Hal-hazırda Ayna qəzetinin 27.11.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 27.11.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Debüt alındı
Debüt alındı
Çempionlar Liqasında ilk dəfə mübarizə aparan "Rabitə" yarışa uğurla başladı
Şənbə, 27.11.2010

İ.Rəfiyev mətn ölçüsü  

Voleybol üzrə qadınlar arasında Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin oyunlarına start verilib. Qitənin 16 ən güclü komandasının mübarizə apardığı yarışda Azərbaycanı "Rabitə" klubu təmsil edir.

Serbiyalı mütəxəssis Dejan Brdyoviçin başçılıq etdiyi komandamızın ilk sınağı səfər oyununa təsadüf edib. Debüt Azərbaycan çempionu üçün uğurlu olub. Voleybolçularımız Rumıniya çempionu "Dinamo-Romprest"ə qarşı ilk oyunda rəqibinə əsla şans verməyib.

İlk hissədə 25:18 hesabı ilə qələbə qazanan paytaxt klubu ikinci setdə rumıniyalılara 25:22 hesabı ilə qalib gəliblər. Üçüncü hissə isə sonuncu olub - 25:20. Beləliklə, "Rabitə" qarşılaşmanın son nəticəsini müəyyənləşdirib - 3:0. Çempionlar Liqasına güzəştli kartla buraxılan Azərbaycan çempionu növbəti görüşünü dekabrın 2-də Bakıda keçirəcək. Rəqib isə İtaliyanın "Skovalini" komandası olacaq.

Qitənin ən mötəbər klub turnirində mübarizəyə başlayan Azərbaycan çempionu buna qədər Avropa Voleybol Konfederasiyasının bayrağı altında keçirilən CEV kuboku və "Çağırış kuboku"nda yarışıb. "Rabitə" voleybolçuları ÇL-lə müqayisədə daha zəif olan bu turnirlərdə müəyyən uğura imza atmağı bacarıblar. Çünki 2007/2008-ci illər mövsümündə CEV kubokunda debüt edən komandamız mübarizəni 1/8 finalda dayandırsa da, 2 il sonra analoji yarışda bürünc medala sahib oldu. 2008/2009-cu illər mövsümündə isə "rabitəçilər" Çağırış kubokunda 1/4 finala kimi irəliləməyi bacardılar.

Bakı voleybolçuları Çempionlar Liqasında da bu uğuru davam etdirməyə çalışacaqlar. Yarışın həlledici mərhələsi sayılan "Dördlər finalı"na kimi irəliləməyi qarşıya məqsəd qoyan "Rabitə"nin bu mövsüm də uğurla çıxış edəcəyi gözlənilir. Heyətində dünyanın sayılıb-seçilən voleybolçularının cəmləşdiyini nəzərə alsaq, bu çətin olmamalıdır. Çünki son mövsümdə CEV kubokunda III yer uğrunda Rusiya "Uraloçka"sına qalib gələn "Rabitə" bu dəfə Çempionlar Liqasının finalında eyni uğuru təkrarlamağa qadirdir. Xatırladaq ki, "E" qrupunda "Rabitə" ilə yanaşı İtaliyanın "Skavolin" (İtaliya) və "Aluprof" (Polşa) klubları da mübarizə aparır.





Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Biri getdi, qaldı dördü

"Rabitə"dən tarixi uğur

Əvvəl "Rabitə", sonra "Uraloçka"

Bölmənin digər xəbərləri
 
Prinsipial görüşlər turu
Bu gün futbol üzrə Azərbaycan çempionatında XV turun oyunları başlanacaq.

Abu-Dabidə uğursuzluq
Elnur Məmmədli xəstələndiyi üçün son anda tatamiyə çıxmayıb

"Araz" UEFA kuboku ilə vidalaşdı
Bununla belə, komandanın braziliyalı baş məşqçisi razı qalıb

Azərbaycan yığması favoritdir


"Neftçi" Bahoduru birdəfəlik almaq istəyir
"Neftçi" rəhbərliyinin özbəkistanlı futbolçu Bahodur Nasimovun müqavilə ilə məxsus olduğu Rusiyanın "Rubin" klubu ilə danışıqları müsbət nəticələnib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər