Hal-hazırda Ayna qəzetinin 13.11.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 13.11.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Rusiya bizim seçkilərə verilən qiymətlə razı deyil
Rusiya bizim seçkilərə verilən qiymətlə razı deyil
"ATƏT-də hələ də seçki proseslərinin vahid monitorinq qaydaları işlənməyib"
Şənbə, 13.11.2010


İlkin
mətn ölçüsü  

Rusiya ATƏT-in üzvü olan ayrı-ayrı ölkələrin Azərbaycanda 7 noyabr parlament seçkilərinin beynəlxalq standartlara uyğun olmadığı barədə qiymətləri ilə razılaşa bilməz. Məlumata görə, bu barədə Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Ənvər Əzimov bəyan edib.

"Məlum olduğu kimi, ATƏT-də hələ də seçki proseslərinin monitorinqinin vahid qaydaları işlənməyib. Buna görə də bu cür iradlarla çıxış etməzdən əvvəl bir daha beynəlxalq müşahidəçiliyin prinsipləri və beynəlxalq müşahidəçilərin statusu barədə sənədin hazırlanmasını təklif edirik", - deyə Əzimov bildirib.

Daimi nümayəndə xatırladıb ki, MDB missiyası ən çoxsaylı monitorinq qruplarından olub: "Bu missiyanın vahid rəyinə əsasən, seçkilər demokratik və şəffaf, ən əsası Azərbaycan qanunvericiliyinə uyğun olaraq keçirilib".

Əzimovun sözlərinə görə, MDB nümayəndələri tərəfindən qeydə alınmış nöqsanlar minimal xarakter daşıyıb və səsvermənin ümumi nəticəsinə təsir göstərməyib.

"MDB missiyasına seçicilərdən, seçki məntəqələrindən və yerli müşahidəçilərdən ciddi şikayət və irad daxil olmayıb. MDB missiyasının rəsmi bəyanatı səsvermənin rəsmi nəticələri elan olunduqdan sonra açıqlanacaq və ATƏT-də yayılacaq", - deyə Əzimov əlavə edib.

Bununla bağlı Əzimov vurğulayıb ki, MDB ekspertlərinin "obyektiv və mötəbər nəticələri" ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının, ATƏT PA, AŞPA və Avroparlament müşahidəçilərinin nəticələri ilə təzad təşkil edir.

"Bu strukturların yaydığı sənəddə aşkar uyğunsuzluqlar var. Monitorinq keçirildiyi seçki məntəqələrinin 90%-də səsvermənin gedişi müsbət qiymətləndirilir, nəticədə isə nəyə görəsə ümumilikdə seçki kampaniyasının ölkənin tərəqqisi və demokratik inkişafından xəbər vermədiyi iddia olunur. DTİHB missiyasının rəhbəri, hörmətli xanım Odri Qloverin çıxışı da təəccüb doğurur. Çıxışda azad seçkilərin keçirilməsi üçün şəraitin olmaması və səsvermə günü ciddi nöqsanlardan danışılır. Lakin missiyanın rəylərində Azərbaycan MSK-nın ciddi və fəal işindən, həmçinin səsvermənin münaqişəsiz şəraitdə keçməsindən söz açılır. Bir tərəfdən "ölkənin siyasi və ictimai həyatında bir partiyanın hakim mövqeyindən", digər tərəfdən isə "seçkilərdə bütün siyasi partiyaların iştirak etməsindən" danışmaq məntiqə sığmır", - deyə daimi nümayəndə bəyan edib.

"Ortaya sual çıxır. ATƏT DTİHB missiyasının "əsas komandasının" ekspertləri tərəfindən tərtib olunmuş aralıq hesabatlarının tənqidi qiymətlərinin xeyli miqdarda təkrar olunduğu bu rəylər tərtib olunarkən qısamüddətli müşahidəçilərin fikirləri nə dərəcədə nəzərə alınıb. Bütün bunlar bir daha ATƏT DTİHB-in metodologiyasının və praktikasının ciddi korrektəyə ehtiyacı olduğunu bariz surətdə sübut edir", - deyə Rusiya nümayəndəsi bildirib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bələdiyyələr uğrunda 26 minə yaxın namizəd mübarizəyə qoşulub

Paytaxt polisində xüsusi operativ qrup yaradılıb

"Minsk Qrupundan başqası yoxdur"

Dərbənddə antitürk ehtirasları

Lənkəranda partiyaların bələdiyyə seçkilərinə marağı azalır

Bölmənin digər xəbərləri
 
YFC qərargah rəisinin Bakı səfəri
Söhbət təkcə Əfqanıstan tranzitindən getmir

Bahar Muradova:
"Yenidən seçki keçirməyə ehtiyac yoxdur"

"Ermənistan bir coğrafi və iqtisadi dalandır"
İlham Əliyevdən növbəti sərt açıqlama

Sergey Lebedevdən riyakarlıq?
MDB İcraiyyə Komitəsinin sədri Azərbaycanda verdiyi açıqlama ilə bağlı Ermənistana təkzib məktubu göndərib

Həmsədrlər hesabatla çıxış ediblər
Həştərxan bəyanatı alqışlanıb

MSK namizədin şikayətini lağa qoyub
Qurum hələ ki, heç bir dairənin nəticəsini ləğv etməyib

Nalbandyan nala-mıxa vurur
Və bizi faşist Almaniyası ilə müqayisə edib

NATO PA-nın qərarı Azərbaycanın istəyi əsasında baş verib
Səbəb - parlament seçkiləridir

7 noyabr günü gördüklərim
Bunlar indiyə qədər müşahidə etdiyim ən anormal hadisələr idi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər