Hal-hazırda Ayna qəzetinin 20.11.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 20.11.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Belarus bizdən neft almaq istəyir
Belarus bizdən neft almaq istəyir
Yaponiya şirkəti isə "Əsrin müqaviləsi"nə göz dikib
Şənbə, 20.11.2010

C.Məzahiroğlu mətn ölçüsü  

Dünən Belarus prezidenti Aleksandr Lukaşenko ARDNŞ prezidenti Rövnəq Abdullayevi qəbul edib. "APA-Economics"in xəbərinə görə, bu barədə Belarus prezidentinin rəsmi saytında məlumat verilib.

Görüşdə A.Lukaşenko Azərbaycanla enerjidaşıyıcıları sahəsində əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib: "Biz bu sahədə Azərbaycanla istənilən əməkdaşlıq variantlarını nəzərdən keçiririk. Mən Azərbaycan neftinin svop-sxem üzrə (Venesuela neftinin qarşılığında) Belarusa çatdırılmasını nəzərdə tuturam".

Yaponiyanın "Itochu" şirkəti isə "Əsrin müqaviləsi"ndə iştirakını genişləndirmək istəyir. Dünən R.Abdullayev Yaponiya-Azərbaycan iqtisadi komissiyasının həmsədri, "Itochu" Korporasiyasının icraçı direktoru və energetika, mineral ehtiyatlar sektorunun prezidenti Yoiçi Kobayaşinin başçılıq etdiyi heyətlə görüşüb. "Itochu" Korporasiyasının Azərbaycanla artıq 15 ilə yaxındır sıx əməkdaşlıq etdiyini və həm neft, həm də qeyri-neft sektorunda müxtəlif layihələrdə tərəfdaş olduğunu xatırladan qonaq, həyata keçirdikləri beynəlxalq layihələr arasında "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi ("Əsrin müqaviləsi") layihəsinə xüsusi etimad göstərildiyini bildirərək "Itochu"nun bu layihədə iştirakını genişləndirmək niyyətini açıqlayıb. "Itochu" rəsmisi həmçinin ARDNŞ ilə beynəlxalq miqyasda neft və neft məhsullarının treydinqi, habelə neft kimyası sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

ARDNŞ prezidenti R.Abdullayev "Itochu" Korporasiyası ilə birgə layihələrin icrasının bundan sonra da uğurla davam edəcəyinə əmin olduğunu bildirib. R.Abdullayev ARDNŞ-in Türkiyədə idarəçiliyində olan "Petkim" neft-kimya kompleksinin nəzdində layihə gücü ildə 10 mln. ton təşkil edəcək yeni neft emalı zavodunun inşası üçün Türkiyə hökumətindən müvafiq razılıqların alındığını nəzərə çatdıraraq bu sahədə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu deyib.

R.Abdullayev "Itochu" ilə ARDNŞ arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün bu və digər layihələrdə əlverişli imkanların mövcud olduğunu qeyd edərək, digər maraqlı şirkətlərlə yanaşı, Yaponiyanın bu iri korporasiyasının təkliflərinin də diqqətlə nəzərdən keçiriləcəyini bildirib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Belarus Azərbaycana texnika satıb

Belarus traktorları və bizim meyvə-tərəvəz

Belarus Ermənistanı təcavüzkar ölkə saymır

Lukaşenko yanvarda Azərbaycana gəlir

İqtisadçı İlham Hüseynli:"Unutmayaq ki, bir neçə ilə neft gəlirləri azalacaq"

Bölmənin digər xəbərləri
 
Genişlənən Tərəfdaşlıq
Adam Strelinq, ABŞ-ın Müvəqqəti İşlər Vəkili

Yaxın 5-6 ildə müharibə başlana bilər
Azərbaycanın hərbi təhlükəsizlik siyasətinə dair maraqlı fakt və proqnozlar

NATO sammitinin böyük hədəfləri
Bu gün İlham Əliyevin Barak Obama ilə görüşü gözlənir

MSK şikayətləri əsassız saymaqda davam edir
Bu günədək cəmi 5 məntəqədə seçkilərin nəticələri ləğv olunub

Xəzər beşliyi: ciddi anlaşılmazlıqlar qalır
Amma təşkilatlanmağa qərar verildi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər