Rusiyanın paytaxtı Moskvada keçirilən şahmatın blits növü üzrə dünya çempionatına yekun vurulub. Yarışda iştirak edən üç şahmatçımızdan yalnız Teymur Rəcəbov mükafatçılar sırasına düşə bilib. 38 görüşdən 24 xal toplayan qrossmeysterimiz dünya çempionatının gümüş mükafatına layiq görülüb. O, dünya çempionu adını qazanan Levin Aronyandan (Ermənistan) cəmi 0,5 xal geri qalıb. Yarışın bürünc mükafatı isə norveçli Maqnus Karlsenə (23,5) qismət olub.
Mundiala uğurlu başlayan Şəhriyar Məmmədyarov sonda lazım olan nəticəni əldə edə bilməyib və 19,5 xalla Petr Svedlerlə (Rusiya) 8-9-cu yerləri bölüşüb. Rauf Məmmədov isə ilk onluğa belə düşə bilməyib.
|