Hal-hazırda Ayna qəzetinin 20.11.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 20.11.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Xəzər beşliyi: ciddi anlaşılmazlıqlar qalır
Xəzər beşliyi: ciddi anlaşılmazlıqlar qalır
Amma təşkilatlanmağa qərar verildi
Şənbə, 20.11.2010


İlkin
mətn ölçüsü  

Bakıda Xəzəryanı dövlət başçılarının sammitində imzalanmış Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş ixtisarla qəbul edilib. Əsasən ekspertlərin müzakirə etdikləri sənədin mətnindən "kütləvi qırğın silahlarının yaradılmasında və istehsalında istifadə oluna biləcək nüvə materiallarının, radioaktiv maddələrin, avadanlıq və texnologiyaların qanunsuz dövriyyəsinə qarşı mübarizə" frazası çıxarılıb.

Yekun variantda şübhə doğuran və ya xüsusi diqqət tələb edən dəniz gəmilərinə nəzarətə dair fraza da yoxdur. Bu cür gəmilərə müntəzəm marşrutlardan imtina edən, bortunda terrorizmə, kütləvi qırğın silahlarının qanunsuz dövriyyəsinə bağlılıqda şübhəli bilinən şəxsləri daşıyan, qaçaqmal aparılması, brakonyerliklə bağlı sualları cavablandırmayan gəmilər aid edilir.

Qanunsuz balıq ovunun qarşısının alınması, aradan qaldırılması barədə bənd də işçi layihəsindən yoxa çıxıb.

Sənədin bu cür "ixtisarla" qəbul olunması belə güman etməyə əsas verir ki, tərəflər arasında dəniz təhlükəsizliyi məsələləri ilə bağlı ciddi anlaşılmazlıqlar qalır.

Sazişin yekun variantı terrorizmə; mütəşəkkil cinayətkarlığa; istənilən silah və döyüş sursatı növlərinin qanunsuz dövriyyəsinə; narkotik, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə; gəlirlərin, o cümlədən cinayətkar yolla əldə olunmuş pul vəsaitlərinin yuyulmasına; qaçaqmalçılığa; insan alverinə və qanunsuz miqrasiyaya; bioloji resursların qanunsuz hasilatına (brakonyerlik) qarşı mübarizə sahəsində əməkdaşlığı nəzərdə tutur.

Bununla yanaşı, saziş dəniz gəmiçiliyinin təhlükəsizliyinin təminatını və dəniz quldurluğuna qarşı mübarizəni nəzərdə tutur.

Görüş zamanı prezidentlər Xəzərdə təhlükəsizlik üzrə əməkdaşlıq haqda müqavilə də imzalayıblar. Müqavilədə qeyd olunub ki, Xəzər dənizində təhlükəsizliyin təmini Xəzəryanı dövlətlərin müstəsna hüququdur. Tərəflər bu sənədi beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən BMT Nizamnaməsində təsbit edilən müstəqillik, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, güc tətbiq etməmək, başqalarının işinə qarışmamaq və s. əsaslanıb qəbul ediblər. Sənəd terrorçuluq, mütəşəkkil cinayətkarlıq, silah, narkotik, kütləvi qırğın silahları hissələrinin qaçaqmalçılığı və brakonyerliklə mübarizə, eləcə də birgə xilasetmə işləri üzrə əməkdaşlığı nəzərdə tutur.

Tərəflər təhlükəsizliyin hərbi aspekti istisna olmaqla, başqa sahələrdə də əməkdaşlıq etmək niyyətindədirlər. O da qeyd edilir ki, "bu Müqavilədə heç nə Xəzərin hüquqi statusunu müəyyən etmir".

Tərəflər Müqavilənin həyata keçirilməsində səlahiyyətli orqanları təyin ediblər. Azərbaycanda bu qurumların sırasına DİN, MTN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Gömrük Komitəsi, Xəzər Dəniz Gəmiçiliyi və Dövlət Miqrasiya Xidməti aid edilib. Səlahiyyətli orqanların qarşılıqlı əlaqəsi ikitərəfli və çoxtərəfli formatda başqa tərəflərə ziyan vurmadan həyata keçirilir və informasiya mübadiləsi, görüş və məsləhətləşmələr keçirilməsi, təcrübə mübadiləsi, razılaşdırılmış tədbirlərin keçirilməsini nəzərdə tutur.

İnformasiya mübadiləsi kömək haqda yazılı şəkildə sorğu yolu ilə icra edilir. Təxirəsalınmaz hallarda rabitə əlaqəsi yaradılır, amma 72 saat ərzində o, yazılı şəkildə təsdiq edilir. Əgər tərəfin səlahiyyətli orqanı hesab etsə ki, sorğunun icrası milli maraqlara, qanunvericiliyə və ya dövlətinin beynəlxalq öhdəliklərinə ziddir, informasiya verməkdən imtina edilə bilər. Hər bir səlahiyyətli orqan başqa səlahiyyətli orqan zəruri sayarsa, aldığı informasiya və ya sənədin məxfiliyini təmin edir. Tərəflərin səlahiyyətli orqanları zərurət olanda, amma ildə bir dəfədən az olmayaraq görüş və məsləhətləşmələr keçirir.

Müqavilənin müddəalarının şərhindəki mübahisələr məsləhətləşmə və danışıqlar yolu ilə həll edilir. Müqavilənin Depozitarisi Azərbaycan Respublikasıdır. Müqavilə ratifikasiya edilməlidir. Ratifikasiya sənədləri Depozitariyə saxlanmağa verilir. Müqavilə sonuncu ratifikasiya sənədi alınandan sonra otuzuncu gün qüvvəyə minir.

Tərəflərdən hər biri Depozitarini 12 ay əvvəl xəbərdar etməklə Müqavilədən çıxa bilər.

Tərəflər birgə bəyannamə də qəbul ediblər. Sənəddə qeyd olunub ki, "Sülhün, sabitliyin, davamlı iqtisadi inkişafın, rifahın, mehriban qonşuluğun və Xəzər regionunda bərabərhüquqlu tərəfdaşlığın təmin edilməsi məqsədi ilə Xəzəryanı dövlətlər siyasi, iqtisadi, ticari, elmi-texniki, humanitar-mədəni sahələrdə, həmçinin ətraf mühitin mühafizəsi və başqa məsələlərdə əməkdaşlıq edəcəklər".

Bundan başqa, Xəzəryanı dövlətlər karbohidrogenlərin hasilatı və nəqli, sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı istehsalı sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədirlər.

Tərəflər Xəzər sammitinin, xarici işlər nazirlərinin konfranslarının müntəzəm olaraq davam etməsinin və Xəzərin hüquqi statusu haqqında Konvensiyanın işlənməsi üzrə işçi qrupun işinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Sammit iştirakçıları sahil ölkələrinin Xəzər dənizinə və onun resurslarına suveren hüquqlarını təsdiq ediblər. Onlar Xəzərin hüquqi statusu haqqında Konvensiyanın işlənməsinin başa çatdırılması niyyətini ifadə ediblər. O, Xəzəryanı dövlətlərin Xəzər dənizində fəaliyyətini tənzimləyən baza sənədi olacaq.

Tərəflər ətraf mühitə təsirin qiymətləndirilməsi barədə protokol və Xəzərin çirklənməkdən qorunması üzrə əməkdaşlıq barədə razılığa gəliblər.

Tərəflər həmçinin Xəzərin su-bioloji resurslarının idarə edilməsinin razılaşdırılmasının zəruriliyini təsdiq ediblər. Xəzərin su-bioloji resurslarından rasional istifadə üzrə beştərəfli müqavilə layihəsinin razılaşdırılması üçün səyləri artırmaq qərara alınıb.

Tərəflər yenidən bəyan ediblər ki, Xəzər sülh, dostluq və əməkdaşlıq dənizidir, bu dənizdə bütün məsələlər Xəzəryanı dövlətlər tərəfindən sülh yolu ilə həll ediləcək. Onlar Xəzəryanı ölkələr üçün bərabər təhlükəsizlik şəraiti təmin edilməsinin əhəmiyyətini qeyd ediblər.

Tərəflər "yeni təhlükələrə qarşı Xəzəryanı dövlətlərin dialoqunun inkişafını" qeyd ediblər. Onlar əminlik ifadə edib ki, Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə Bakı Bəyannaməsi mehriban qonşuluq münasibətlərinin dərinləşməsinə və regional təhlükəsizlik və sabitliyin təmin edilməsinə, terrorçuluq, mütəşəkkil cinayətkarlıq, narkotik və silahların qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlığın möhkəmlənməsinə kömək edəcək.

"Tərəflər Xəzər dənizi regionunda münaqişələrə sülh və sabitliyə təhdid kimi baxır və onların BMT Nizamnaməsi çərçivəsində suverenliyə hörmət və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı çərçivəsində həllini sülh və sabitlik üçün şərt hesab edirlər", - deyə prezidentlərin birgə Bəyannaməsində bildirilir.

"Tərəflər beynəlxalq terrorizm, aqressiv separatçılıq və ekstremizmin başqa zorakı təzahürlərinə qlobal və regional təhlükəsizliyə təhdid kimi baxır, gələcəkdə onlarla birgə mübarizə aparmaqda qərarlıdırlar", - deyə sənəddə bildirilir.

Növbəti Xəzər sammiti Rusiya Federasiyasında olacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Rusiya Bakıya raket gəmisi göndərir

Bakı-Şamaxı avtoyolu istifadəyə verildi

Telekanalların Yeni il sürprizləri

Xəzər Universiteti dünyanın ən yaxşı universitetləri arasında

Qara Şəhər - Ağ Şəhər adlanacaq

Bölmənin digər xəbərləri
 
Genişlənən Tərəfdaşlıq
Adam Strelinq, ABŞ-ın Müvəqqəti İşlər Vəkili

Belarus bizdən neft almaq istəyir
Yaponiya şirkəti isə "Əsrin müqaviləsi"nə göz dikib

Yaxın 5-6 ildə müharibə başlana bilər
Azərbaycanın hərbi təhlükəsizlik siyasətinə dair maraqlı fakt və proqnozlar

NATO sammitinin böyük hədəfləri
Bu gün İlham Əliyevin Barak Obama ilə görüşü gözlənir

MSK şikayətləri əsassız saymaqda davam edir
Bu günədək cəmi 5 məntəqədə seçkilərin nəticələri ləğv olunub



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər