Hal-hazırda Ayna qəzetinin 13.11.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 13.11.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Nalbandyan nala-mıxa vurur
Və bizi faşist Almaniyası ilə müqayisə edib
Şənbə, 13.11.2010

C.Məzahiroğlu mətn ölçüsü  

"Azərbaycan Həştərxan razılaşmasından ehtikar üçün istifadə etmək istəyir", - deyə Ermənistanın XİN başçısı Edvard Nalbandyan Hindistan Beynəlxalq Münasibətlər Şurasında çıxışında bildirib. 27 oktyabrda RF prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə prezidentlərin Həştərxanda keçirilən görüşünə toxunan Nalbandyan deyib ki, görüşdən sonrakı birgə bəyanatda hərbi sahədə qarşılıqlı etimadı möhkəmləndirmək üçün əlavə addımlar atılması və barışıq rejiminə əməl edilməsi zərurətindən danışılıb.

"Görüşdən sonra razılaşmaya əməl edilməyə başlanıb, amma Azərbaycan həlak olanların mübadiləsindən də ehtikar üçün istifadə edib. 7 noyabrda bu məqsədlə xüsusi olaraq təşkil edilən tədbirdə prezident Əliyev yenidən münaqişənin həlli üçün güc tətbiqinə hazır olduqlarından danışıb. Əliyev bir neçə dəfə həlak olanları "şəhid" adlandıraraq Azərbaycan əhalisinin dini hisslərinə təsir etməyə çalışıb və qeyd edib ki, onlar gənc nəsil üçün nümunə olmalıdır. O bəyan edib ki, ölkəsinin böyük həcmdə silahı, hərbi sursatı var, ordu inkişaf edir. Hiddət doğuran odur ki, məktəblilər qarşısında çıxış edən Azərbaycan prezidenti "silaha əl atır", Azərbaycanın hərbi potensialından, ərazi iddialarından danışır və bildirir ki, guya Ermənistan və İrəvan Azərbaycan torpağıdır və uşaqlar bunu bilməlidir. Bu, 1939-cu ilin Almaniyası yox, 2010-cu ilin Azərbaycanıdır. 2004-cü ildən 2011-ci ilə kimi - cəmi 7 ildə bu ölkənin hərbi büdcəsi 18 dəfə, 2010-cu ildən 2011-ci ilə kimi isə iki dəfə artıb. Əgər bu il o, ÜDM-in 10%-i qədərdirsə, 2011-ci ildə 20%-i həcmində olajaq",- deyə Nalbandyan qeyd edib.

Nazir iddia edib ki, "Bakı yeni avantüra hazırlayır, neft dollarları yeni hərbi fitnəkarlıqların maliyyələşməsinə yönəldilir".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Nesterenko Nalbandyana cavab verdi

Ermənilər öz mahiyyətlərini bir daha sərgilədilər

Erməni tərəf danışıqları ləngidir

Suat Kınıklıoğlu: "Ermənistanla münasibətlərin normallaşması ikitərəfli səviyyədə ola bilməz"

Azərbaycan - NATO əməkdaşlığında yeni dövr

Bölmənin digər xəbərləri
 
YFC qərargah rəisinin Bakı səfəri
Söhbət təkcə Əfqanıstan tranzitindən getmir

Bahar Muradova:
"Yenidən seçki keçirməyə ehtiyac yoxdur"

"Ermənistan bir coğrafi və iqtisadi dalandır"
İlham Əliyevdən növbəti sərt açıqlama

Sergey Lebedevdən riyakarlıq?
MDB İcraiyyə Komitəsinin sədri Azərbaycanda verdiyi açıqlama ilə bağlı Ermənistana təkzib məktubu göndərib

Həmsədrlər hesabatla çıxış ediblər
Həştərxan bəyanatı alqışlanıb

MSK namizədin şikayətini lağa qoyub
Qurum hələ ki, heç bir dairənin nəticəsini ləğv etməyib

NATO PA-nın qərarı Azərbaycanın istəyi əsasında baş verib
Səbəb - parlament seçkiləridir

Rusiya bizim seçkilərə verilən qiymətlə razı deyil
"ATƏT-də hələ də seçki proseslərinin vahid monitorinq qaydaları işlənməyib"

7 noyabr günü gördüklərim
Bunlar indiyə qədər müşahidə etdiyim ən anormal hadisələr idi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər