Hal-hazırda Ayna qəzetinin 20.11.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 20.11.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Genişlənən Tərəfdaşlıq
Genişlənən Tərəfdaşlıq
Adam Strelinq, ABŞ-ın Müvəqqəti İşlər Vəkili
Şənbə, 20.11.2010

mətn ölçüsü  

Birləşmiş Ştatlar Avropa ilə ümumi dəyərlər, üst-üstə düşən maraqlar və qarşılıqlı məqsədlərlə xarakterizə edilən dünyanın ən dolğun tərəfdaşlığını əhatə edir. Bu tərəfdaşlar biri-birləri üçün 21-ci əsrin çətinlikləri və təhlükələrini aradan qaldırmaqda böyük əhəmiyyət kəsb edirlər.

Güclü transatlantik tərəfdaşlığa əsaslanaraq, ABŞ-la Avropa qarşımızda duran qlobal çətinliklərin həll olunmasında daha effektli səyləri həyata keçirə bilər. Atlantik okeanın hər bir tərəfində iqtisadi artımın təmin olunması və iş yerlərinin yaradılması, inkişaf etməkdə olan dövlətlərlə iqlim dəyişikliyi ilə əlaqədar iş aparılması, bütün dünyada sülh və dinc yanaşı yaşam üçün təhlükə yaradan zorakı ektremistlərə qarşı mübarizə aparılması, təhlükəsizlik sahəsində aparıcı mövqe tutmaq üçün əfqan qüvvələrinin hazırlanması və İranda nüvə silahının yaradılmasının qarşısının alınması kimi bir neçə sahəni sadalamaq olar. Məhz birlikdə həyata keçirilə bilən və bizi bağlayan möhkəm və ümumi dəyərlər sayəsində Birləşmiş Ştatlar Lissabon şəhərində noyabr ayının 19-20-də təşkil olunacaq NATO-nun və Astana şəhərində dekabr ayının 1-2-də keçiriləcək ATƏT-in zirvə görüşlərinə qatılmağa yüksək əhəmiyyət verir.

Azərbaycan bu kimi qlobal və xüsusilə Əfqanıstanda olan çətinliklərin qarşısının alınmasında transatlantik birliyin fəaliyyətində getdikcə önəmli rol oynamaqdadır. Azərbaycan NATO-nun Əfqanıstandakı beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinə (ISAF) 90 nəfərlik şəxsi heyət göndərməklə, əfqan diplomatları və hərbiçilərini hazırlamaqla və Əfqanıstandakı koalisiya qüvvələrinin maddi-texniki təminatı üçün vacib bir tranzit marşrutunu təmin etməklə öz töhfəsini verir. Beynəlxalq ictimaiyyət tərəfindən Əfqanıstanın sabit hökumətinin qurulmasında Azərbaycan hökumətinin verdiyi dəstək onun Avroatlantik məkanda təhlükəsizliyin təmin edilməsinə nə kimi məsuliyyətlə yanaşdığını göstərir.

NATO ABŞ-ın Avropada təhlükəsizlik səyləri və ABŞ-ın Avropa ilə birlikdə bəşəriyyətin təhlükəsizliyi üzrə əməkdaşlığı üçün mühüm mexanizm olaraq qalır. Biz prezident Obamanın Lissabon sammitində yekdilliklə NATO-nun yeni Strateji Konsepsiyasını qəbul etmək üçün müttəfiqi olan digər 27 liderlə görüşünü gözləyirik. Bu yeni sənəd yeni təhlükələri tanımağa və Alyansı ona qarşı yönəltməyə, mövcud əlaqələri dərinləşdirməklə yeni tərəfdaşlıqlar qurmağa və 21-ci əsrdə NATO-nun məqsədini dəqiq və asan başa düşülən tərzdə irəli sürməyə imkan verəcək. Lissabonda NATO liderləri, həmçinin də İSAF missiyasında iştirak edən, lakin müttəfiq olmayan tərəfdaşlar, o cümlədən prezident İlham Əliyev bu təşəbbüsə istiqamət vermək üçün Əfqanıstan prezidenti Karzayla görüşəcək. Bundan başqa, NATO liderləri prezident Medvedevlə mühüm NATO-Rusiya Şurasının toplantısını keçirəcək.

Son 11 il ərzində təşkil olunacaq və Astanada keçiriləcək görüş siyasi, hərbi, iqtisadi, ekoloji və insan amili kimi sahələrdə təhlükəsizliyi gücləndirmək üçün ATƏT-in Soyuq Müharibə köklərindən formalaşaraq qlobal foruma çevrilib. Astanadakı görüş zamanı təhlükəsizliyin insan amili, jurnalistləri və söz azadlığını qorumaqda vətəndaş cəmiyyətinin rolunun ATƏT tərəfindən artırılması yolları ilə bağlı məsələlər ABŞ üçün xüsusi maraq kəsb edəcək. Bununla yanaşı, biz, Azərbaycan da daxil olmaqla ATƏT-in geniş əhatə dairəsində enerji təhlükəsizliyini artırmaq, şəffaflığı inkişaf etdirmək və idarəçiliyi gücləndirmək məqsədilə yeni addımların atılmasına ümidlə baxırıq. Eyni zamanda, Amerika Birləşmiş Ştatları Avropanın silahlara nəzarət tədbirlərinin əsas elementlərini gücləndirməkdə və ATƏT-in münaqişələrin tənzimlənməsi ilə bağlı potensialını inkişaf etdirməkdə davam edəcək. Bu da öz növbəsində, beynəlxalq ictimaiyyətə dövlətlər arasındakı gərginliyin daha səmərəli şəkildə aradan qaldırılmasına imkan verəcək.

Yekun olaraq, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ Astana zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsinin gücün tətbiq olunmaması, ərazi bütövlüyünün təmin olunması, xalqların bərabər hüquqları və öz müqəddəratlarını müəyyənləşdirməsi kimi məsələlərin ATƏT-in Helsinki prinsipləri əsasında tənzimlənməsi istiqamətində atılacaq addımları Əliyev və Sarkisyanla işləmək üçün səy göstərəcək.

Birləşmiş Ştatlar bu gün Avropa ilə birlikdə dayanır, necə ki, yaxın tarixi və qarşılıqlı dəyərləri ilə ölkə və xalqları əlaqələndirən davamlı tellərə söykənərək qaranlıq və əzablı Soyuq Müharibə illərində və digər vaxtlarda da Avropa ilə birgə addımlayıb.

Qlobal icma ilə sürətli inkişafı təmin etməkdə və qarşılıqlı asılılığı genişləndirməkdə olan Azərbaycan Transatlantik icmanın uğrunda rolunu artırmış və gələcəkdə çətinliklərin üzə çıxarılması və imkanların araşdırılmasında daha vacib strateji tərəfdaşa çevrilmişdir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək

Robert Simmons: "Azərbaycan NATO-ya üzv ola bilər"

Fransalı senator qaçqınlarla görüşüb

Ureki: "Rumıniya Azərbaycana yardımçı ola bilər"

NATO ekspertləri Bakıya gəlir

Bölmənin digər xəbərləri
 
Belarus bizdən neft almaq istəyir
Yaponiya şirkəti isə "Əsrin müqaviləsi"nə göz dikib

Yaxın 5-6 ildə müharibə başlana bilər
Azərbaycanın hərbi təhlükəsizlik siyasətinə dair maraqlı fakt və proqnozlar

NATO sammitinin böyük hədəfləri
Bu gün İlham Əliyevin Barak Obama ilə görüşü gözlənir

MSK şikayətləri əsassız saymaqda davam edir
Bu günədək cəmi 5 məntəqədə seçkilərin nəticələri ləğv olunub

Xəzər beşliyi: ciddi anlaşılmazlıqlar qalır
Amma təşkilatlanmağa qərar verildi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər