxlayıb. Beləliklə, "Araz"ın taleyi Rusiyanın "VİZ-Sinara" klubu ilə oyunda həll olunmalı idi. Lakin...

Üçüncü tura qədər "Araz"la şərikli liderlik edən "İtaliya" çempionu "Montesilvano" Kiprin "Ararat" klubunu 10:0 hesabı ilə darmadağın edib. Bununla da apenninlilər "Araz"ı çətin vəziyyətdə qoyublar. İtaliyanlara çatmaq və qrup qalibi olmaq üçün komandamız son turda ən azı 10 top fərqi ilə qalib gəlməli idi. Rəqibsə qrupun aşkar autsayderi olduğu əvvəlcədən bilinən kiprlilər deyil, güclü Rusiya çempionu idi. Son 3 ildə 2 dəfə UEFA kubokunun finalında oynayan, bunların birində qalib gələn, üstəlik hazırkı turnirdə meydan sahibləri olan yekaterinburqlularla görüşdə "Araz" hesabı açsa da, uğurun davamı gəlməyib. Azərbaycan çempionu cari avrokubok mövsümündə ilk məğlubiyyətini almaqla (2:3) qrup ikinciliyini də əldən verib.

Maraqlıdır, komandanın baş məşqçisi "Araz"ın uğursuzluğuna üzülsə də, oyunçularından razı qalıb. O, komandasının uğursuzluğunu ilk matçda zəif nəticə əldə olunması ilə əlaqələndirib. Yeri gəlmişkən, komandanın aparıcı futzalçıları Maşado Nilson və Serjao yarışda iştirak etməyiblər. Bu futzalçılar maliyyə məsələsində rəhbərliklə razılığa gələ bilmədiklərindən klubdan ayrılıblar.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Arazın yeni qolunun açılmasına etiraz

Araz Əzimov: "Sərhədlərin açılması Cənubi Qafqaza ziyan gətirəcək"

Qarabağ danışıqları durğunluq mərhələsində

Kür öz dəli xasiyyətini göstərdi

Kür və Araz Mərkəzi Aranı viran qoyur

Bölmənin digər xəbərləri
 
Debüt alındı
Çempionlar Liqasında ilk dəfə mübarizə aparan "Rabitə" yarışa uğurla başladı

Prinsipial görüşlər turu
Bu gün futbol üzrə Azərbaycan çempionatında XV turun oyunları başlanacaq.

Abu-Dabidə uğursuzluq
Elnur Məmmədli xəstələndiyi üçün son anda tatamiyə çıxmayıb

Azərbaycan yığması favoritdir


"Neftçi" Bahoduru birdəfəlik almaq istəyir
"Neftçi" rəhbərliyinin özbəkistanlı futbolçu Bahodur Nasimovun müqavilə ilə məxsus olduğu Rusiyanın "Rubin" klubu ilə danışıqları müsbət nəticələnib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər