Hal-hazırda Ayna qəzetinin 27.11.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 27.11.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Abu-Dabidə uğursuzluq
Abu-Dabidə uğursuzluq
Elnur Məmmədli xəstələndiyi üçün son anda tatamiyə çıxmayıb
Şənbə, 27.11.2010

Kərim mətn ölçüsü  

Bu həftə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində cüdo üzrə beynəlxalq Qran-pri turniri başa çatdı. Yarışa güclü heyətlə yollanan Azərbaycan komandası, təəssüflər olsun ki, imkanlarından aşağı səviyyədə çıxış edib. Halbuki bu yarışda uğurlu nəticə əldə etmək çox vacib idi. Çünki bu turnirdə uğur qazanan cüdoçular mükafatlara sahib çıxmaqla yanaşı, həm də lisenziya balları toplaya bilərdilər. Lisenziya ballarını toplamaq isə 2012-ci il London Olimpiadasında iştirak etmək arzusunda olan hər bir idmançı üçün çox vacibdir.

8 cüdoçu arasında ən yaxşı nəticəni 30 yaşlı Elxan Rəcəbli (81 kq) göstərib. Bir də sonuncu dəfə Tunisdə, may ayında keçirilən Qran-pri turnirində çıxış edən Mövlud Mirəliyev (100 kq) istisna olmaqla, qalan digər cüdoçularımız etimadı doğrultmayıblar. Pekin Olimpiadasının gümüş mükafatçısı M.Mirəliyev bu dəfə ikinci dövrədə uduzsa da, çıxışı ümidverici olub. M.Mirəliyev növbəti Olimpiadaya vəsiqə qazanmaq qərarını qətiləşdirsə, istəyinə nail ola bilər.

Yarışdan əvvəl çoxları komandamızın aparıcı üzvlərinin uğur qazanacağına ümid edirdilər. Bu mənada daha çox Elxan Məmmədovdan (90 kq) nəticə gözləyənlər çox idi. Ona bəslənən ümidlər əsassız deyildi. Çünki Elxan Məmmədov komandamızın yeganə üzvüdür ki, dünya çempionatının mükafatını qazanıb və dünya reytinqində ilk onluqda yer alıb. Amma heyf ki, yığmanın ən ümidverici idmançısı Abu-Dabidə müvəffəqiyyət qazana bilmədi. Yeri gəlmişkən, Pekin Olimpiadasının qalibi Elnur Məmmədli xəstələndiyinə görə son anda tatamiyə çıxmayıb.

Abu-Dabi Qran-prisi qadın cüdoçularımız üçün də uğurlu olmayıb. Komandamızın ən titullu cüdoçuları Kifayət Qasımova (57 kq) və Ramilə Usubova (63 kq) ilk görüşlərdə uduzaraq mübarizəni dayandırmalı olublar. Halbuki 2012-ci il London Olimpiadasına düşmək baxımından qadınların imkanları daha məhduddur.

Qeyd edək ki, London Olimpiadasına vəsiqə qazanmaq üçün qadın cüdoçularımız dünya reytinqində ilk 12 idmançı sırasına düşməlidirlər. Odur ki, bundan sonra keçiriləcək hər yarış cüdoçularımız üçün həlledicidir. Onu da qeyd edək ki, adını çəkdiyimiz bu qadın cüdoçularımızın hazırkı durumu istənilən səviyyədə deyil. Belə ki, Kifayət Qasımova zədəsini yenicə sağaldıb, Ramilə isə zədəli çiyni ilə tatamiyə çıxıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Uzun yolun başlanğıcında

Londonda lisenziya xalı paylanır

Bölmənin digər xəbərləri
 
Debüt alındı
Çempionlar Liqasında ilk dəfə mübarizə aparan "Rabitə" yarışa uğurla başladı

Prinsipial görüşlər turu
Bu gün futbol üzrə Azərbaycan çempionatında XV turun oyunları başlanacaq.

"Araz" UEFA kuboku ilə vidalaşdı
Bununla belə, komandanın braziliyalı baş məşqçisi razı qalıb

Azərbaycan yığması favoritdir


"Neftçi" Bahoduru birdəfəlik almaq istəyir
"Neftçi" rəhbərliyinin özbəkistanlı futbolçu Bahodur Nasimovun müqavilə ilə məxsus olduğu Rusiyanın "Rubin" klubu ilə danışıqları müsbət nəticələnib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər